Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır

2025-11-07 13:15:46
8225 baxış

Digər xəbərlər

“Bu cür tədbirlər milli-mənəvi dəyərlərimiz təbliği, vətənpərvərlik nümunəsidir”

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Anım Günü münasibətilə Novxanı və Binəqədidə şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələri verilib, şəhid məzarları ziyarət olunub. (https://veteran.gov.az/az/news/3040-novxanida-27-sentyabr-anim-gunu-ile-bagli-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib ). İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrələrində ümumilikdə 400 nəfər iştirak edib ki, onların arasında həssas kateqoriyadan olan vətəndaşlar üstünlük təşkil edib. Veteran.gov.az-a açıqlamasında bu cür tədbirlərin önəminə diqqət çəkən millət vəkili Elman Məmmədov, belə addımların milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Bu cür tədbirlərin təşkili şəhid ailələri və qazilərə qayğı nümunəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik nümunəsidir. Azərbaycanda hər zaman şəhid ailələrinə böyük ehtiram hissi ilə yanaşılıb, şəhidlərin xatirəsi əziz tutulub. Bu, bizim dövlət siyasətimizdə də öz əksini tapıb. Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Sevindiricidir ki, dövlətimizin bu siyasəti yerlərdə iş adamları tərəfindən də dəstəklənməkdə, təbliğ olunmaqdadır. Anım Günü ilə bağlı şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələrinin təşkili, şəhid məzarlarının ziyarət olunması şəhdilərimizə olan sonsuz sevgi və ehtiramdan xəbər verir. Bu kimi tədbirlər göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç vatx unutmur, onların xatirəsini əziz tutur, onların həyat və döyüş yolunun təbliğinə ciddi önəm verir”. Seymur ƏLİYEV

Hamısını oxu
Tatarıstan Respublikasının Baş Nazirinin müavini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Tatarıstan Respublikasının Baş Nazirinin müavini – Tatarıstan Respublikasının Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi, general-mayor Axmetşin Ravil Kalimulloviç Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş zamanı Azərbaycan və Tatarıstanın veteran təşkilatları arasında ikitərəfli əlaqələrin genişləndiriməsi perspektivi müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Axmetşin Ravil Kalimulloviç iki ölkə veteranları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Fatma Səttarovanı və Cəlil Xəlilovu ordu generalı “Maxmut Axmetoviç Qareyevin anadan olmasının 100 illiyi xatirə medalı” ilə təltif edib. Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Axmetşin Ravil Kalimulloviçi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib, gəlişinə görə ona öz təşəkkürünü bildirib. Görüşdə Bakıda fəaliyyət göstərən  “Rus Evi”nin nümayəndəsi Yelena Tsvilyova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq əlaqələr və Təşkilatı iş şöbəsinin əməkdaşı polkovnik Samir Musayev, Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.  

Hamısını oxu
Ağdam Rayon Veteranlar Təşkilatında Xocalı soyqrımının 34-cü ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 26 fevral 2026-cı il tarixində Ağdam Rayon Veteranlar Təşkilatında Xocalı soyqrımının 34-cü ildönümü qeyd olunub.  Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyasının sədri, dövlət qurumlarının təmsilçiləri, şəhid ailələri və veteranlar iştirak ediblər. Tədbirdən öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə çıxış edən icra başçısı Vaqif Həsənov Xocalı soyqırımının dəhşətlərindən söz açıb, bu faciəyə ilk hüquqi-siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini vurğulayıb. Tədbirdə çıxış edən digər natiqlər də Xocalı soyqırımının anti-insani mahiyyətinə toxunub, Xocalı qatillərinin cəzalandırılmasını haqqın və ədalətin təntənəsi kimi qiymətləndiriblər.  

Hamısını oxu
Prezidentin Şuşadakı çıxışı Azərbaycanın dünyadakı yerini və rolunu bir daha nümayiş etdirdi

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, bu konfrans Azərbaycanın dünyadakı roluna diqqət çəkməklə yanaşı, dövlətimiz üçün prioritet olan istiqamətlərin bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi: “Hər şeydən öncə qeyd edim ki, bu, ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən ilk beynəlxalq konfrans deyil. ADA Universiteti bundan əvvəl də bir sıra beynəlxalq konfransların təşkilatçısı olub ki, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə yadda qalıb. Şuşadakı beynəlxalq konfrans və bu konfransda Prezident İlham Əliyevin çıxışı isə müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Heydər Əliyevin hələ sovet dönəmində sərt ideoloji əngəllərə rəğmən Azərbaycanın inkişafı istiqamətində ciddi addımlar atdığını bildirən dövlət başçısı, Ulu Öndər tərəfindən atılan bir çox addımların ölkəmizin müstəqilliyinə hesablandığını da vurğuladı. Prezident qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və bu arzu reallığa çevrildi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlət başçısı qeyd etdi ki, belə bir sülh müqaviləsinin imzalanması bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib. Azərbaycanın Rusiya, ABŞ, İran, Orta Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil”.

Hamısını oxu