Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Ş. Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib.

2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

2025-09-20 18:53:39
6576 baxış

Digər xəbərlər

Lokal antiterror tədbiri mövzusunda şagidlərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda  yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub. Lokal antiterror tədbirlərinin uğurla  başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru  Nərminə Gündüzlü,tarix müəllimi  Mehparə Sadıqova,təşkilatçı  Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib: “19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”. Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Sonra  Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olundu

Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək. Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək. Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.   İOS tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Android tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Vebsaytlar: Azərbaycan Beynəlxalq Bankı Kapital bank Paşa Bank Express Bank   Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini  həyata keçirilməsini təmin edən vahid platformadır. Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

Hamısını oxu
"Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, 26.05.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Maarif Evinin dəstəyi ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Xəyal Alverdiyev, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Elnur Hacıyev çıxış edərək, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı, parlaq səhifələrdən biri olduğunu və əsrlərlə müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşduğunu diqqətə çatdırmışlar. Qeyd edək ki, ümumilikdə tədbirdə 50-dən çox gənc iştirak etmişdir.  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu