Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib

10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri,  ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib.

Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub.

Seymur ƏLİYEV

 

 

 

2026-04-10 14:40:00
1916 baxış

Digər xəbərlər

“Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir”

“Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiram nümunəsidir”. Bunu saytımıza açıqlamsında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyevanın Vatikana son səfəri bir sıra mühüm yeniliklərlə əlamətdardır:  “Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Mehriban Əliyeva səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşmüş, görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunmuşdur. Səfər zamanı Bakıda ikinci Katolik Kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edildi və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı. Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Vatikan səfəri xalqımız, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən aktuallaşdırdı. Bu səfər sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm önəm verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir. İkincisi, Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri hifz etmək üçün ardıcıl və effektiv səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür. Mehriban Əliyevanın bu səfəri eyni zamanda sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və dini mənsubiyyətindən asılı olmayaraq, bəşər mədəni irsinə daxil olan bütün dini-tarixi və mədəni abidələrin mühafizəsinə həyati önəm verir. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, eyni zamanda Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür. Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq, tam bərpa edilib və bu proses günümüzdə də davam edir”. Polkovnik qeyd edib ki, Birinci Vitse-prezidentin Vatikan səfəri və səfər zamanı səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər: “Mehriban Əliyeva Vatikan zəfəri və bu səfər əsnasında görülən işlər, səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürləsində sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqda, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident və birinci xanım Bakıda modul tipli hospitalın açılışında

yulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.   AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.   Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.   Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov hər bir veterana xüsusi qayğı ilə yanaşır.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov cənab Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıya dair dövlət siyasətini rəhbər tutaraq mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır.  Yaxın günlərdə general-polkovnik Tofiq Ağahüseynovun adına Respublika Veteranlar Təşkilatına  Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubu daxil olub. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib.  Təşkilatın Hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmovun iştirakı ilə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna  qocaman müharibə veteranı Belikov Aleksandr Vasilyeviçin ailəsinə təhvil verilib.

Hamısını oxu
“Ermənistanın itkin düşən Azərbaycan vətəndaşları haqqında məlumatları gizlətməsi onun cinayətkar mahiyyətindən xəbər verir”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməli, soydaşlarımızın aqibətinə aydınlıq gətirilməlidir”   Dünən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü” ilə əlaqədar onlayn konfrans keçirib. Konfransı giriş sözü ilə açan Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Ermənistanın təcavüzkar siyasəti nəticəsində xeyli sayda Azərbaycan vətəndaşının itkin düşdüyünü bildirib, Ermənistanın əsirlərə münasibətdə beynəlxalq hüquq qaydalarını ağır şəkildə pozduğunu qeyd edib.   Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevin moderatorluğu ilə keçirilən konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da çıxış edib,  Ermənistanın məqsədli şəkildə girov və itkin vətəndaşlarımızla bağlı məlumatları Azərbaycanla bölüşməkdən imtina etdiyini bildirib.   Konfransdan sonra veteran.gov.az-a açıqlama verən polkovnik Cəlil Xəlilov Ermənistanın əsir və itkinlərə bağlı Azərbaycan tərəfini məlumatlandırmaqdan imtiana etməsini beynəlxalq hüququn rəsmi İrəvan tərəfindən növbəti dəfə pozulması kimi dəyərləndirib:   “Birinci Qarabağ müharibəsində Ermənistanın hərbi cinayətləri nəticəsində 4 minə yaxın sodyaşımız itkin düşüb ki, onların taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Daha dəqiq desək, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.   Onu da qeyd edim ki, itkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi uzun illərdir ki, Azərbaycanı narahat edən məsələdir. Ancaq təəssüflər olsun ki, Ermənistan bugünə qədər də həmin vətəndaşlarımızın aqibətinə aydınlıq gətirmir, onlarla bağlı məlumatları gizlədir. Halbuki, bu, beynəlxalq hüquqla cinayətdir və Ermənistan üçün məsuliyyət doğuran bir haldır”.   Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın bu davranışları əlaqədar beynəlxalq təşkilatlar tərəfindən də qınanmalı, rəsmi İrəvana təzyiq göstərilməlidir:   “Təbii ki, Ermənistanın hüquqdan və insanlıqdan uzaq olan bu davranışına beynəlxalq təşkilatlar da biganə qalmamalı, rəsmi İrəvana təzyiqlər göstərməli, onu vaxtiylə əsir və girov düşmüş soydaşlarımız haqqında məlumat verməyə məcbur etməlidir. Unuitmaq olamz ki, baş verənlər insan hüquqları ilə bilavasitə bağlıdır və bu hüquqların təmin edilməsində, itkin və əsir düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirməkdə bütün bəşəriyyət, bütün insanlıq maraqlı olmalıdır”.   Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu təşkilatın İkinci Dünya müharibəsində itkin düşən azərbaycanlılar haqqında məlumatların əldə edilməsi istiqamətində mühüm işlər həyata keçirdiyini qeyd edib:   “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bugünə qədər İkinci Dünya müharibəsində iştirak edən, müharibə zamanı itkin düşən yüzlərlə soydaşımızın aqibətinin müəyyən olunması istiqamətində mütəmadi addımlar atmışıq. Məhz görülən işlərin sayəsində Rusiya, Ukrayna, Belarus, Moldova, Serbiya və digər ölkələrin ərazisində döyüşlərdə iştirak edən xeyli sayda soydaşımız haqqında konkret məlumatlar əldə edilib, onların dəfn olunduğu yerlər müəyyənləşib. Kalininqradın müdafiəsində iştirak edən 400 nəfər soydaşımızın kimliyi müəyyən olunub, habelə Moldovada, Moskva ətrafıdna döyüşlərdə həlak olan sodyaşlarımızın xatirəsinə abidələr ucaldılıb.   Bu baxımdan Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın aqibətinin müəyyənləşdirilməsi ən aktul məsələlərdən biridir və təşkilatımız bu müstəvidə də əlindən gələni etməyə hazırdır.   Birinci Qarabağ müharibəsində əsir və itkin düşən soydaşlarımızla bağlı məlumatlaırn əldə olunmasında Ermənistanda fəaliyyət göstəərn beynəlxalq QHT-lərin, habelə ikinci, üçüncü dövlətlərin də imkanlarından maksimum istifadə edilməlidir”.   Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi nəticəsində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən şəhid edilən bir sıra hərbçilərimizin dəfn olunduğu yerlərin də müəyyən olunduğunu xatırladıb, bu istiqamətdə daha əhatəli addımların atılmasının zəruriliyini qeyd edib.   Daha sonra sədr müavini bu cür konfransların keçrilməsinin vacibliyinə diqqət çəkib:   “Bu cür konfransların keçirilməsinin çox mühüm əhəmiyyəti mövcuddur. Bu, hər şeydən əvvəl Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, öz mövqeyini bir kəs daha ortaya qoyması deməkdir. Bu, həm də dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz məsuliyyətlərini xatırladan bir addımdır. Ümid edirəm ki, heç olmasa bundan sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın bu narahatlığını anlayacaq, minlərlə soydaşımızın taleyinə münasibətdə biganəlik sərgiləməyəcək”.   Seymur ƏLİYEV      

Hamısını oxu