Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda 31 Mart soyqırımı qeyd olundu

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 16 mart 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam ümum təhsil orta məktəbdə baş tutub.

 31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva,məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb.O, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Daha sonra 31 Mart soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Təşkilatın  sədri  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib:

“31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız soyqırımlarından biridir.

Bu qırğınlar onların havadarlarının köməkliyi nəticəsində törədilib.Tarix bir neçə dəfə təkrar olunub. Xalqımızın başına bir daha belə faciələrin gəlməməsi üçün siz şagirdlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün siz tariximizi yaxşı bilməli və ondan nəticə çıxarmalısız. Müəllimlərinizin verdikləri tapşırıqları yerinə yetirib,dərslərinizdə uğurlar qzanmalısız. Mən sizə dərslərinizdə müvəffəqiyyətlər arzulayıram.Və  bir daha  torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”.

Daha sonra Nəbi Hacıyev çıxış edib.

Tədbirin sonunda xatiriə şəkilləri çəkilib.

 

2026-03-17 17:25:00
1877 baxış

Digər xəbərlər

İçərişəhər sakinləri üçün qəbul günü keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər sakinləri üçün qəbul günü keçirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib. Xatırladırıq ki,İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd sakinlərin arzu, istək və problemləri ilə yaxından tanış olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadəyə nail olmaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”

"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”. Bunu Oxu.Az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib. Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:   “Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı. İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”. Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib: “Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!” Könül Cəfərli 

Hamısını oxu
Professor İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” kafedrasının müdiri,  tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı professor İradə Hüseynova müəllifi olduğu kitabları Təşkilat sədrinə təqdim edib.  Görüş zamanı gənclər arasında milli mənəvi dəyərlərin təbliğinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi qeyd olunub, bu məsələdə təbliğati işlərin önəmi vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Öncə zəfərimizi oğurlamaq istədilər, alınmadı, dedilər heç olmasa qələbənin sirrini oğurlayaq...

Buna da DTX imkan vermədi... Bu gün Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib, iş üzrə müxtəlif nüanslara toxunublar. Növbəti məhkəmə prosesinin cari ilin 2 fevral tarixində keçirilməsinə qərar verilib. Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi özlüyündə bir çox nünaslarla əlamətdar olsa da, məlum olayla bağlı ən başlıca məqam Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin rəsmi Parisdə doğurduğu böyük narahatlıqla bağlıdır. Martin Ryan işinin təhlili və bu işlə bağlı irəli sürülən ittiham aktı sübut edir ki, Fransa 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən hər bir komponent və faktı müəyyən etmək, Ordumuz haqqında hər hansı informasiya əldə etmək üçün böyük güc və enerji ortaya qoyub, öz xüsusi xidmət orqanlarından tutmuş agent şəbəkəsinə qədər hər kəsi bu işə səfərbər edib. Müharibə vaxtı işğalçı Ermənistanı ciddi müdafiə edən, açıq anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa, hərbi əməliyyatlar zamanı qələbəmizə mane olmağa, sonrakı dönəmdə bizi bu qələbəyə qovuşduran sirlərə nail olmağa çalışıb. Lakin müharibə vaxtı Fransanın arzusu Prezident İlham Əliyev, post-müharibə dövründə qələbəmizin sirlərini oğurlamaq cəhdlərinin qarşısı isə DTX tərəfindən uğurla alındı ki, bu da rəsmi Parisin hərtərəfli ifşası deməkdir. Şübhəsiz, Martin Ryan işinin sona qədər araşdırılması Fransanın ölkəmizlə bağlı məkirli siyasətini de-şifrə edən yeni faktların ortaya çıxmasına səbəb olacaq ki, bu da ölkəmizin təcavüzkar Ermənistana necə çətin siyasi situasiyada qalib gəldiyini, bu qələbəyə mane olmaq üçün necə böyük güclərin ağlasığmaz oyunlar oynadığını bütün çılpaqlığı ilə göstərəcək. Və ortaya çıxan bütün bu faktlar bir daha sübut edəcək ki, Prezident İlham Əliyevin dediyi kimi, “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Seymur ƏLİYEV

Hamısını oxu