Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib.

Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar.

Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.

 

2025-11-06 20:31:37
2750 baxış

Digər xəbərlər

SH-nin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birgə tədbir həyata keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:

Hamısını oxu
Aleksandr Aleksandroviç Qritçenko

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, İkinci Dünya müharibəsi və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko 2018-ci il noyabr ayının 18-də 96 yaşında vəfat etmişdir. Aleksandr Qritçenko uzun illər hərbi xidmət sahələrində çalışmış, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. O, 1940-cı ildə Hərbi Dənizçilik məktəbini bitirmiş, İkinci Dünya müharibəsində həm döyüşçü, həm də hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. A.Qritçenkonun həyatının son 66 ili Azərbaycanla bağlı olmuşdur. O, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəməmişdir. O, Azərbaycan veteranlarını Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərdə layiqincə təmsil etmişdir. A.Qritçenko Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycanın Əməkdar təbliğatçısı" adlarını almış, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 52 kitabın müəllifi idi. O, yaşının ahıl çağında da yorulmaq bilmədən çalışır, Respublika Veteranlar Təşkilatında səmərəli fəaliyyətini davam etdirirdi. A.Qritçenkonun xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, xalqlar arasında dostluğun möhkəmləndirilməsində rolu və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək “Şöhrət”, “Qırmızı bayraq” ordenləri,  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və çoxsaylı medallarla təltif olunmuşdur. Aleksandr Aleksandroviç Qritçenkonun əziz xatirəsi Azərbaycan veteranlarının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu
Yeni Surxanıda şəhidlərimizlə bağlı möhtəşəm bulaq-kompleks inşa olunub

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində şəhidlərimiz - əsgər Məhərrəmli Fuad Füzuli oğlu və polis baş leytenantı Mehdiyev Fərrux İslamyıl oğlunun adına möhtəşəm bulaq-kompleks inşa edilib. Kompleksdə hər iki şəhidimizin fotosu ilə yanaşı, onların qısa tərcüməyi-halı öz əksini tapıb.  Üzərində Azərbaycan və qardaş Türkiyənin bayraqları dalğalanan kompleksin ətrafı ekzotik gül və dekorativ ağaclarla bəzədilib, böyük abadlıq işləri həyata keçirilib. Məlumat üçün qeyd edək ki, Məhərrəmli Fuad Füzuli oğlu 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad edilməsi uğrundakı döyüşlərdə şəhid olub, Göygöl rayon Şəhdilər Xiyabanında dəfn edilib. İsmi bulaq-kompleksdə yer alan polis baş leytenantı Mehdiyev Fərrux İsmayıl oğlu isə 1981-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib, Qubadlı rayonunun Qaralar kəndində dəfn olunub. Kompleks iş adamı Cəlil Nağıyevin təşəbbüsü və vəsiti hesabına inşa edilib. Xatırladaq ki, Cəlil Nağıyev bundan öncə də Vətən müharibəsi şəhidləri ilə bağlı oxşar layihələr həyata keçirib,  dövlətin həssas kateqoriyadan olan vətəndaşlarımızla bağlı siyasətinə mütəmadi dəstək verib.   Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolda yaşıllıq zolağının salınması da iş adamı Cəlil Nağıyev tərəfindən həyata keçirilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat səfri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Slovakiya səfirliyinin hərbi atteşesi polkovnik Juraj Beskid, İkinci Dünya müharibəsində iştirak edən bəzi azərbaycanlılar və onların ailə üzvləri, yaxın qohumları iştirak edib. Görüş zamanı Azərbaycan və Slovakiya xalqlarının faşizmə qarşı apardıqları birgə mübarizədən, bu mübarizənin ümumbəşəri əhəmiyyətindən bəhs edilib. Həmçinin, İkinci Dünya müharibəsində Slovakiyada faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların məzarlarının tapılması, onlar haqqında məlumatların əldə edilməsi və həmin döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkənin müharibə veteranları təşkilatları arasında ikitərəfli münasibətlərin yaradılması, qarşılıqlı səfərlərin təşkili müzakirə edilib. Tədbirin sonunda Slovakiya səfirliyinin müşaviri bəzi veteranları və onların yaxınlarını təltif edib. Xatırladaq ki, Azərbaycanla Slovakiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlıq veteran təşkilatları arasında əlaqələrin genişlənməsini zəruru edir. Seymur ƏLİYEV

Hamısını oxu