Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatında Aprel döyüşlərinin ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları     Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları,şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 01 aprel 2026-cü il tarixində tədbir təşkil ediblər. Tədbir   Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatın akt zalında baş tutub.

“Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı  tədbirdə  Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin   tələbə və müəllim heyəti iştirak edib.

Tədbiri Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib.

Tədbridən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Aprel döyüşlərinin  şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Çıxış etmək üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.

Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza  qələbə sevinci yaşatdı:

“Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi –pisxoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü , xalqımızın birliyini, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel  döyüşləri Ermənistanın o zamana qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi”.

Daha sonra Nəbi Hacıyev çıxış edib, Aprel döyüşləri ilə bağlı maraqlı faktlara diqqət çəkib.

Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  tələbələri İsrafilov Elcan Fazil oğlu və Yusubzadə Cəsur Ravi oğlu Gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında və milli - mənəvi dəyərlərimizin təbliğindəki fəal iştirakına görə Respublika  Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundular.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2026-04-02 14:50:00
1787 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov İsmayıllıda şəhid Ramil Musayevin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev şəhid Ramil Musayevin ailəsini ziyarət ediblər. Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirən polkovnik Cəlil Xəilov, bu yanaşmanın cəmiyyətin hər bir fərdi üçün nümunə olduğunu bildirib. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının taleyində və dövlətçilik tariximizdə yeni bir səhifə açdığını vurğulayan Təşkilat sədri, bu tarixi uğura məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində nail olduğumuzu deyib. Görüş zamanı şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Şəhid anası gəlişinə görə polkovnik Cəlil Xəlilov və polkovnik Xaqani Fərzəliyevə təşəkkür edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV    

Hamısını oxu
Veteranlar Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 20 Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını, o cümlədən “Əbədi məşəl” abidəsini ziyarət edib, şəhid məzarlarına gül dəstələri qoyublar. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında gerçəkləşən ziyarət zamanı veteranlar azyaşlı məktəblilərlə də həmsöhbət olub, şəhidlərimizin qəhrəmanlığı, göstərdikləri şücaətlər haqqında onlara ətraflı məlumat veriblər. Daha sonra veteranlar Türk Şəhidliyini ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən türk şəhidlərini ehtiram hissi ilə anıblar. “Türk Şəhidliyi” abidəsi önünə qərənfillər düzən veteranlar,  bütün şəhidlərin ruhuna dualar oxuyub, onların sevgisinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.  

Hamısını oxu
YAP hər zaman etimadı doğruldur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.  

Hamısını oxu
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Fatma Səttarovanı 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edən icra başçısı, Təşkilat sədrinə Novruz bayramı münasibəti ilə də xoş arzularını çatdırıb, Təşkilatın fəaliyyəti ilə yaxından tanış olub. Gəlişinə görə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirən Fatma Səttarova, icra başçısını Novruz bayramı münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Nərimanov Rayon İcra Hakimiyyəti arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Hamısını oxu