Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sülh üçün böyük gün”, yoxsa ölüm-dirim savaşında qısa fasilə?

Məlum olduğu kimi, İranla ABŞ arasında iki həftəlik sülh sazişi imlalanıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp bunu “sülh üçün böyük gün” adlandırıb.Bəs əslində necə, doğrudanmı İranla ABŞ arasındakı razılaşma sülh üçün böyük gündür?jh

Hər şeydən öncə qeyd edək ki, qısa müddət üçün nəzərdə tutulmasına baxmayaraq, tərəflər arasında imzalanan bu saziş həqiqətən də mühüm əhəmiyyətə malikdir və ən azından iki həftə ərzində Yaxın Şərq regionunu hərbi əməliyyatlardan sığortalayır. Bu, sadəcə yüzlərlə insan həyatının deyil, eyni zamanda bütöv şəhərlərin, nəhəng infrastrukturların, neft terminallarının dağıntılardan sığortalanması deməkdir. Bu mənada ABŞ-la İran arasında sülh sazişinin imzalanması həm döyüşən tərəflər, həm də region və dünya xalqlarının mənafeyi baxımından təqdirəlayiqdir.

Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ-la İran arasında imzalanan bu saziş cəmi iki həftə üçün nəzrədə tutulub və müddətlidir. İlkin razılaşmaların əldə edilməsinə baxmayaraq, tərəflər arasında hələ də həll edilməyən kifayət qədər problem mövcuddur və onların demək olar ki, əksəriyyəti strateji əhəmiyyət daşıyır.  Bu mənada iki həftəlik sülh sazişini tərəflər arasında onilliklərdir ki, mövcud olan problemlərin həlli kimi qiymətləndirmək üçün əsas yoxdur.

Başqa sözlə desək, Ağ Ev sahibinin “sülh üçün böyük gün” kimi xarakterizə etdiyi bu olay tərəflər arasındakı ölüm-dirim savaşında verilən qısa fasilə də ola bilər ki, indiki məqamda hər iki tərəfin belə bir fasiləyə ciddi ehtiyac duyduğu birmənalıdır. Çünki hər iki tərəf bir aydan çoxdur ki, davam edən müharibəyə həm hərbi, həm də iqtisadi baxımdan böyük resurslar sərf edib. Hansı ki, hərbi əməliyyatları bu templə davam etdirmək həm İran, həm də ABŞ üçün kifayət qədər çətindir. Buna görə də iki həftəlik atəşkəs rejimindən hər iki tərəfin sürətlə silahlanmaq, çoxlu sursat ehtiyatı toplamaq və digər hərbi məqsədlər üçün istifadə edəcəyi birmənalıdır. Odur ki, iki həftəlik saziş daha uzunmüddətli sazişlə əvəz edilməyəcəyi təqdirdə, tərəflər arasında yeni hərbi qarşıdurmaların daha qanlı və dağıdıcı olmaq ehtimalı böyükdür.

Seymur ƏLİYEV

2026-04-08 15:56:00
1768 baxış

Digər xəbərlər

Prezident Şahbaz Muradovu təltif etdi

Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.    AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.    O, Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Yeni dünya nizamında güc amili

Hamısını oxu
Təşəkkür məktubu

Hörmətli "Azerbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" İctimai Birliyi Sədri, polkovnik Cəlil Xalilov!   Mən, Xəlilov Rövşən Elxan oğlu, maldarlıq sahəsində yaşadığım çətinliklərin həlli istiqamətində verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Gösterdiyiniz diqqət və qayğı, bu sahədə işlərimin daha da irəliləməsinə və inkişafına səbəb olmuşdur.   Sizin bu dəstəyiniz təkcə mənim üçün deyil, həm də bu sahədə çalışan digər şəxslər üçün böyük stimul və motivasiya mənbəyidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz təşkilat gələcəkdə də vətəndaşlara dəstək olmaqda davam edəcəkdir.   Sizə və kollektivinizə uğurlar arzulayır, işlərinizdə daim müvəffəqiyyətlər diləyirəm.   Hörmətlə, Xəlilov Rövşən Elxan oğlu Şəxsiyyət vəsiqəsinin nömrəsi: AA3202820 Ünvan və əlaqə nömrəsi: Ucar rayonu, Qazyan kəndi, 055 888 35 36 Müraciətin tarixi: 14.02.2025

Hamısını oxu