Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çingiz Quliyev-85!

ATU-nun Uşaq cərrahlığı kafedrasının professoru, tibb elmləri doktoru, Çingiz Bayram oğlu Quliyevin 85 yaşı tamam oldu. 

Əmək fəaliyyətinə 1968-ildən başlayan Çingiz Quliyev bütün ömrü boyu bir yerdə, ATU-da işləyib. Ömrünün düz 57 ilini bu Universitetə həsr edib.  Universitetin Uşaq cərrahlığı kafedrasında əmək fəaliyyəytinə başlayan Çingiz Quliyev 23 il həmin kafedranın rəhbəri olub. Bir neçə dərslik, monoqrafiya və çoxsaylı elmi işlərin müəllifi olan Ç.Quliyev həm elmi, həm də  praktik kadrların  yetişməsi üçün çox işlər görüb. Çoxsaylı elmlər namizədi və elmlər doktoru hazırlayıb.

Çingiz Quliyev mənim də bir alim və praktik həkim kimi yetişməyimdə müstəsna rol oynamışdır. Bu il yanvar ayının 30-da Çingiz Quliyevin 85 illik yubileyini qeyd edəcəyik. Bunun üçün beynəlxalq səviyyəli konfrans keçirilməsi üçün hazırlıq işləri görürük. Allahdan ona uzun və sağlam ömür arzulayıram.

Hörmətlə: Tələbəniz, tibb üzrə fəlsəfə doktoru Mahmud İsmayılov.

2026-01-02 22:22:00
270 baxış

Digər xəbərlər

İstənilən vəziyyətə hazır olmalı və elə bir ordu yaratmalıyıq ki...

Hamısını oxu
Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Təbrikdə  deyilir! Əziz həmvətənlər, hörmətli veteranlar! Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Əziz hənmətənlər, hörmətli veteranlar! Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram. Bayramınız mübarək olsun!    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı layihənin icrasına başlayıb. Layihə əslən başqa millətdən olan Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş  olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur. Layihə müddətində 3Ali Təhsil ocağına paylanılması üçün Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsindən bəhs olunacaq kitabça hazırlanıb çap olunacaq.  Eyni zamanda yeniyetmə və gənclərimizin maarifləndirilməsi üçün Koronavirus (COVİD-19) virusundan qorunma və gigiyenik qaydalara əməl olunması qaydalarını özündə əks etdirəcək məlumatlandırma bukleti hazırlanacaq. Bundan əlavə layihə dövründə 30 şəhid ailəsinə ərzaq yardım paketləri çatdırılacaq. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır,  milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

Hamısını oxu
“Zəfər tarixi”nin tədrisi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaq”

Nəsib Məhəməliyev: “Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi önəmi gələcək nəsillərə ötürülməlidir”   Cari tədris ilindən etibarən orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq.   Bununla bağlı veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Bu ildən etibarən orta məktəblərdə Zəfər tarixinin öyrənilməsinə başlanması olduqca doğru və zəruri addımdır.   Hər bir xalqın kimliyini təsdiq edən əsas amillərdən biri də, onun keçdiyi tarixi yoldur. Azərbaycan xalqı qədim dövürlərə söykənmiş zəngin tarixi keçmişə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə isə, bu tarixin ən şərəfli səhifələrindəndir. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilimiş Zəfər tarixi dərindən öyrənilməlidir. Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi əhəmiyyəti gələcək nəsillərə ötürülməlidir.   Hesab edirəm ki, burada sistemli yanaşma olmalıdır. Nəzərə almaq lazımdır ki, bilavasitə Silahlı Qüvvələrin döyüş meydanında apardığı əməliyyatlarla yanaşı, diplomatiya, informasiya və başqa sahələrdə də geniş miqyaslı müharibə aparılmışdır. Uzun illər ərzində ən müasir standartlara uyğun Silahlı Qüvvələr formalaşdırılmış, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən hüquqi normativ sənədlər alınmışdır. Regionda maraqları olan beynəlxalq güclərin, erməni diasporasının və lobbist qrupların neytrallaşdırılmasına nail olunmuşdur. Misli görünməmiş milli birlik təmin olunmuş, xalq ölkə daxilində və xaricində dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşərək, bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir. Təbii, iqtisadi faktorlar da qeyd olunmalıdlr. Əgər dövlətin iqtisadi imkanları olmasaydı, belə bir güclü ordunun qurulmasından danışmaq mümkün olmazdı.   Tarixi qələbəmizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından hökumət tərəfindən əhəmiyyətli layihələr icra olunur. Hərbi Qənimətlər Parkının, Zəfər muzeyinin, Vətən müharibəsi  memorial kompleksinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar, peşəkar hərbçilərdən, siyasətçilərdən, pedaqoqlardan, sosioloqlardan ibarət mütəxəssislərin iştirakı ilə sistemləşdirilməli, dərslik şəklində nəşr olunmalıdır. Zəfər tarixi yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu