Digər xəbərlər
6 aprel 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vüsal Quliyev: “Azərbaycanda veteranlar hərəkatının formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolu olmuşdur” Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli lider heydər Əliyevin müstəsna rolu olduğunu bildirib: “Ulu öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar konteksində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır. Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummili lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaqdır”. Cəlil Xəlilov: “Veteranlara dövlət qayğısı Heydər Əliyev tərəfindən bərpa edilib, yüksək səviyyəyə qaldırılıb” Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məhz Ulu öndərin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılmasını qeyd etmək olar. Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər”. Konfransda Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak edib. Konfransda Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Xüsusi Təyinatlıların, qazilərin, şəhid ailələri və veteranları İctimai Birliyinin sədr müavini Rafail Nuriyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, XTQ-in ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış ediblər. Konfransın sonunda xatirə şəkli çəkilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edən Müşfiq Əliyev, təşkilat sədrini, o cümlədən sədr müavini, polkovnik Cəlil Xəlilovu ictimai sahədəki çoxillik fəaliyyətinə görə rəhbəri olduğu qurumun xüsusi diplomu ilə təltif edib. Görüşdə Prezident İlham Əliyevin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısından məmnunluqla bəhs olunub, dövlət başçısının məlum siyasətinin bundan sonra da dəstəklənməsinin vacibliyi vurğulanıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Omar Atçılıq Klubu, Azərbaycan mədəniyyəti, Bakı Nəqliyyat Agentliyi, Diplomatiya könüllüləri, Badamlı, Shams Group Azerbaycan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Bakıtorpaq Layihə Smeta Bürosu, Bakı tikiş evi, Azerco, "H" music, Ritm Rəqs qrupunun tərəfdaşlığı ilə 30 Avqust 2021-ci il tarixində Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin Zəfər bayramı münasibətilə açıq hava şəraitində tədbir keçirildi. Tədbirdə Dövlət rəsmiləri, Millət vəkilləri, Türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak iştirak etdilər. Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildirdilər ki, bu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulandı. Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. 30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib. Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq. Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib. Zəfər bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir. Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir. Zəfər bayramın mübarək Türkiyə Azərbaycan!
Hamısını oxu
Böyük Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər
Hamısını oxu