Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocalıya ədalət!” kampaniyası bu faciənin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm önəm kəsb edir”

“Xocalı soyqırımının tanınması, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı mediamızın gördüyü işdən razıyam və jurnalistlərimizin əməyini təqdir edirəm. Bu məsələdə məni narahat edən yeganə məqam bəzi hallarda bu soyqırımının ildönümləri ərəfəsində xatırlanması ilə bağlıdır. Halbuki, Xocalı soyqırımının hər zaman yad edilməsi, bu yöndə təbliğati işin mütəmadi şəkildə aparılması vacibdir. Hansı ki, bəzi media orqanları və ya qurumlar arasında təbliğati işi bu şəkildə aparanlar var”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” kampaniyasının əhəmiyətindən də bəhs edib:

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə illər uzunudur ki, aparılan “Xocalıya ədalət!” kampaniyası bu faciənin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm önəm kəsb edir. Bir sıra ölkələr məhz bu kampaniya sayəsində Xocalıda baş verənlər haqqında dolğun məlumat əldə edib, Xocalı soyqırımını tanıyıblar. “Xocalıya ədalət!” kampanyası il uzunu həyata keçirilir ki, bu da erməni vəhşiliyinin ifşası baxımından olduqca əhəmiyyətlidir”.

Cahangir Məmmədov qeyd edib ki, soyqırımı ilə bağlı REAL TV-nin apardığı araşdırmalar da əsl jurnalsitika tədqiqatları kimi alqışlanmalıdır:

“Xocalı soyqırımı ilə bağlı REAL TV-nin təqdim etdiyi bir-birindən maraqlı faktlar, aparılan araşdırmalar bu soyqırımı ilə bağlı həqiqətlərin təbliği, erməni faşizminin ifşası baxımından xüsusilə önəmlidir. Bunlar əsl jurnalist araşdırmalarıdır. Mən REAL TV-dəki bu verilişlərə baxdıqca həmin dövrə qayıdır, özümü o hadisələrin içində hiss edirəm. Hesab edirəm ki, jurnalstlərimiz məhz bu məktəbə, bu yanaşmaya üstünlük verməli, Xocalı soyqırımının unudulmaması, təbliği istiqamətində bütün imkanlardan istifadə etməlidir”.

Seymur ƏLİYEV

 

2026-02-24 16:46:00
1925 baxış

Digər xəbərlər

YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Azərbaycanın qlobal təşəbbüsləri müzakirə olunub

Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır. Bununla bağlı olaraq iyulun 4-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib. YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda birliyin 80-dən çox fəal üzvü iştirak edib. Videokonfransın moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən töhfəsini verməyə çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Ölkəmiz artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada dövlətimizin başçısının şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir. Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP Xarici əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda töhfələr verdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformat şəklində zirvə görüşlərinin keçirilməsinin buna sübut olduğunu vurğulayıb. Qeyd edilib ki, bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Vacib məqam isə Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsidir. O ölkələr ki, onların buna ehtiyacı var, həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. Bununla da BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumağın zəruriliyini iştirakçıların diqqətinə çatdırıb. “Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Dövlətimizin başçısının bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların zirvə görüşlərini keçirməsi pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir”, - deyə Fərid Şəfiyev vurğulayıb. Sonda Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının Gənclər Birliyi sədrləri və fəal gənclər İman Ağayev, Ülvi Heydərov, Elvin İmaməliyev, Əhməd Əliyev, Hülya Məmmədli, Səid Musayev mövzu ilə əlaqədar fikirlərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Hamısını oxu
İlham Əliyev: Tarix göstərdi ki, mən haqlıyam

Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir: "Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Hamısını oxu
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xocalı soyqırımının qurbanlarını yad edib

Veteran.gov.az xəbər verir ki, Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti, digər dövlət qurumları və QHT-lər 26 fevral Xocalı faciəsinin 31-ci ildönümünü qeyd edib. Mərasimdən öncə Ümummili lider Heydər Əliyevin, şəhidlərin və qardaş Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib, bu soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət olduğu vurğulanıb.  

Hamısını oxu