Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib.

Dövlət Himninin sədləndirilməsi ilə tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirmiş, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik edib.

Mehman İsmayılov çıxışı zamanı qeyd edib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir.

Natiq, ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulamış, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumların böyük payı olduğunu diqqətə çatdırıb.

Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev olkəmizdə son illərdə həyata keçirilmiş və hazırda davam etdirilən tikinti işləri barədə geniş məlumat veribdir. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atmış və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir.

Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirmişlər.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən agentliyin, aparat və qurumlarında həmçinin FHN-nin Əsaslı Tikinti İdərəsində çalışan, xidməti fəaliyyətində fərqlənən inşaatçılar, həmçinin yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 40 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

 

2026-04-10 19:46:00
1850 baxış

Digər xəbərlər

Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev Azərbaycan Veteranlar Təşkilatında görüş keçirib. Trend-in məlumatına görə, görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. A.Əliyev çıxış edərək qeyd edib ki, ölkədə çox böyük seçki ab-havası var: "Potensialı olan kifayət qədər deputatlığa namizəd var. İnsanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar. 2005-ci ildən seçkilərə qatılmışam. 20 saylı Nərimanov ikinci seçki dairəsi mənə yaxşı tanışdır, insanları əzizdir. Çünki deputat olmamışdan əvvəl də bu ərazidə fəaliyyət göstərmişəm. Deputat xalqa xidmət etməlidir, mənim prinsipim belədir. Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səsləndirir. İddia edirlər, guya deputatlar yalnız özünü düşünür. Bu fikri cəm halında səsləndirmək düzgün deyil. Seçicilərlə görüşün elanını verəndə, narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Bəzi iradlar haqsız olur. Hansısa deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Torpaqların işğalda olmasından xəcalət çəkirəm. Ermənilər çox hiyləgər xalqdır, dünyanın hər yerinə yayılıblar. Qarabağ probleminin həlli üçün dövlətə dəstək olmalıyıq, bunun üçün gənclər oxumalıdır. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dünyaya tanıdılması üçün çalışır". A.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlıları da tənqid edib: "Ölkədən hansısa yollarla xaricə gedənlər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. "Youtube"a, "Facebook"a onların ailələri baxmır? Axı biz azərbaycanlıyıq. Bu cür yollara əl atmaq düzgün deyil". 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Hamısını oxu