Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə ediblər:

“2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin  Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin  işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın böyüklüyünə dəlalət edir.

Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar. Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib.

Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir.

Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2025-11-03 11:35:52
2524 baxış

Digər xəbərlər

Həyatını Vətən üçün qurban vermiş şəhidlərimiz və onların ailə üzvləri heç vaxt unudulmur

Bu günlərdə Milli Məclisin deputatı Vüqar İskəndərovun təşkilatçılığı və Şəki şəhərinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə bağlı humanist aksiyaya start verilib. Dörd şəhid ailəsində olan uşaqların yüksək səviyyədə təhsil almasını təmin etmək üçün onlara aylıq təqaüd verilməsinə başlanılıb. Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev və digər deputatlar da şəhid və qazi ailələri ilə bağlı təşkil etdikləri çoxsaylı xeyriyyə tədbirləri ilə diqqət çəkir. AZƏRTAC xəbər verir ki, şəhid ailələri ilə bağlı belə xeyriyyə tədbirlərinin keçirilməsini təqdir edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib. O bildirib ki, deputatların iştirakı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə yardımların göstərilməsi alqışalayiq bir addımdır. Dövlətimiz hər bir şəhid və qazi ailəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir, onların hər bir ehtiyacını qarşılayır. Lakin bu məsələdə hər bir vətəndaşın da üzərinə mühüm öhdəliklər düşür. Bu gün şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyən hər kəs “YAŞAT” Fondu vasitəsilə dəstəyini göstərə, bu müqəddəs işə töhfə verə bilər. “Sevincidir ki, bu məsələdə deputatlar da ciddi fəallıq sərgiləməkdədir. Onların və digərlərinin bu istiqamətdə gördüyü işlər olduqca əhəmiyyətlidir. Onu da unutmaq olmaz ki, bu kimi aksiyaların önəmi sadəcə şəhid və qazi ailələrinin maddi rifahını yüksəltməklə qalmır, cəmiyyət üçün də mesaj rolunu oynayır. Bu mesajın mahiyyəti isə ondan ibarətdir ki, həyatını Vətən üçün qurban verən insanlar, onların ailə üzvləri heç vaxt unudulmur, hər zaman sevgi və ehtiram hissi ilə anılır. Mən şəhid ailələri və qazilərlə bağlı belə layihələrin həyata keçirilməsində iştirak edən hər bir vətəndaşımıza, o cümlədən iş adamlarına minnətdarlığımı bildirirəm”, - deyə polkovnik Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may  2023-ci ildə Bakı şəhəri   Səbail rayonu Badamdar qəsəbəsində  tədbir təşkil ediblər. Tədbir  329 saylı tam orta məktəbdə  baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru  Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər  Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev  siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.          

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu
“Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilib

Veteran.gov.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir.   Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.   Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.    

Hamısını oxu