Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi anılıb

Bu gün Cəlilabad Rayon Veteranlar Təşkilatı 9 May - Alman faşizmi üzərində qələbənin 81 illiyi münasibəti ilə tədbir keçirib.

Əmək və müharibə veteranları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş qəhrəmanların əziz xatirəsinə ucaldılmış Ana abidəsi önünə gül dəstələri qoyublar və onların əziz xatirəsini böyük  ehtiramla yad ediblər.

Tədbirdə bəşəriyyəti müharibə alovuna bürüyən alman faşistləri üzərində qələbənin qazanılmasında azərbaycanlı igidlərin göstərdikləri şücaətlərdən danışılıb, azərbaycan xalqının ön cəbhəyə göndərdiyi yardımlarla bağlı maraqlı faktlar söylənilib. Qeyd olunub ki,

müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

Çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Qeyd edək ki, bu gün ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarından 13 nəfəri sağdır. Onlardan biri 102 yaşlı  Zamanov Əbiş İbiş oğlu Cəlilabad rayonunun Astanlı kəndində  yaşayır.

2026-05-09 20:20:00
1432 baxış

Digər xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə aprel döyüşləri ilə bağlı kitab çap edilib

Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik "Qalibiyyət: şahidlər və şəhidlər " kitabı yenidən işıq üzü gördü.   Bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir. Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur.  "Qalibiyyət: şahidlər və şəhidlər " ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.   Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcəkdir.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili yardım maşınları gətirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Modern.az xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hamısını oxu
Nazirlik Kəlbəcər rayonundan ilk görüntülər yaydı

Müdafiə Nazirliyi İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülərini yayıb.

Hamısını oxu
GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini ziyarət edib

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.  

Hamısını oxu