Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İmişli Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

5 mart 2026-cı il tarixində İmişli Rayon İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İmişli Rayon Təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birnci müavini Mirzə Quliyev, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, bu münasibətin hər bir vətəndaş üçün nümunə olduğunu bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov müasir dövrdə veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub. Sədr müavini qeyd edib ki, veteranlar müharibə zamanında olduğu kimi, post-müharibə dönəmində də Müzəffər Ali Baş Komandanın hər bir çağırışına çevik şəkildə cavab verməli, dövlətimizin ətrafında sıx birləşməkdə davam etməlidirlər.

Daha sonra əmək veteranı Rahim Zaidovun İmişli Rayon Veteranlar Təşkilatının sədrliyinə namizədliyi irəli sürülüb və Rahim Zaidov yekdilliklə rayon təşkilatının sədri seçilib. 

Ədliyyə polkovniki İmran Əhmədov Rahim Zaidova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.

 

2026-04-07 12:20:00
1440 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Respublika Günü ilə bağlı tədbir keçirilib

Dünən Respublika Veteranlar Təşkilatında  28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib:   “Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı.   Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”.   Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib:   “Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir.   Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
MDTF-nin elan etdiyi “Dəyərləri paylaşaq” müsabiqəsinin qalibləri müəyyən olunub

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən  iyunun 25-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 25 avqust tarixində başa çatıb. Məlumat üçün bildirək ki, sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında keçirilən müsabiqəyə 30 iştirakçı qoşulub. Fondun müəyyən etdiyi həştəqlərlə sosial şəbəkə istifatəçiləri tərəfindən paylaşılan statuslar əhatəlilik, tutarlılıq, kreativlik və ictimai rəğbət meyarları əsasında aşağıda adları qeyd edilən müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur:   1) Anar Məcidzadə - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü   2) Sevinc Cəfərova - 525-ci qəzetin xüsusi müxbiri, jurnalist   3) Fərəh Rəsulova – Müstəqil ekspert   Qalibləri təqdim edirik:   1-ci yer – Fidan Nəsirli   2-ci yer – Elçin Bayramlı   2-ci yer – Mina Rəşid   3-cü yer – Lalə Mehralı   3-cü yer – Ramin Xudayev   3-cü yer – Səxavət Hidayətoğlu   Həvəsləndirici yer - Bədiyyə Sadıqova   Həvəsləndirici yer - Şəhadət Abbasov   Həvəsləndirici yer - Vüsalə Fətullayeva   Həvəsləndirici yer - Kənan Həmzəoğlu   Həvəsləndirici yer - Kənan Bağırov

Hamısını oxu
İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir.   Dövlət başçısının müraciəti canlı yayımlanır:

Hamısını oxu
Veteranlar Ulu öndər Heydər Əliyev və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

Hamısını oxu