Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə şair-pedaqoq İsmayıl Qocabəylinin "Heydərnamə" kitabının təqdimat mərasimini keçirib.

Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və qələm adamları iştirak ediblər.

Tədbirdən öncə  ulu Öndər Heydər Əliyevin və canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman tədbiri giriş sözü ilə açaraq dahi rəhbər və müdrik siyasətçi Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, onun əbədiyaşar adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi vurğulayıb. Daha sonra o, dahi şəxsiyyətin nəsillərə örnək olan həyat yolundan bəhs edən "Heydərnamə" kitabının müəllifinə öz təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Heydər Ata mükafatı laureatı, şair Gülbala Teymur,  rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, YAP rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, şəhər 2 saylı məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, şəhid qardaşı, yazıçı Sakit Üçtəpəli, şəhid atası Fuad Vəlişov, Əfqaıstan müharibəsi veteranı Rəşid Mahmudov və başqaları çıxış edərək dünyanı heyran qoyan uzaqgörən lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətini yüksək qiymətləndiriblər  və onun  böyük bir şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını bildiriblər.

Ulu Öndərə həsr olunmuş kitabın müəllifi şair-pedaqoq İsmayıl Qocabəyli öz çıxışında vurğulayıb ki, qələmə aldığım bu kitab ulu Öndərimizin  əziz xatirəsinə böyük  hörmət və ehtiramım olaraq veteran müəllim kimi töhfəmdir.

Sonda tədbir iştirakçılarına təqdimatı keçirilən  ""Heydərnamə" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

2026-04-18 13:10:00
1548 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq

“Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin veteranlar təşkilatlarının rəhbərləri, Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun iştirak edir. Konfransda beynəlxalq təhlükələrə qarşı mübarizə mövzusu müzakirə olunur. Tədbirdə Azərbaycanın üzləşdiyi erməni faşizmi təhlükəsinə qarşı mübarizə yollarını müəyyənləşdirir, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri barədə məlumatlandırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun yaradılmasının 30 illiyinə həsr olunan “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib. C.Xəlilov deyib ki, Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Biz bu tədbiri keçirməklə həm də beynəlxalq təşkilatları bu barədə məlumatlandırırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılmasına kömək etmələri üçün onların imkanlarından istifadə edirik. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməsinə kömək göstərilməsini istəyirik. Konfransın sonunda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

Hamısını oxu
“Vətənpərvərlik təbliğatı baxımından əyani vəsaitlər əhəmiyyətli rola malikdir”

İbrahim Quliyev: “Bu təklifin reallaşması faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızın ruhuna ehtiram baxımından da arzuedilən olardı” Gələn il faşizm üzərində qələbənin 75 illiyi bütün dünyada qeyd ediləcək. Bu tarixi qələbədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin bu müharibədə iştirakçılığını, habelə göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. C.Xəlilovun fikrincə, belə bir muzeyin yaradılması Azərbvaycanın bütün bəşəriyyət qarşısındakı tarixi xidmətlərini əyani şəkildə nümayiş etdirməklə yanaşı, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi baxımından da mühüm rol oynaya bilər. Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev bu təklifi yüksək qiymətləndirdiyini vurğuladı: “Düşünürəm ki, bu, dəyərli və səmərəli təklifdir. 25 ildən artıqdır ki, bizim ərazimizin 20%-i işğal altındadır. 1 milyon 200 min nəfəlik qaçqını, məcburi köçkünü olan bir ölkədə vətənpərvərlik tərbiyəsi müstəvisində işin aparılması olduqca vacibdir. Belə bir muzeyin yaradılması vətənpərvərlik təbliğatı baxımından əyani vəsait kimi də mühüm əhəmiyyət kəsb edər. Bu,  həm də II Dünya Müharibəsində, faşizmə qarşı mübarizədə  həlak olan soydaşlarımızın ruhlarına bir hörmət, bir ehtiram olardı.  Bu səbəbdən də mən bunu çox dəyərli bir təklif hesab edirəm. Mən ümumiyyətlə Cəlil müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm. C.Xəlilov ictimai təşkilatlar içərisində hərbi vətənpərvərlik təbliğatı baxımından böyük işlər, mühüm layihələr həyata keçirən, bu sahədə xüsusilə fərqlənən bir insandır. O, tez-tez gənclər arasında, tələbələr arasında olur, onların arasında bu yöndə çox ciddi iş aparır. Cəlil müəllim ölkə başçısının hərbi vətənpərvərlik təbliğatı ilə bağlı siyasətini praktiki olaraq həyata keçirən dəyərli insanlarımızdandır. Mən ona bu şərəfli fəaliyyətində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV 

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Baş prokuror Kamran Əliyevə başsağlığı verib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
“Azərbaycan sərhədçisi hər cür təxribatın qarşısını layiqincə almağa qadirdir”

“İrəvanın terror-təxribat siyasəti Ermənistanı məhvə aparır”. Bunu Azərtac-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan 30 illik terror-təxribat siyasətinin ona fayda vermədiyini anlamalıdır: “Ermənistanın 30 il bundan öncə ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti, terror-təxribat fəaliyyəti nəticəsi etibarı ilə bu ölkənin özünü ağır vəziyətdə qoyub. Bu gün Ermənistan yarımcan orduya, darmadağın edilmiş iqtisadiyyata, ağır sosial böhrana malik dövlətdir. Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalması, öz sərhədlərini belə müstəqil şəkildə qoruya bilməməsi onun düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bildiyiniz kimi, Dövlət Sərhəd Xidməti 25 iyil tarixində ermənilərin “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribat törədə biləcəyi, bunun üçün müəyyən hazırlıqlar apardığı ilə bağlı məlumat vermişdi. DSX-nın məlumatında vurğulanmışdı ki, ermənilər qeyd olunan ərazidə  müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənilərin bu gün belə sülh deyil, təxribat haqqında düşünməsi təəssüfedicidir və bu, İrəvanın tarixi səhvlərini, tarixi cinayətlərini təkrarlamaq niyyətində olduğunu göstərir. Qəhrəman sərhədçilərimiz hər cür təxribatın qarşısını cəsarətlə alacağı, təxribatçılara layiqli cavab verəcəyi şübhəsizdir.  Əslində, DSX-nın mümkün erməni təxribatı ilə bağlı qabaqcadan məlumat verməsi, sərhədçilərimizin vətənin keşiyində nə qədər ayıq-sayıq dayandığını göstərir. Mən buna görə sərhədçilərimizə təşəkkür edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Rəsmi İrəvan isə əmin ola bilər ki, hər belə təxribat Ermənistan üçün ağır itkilər və böyük rüsvayçılıqla başa çatacaq”.  

Hamısını oxu