Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.

 

2026-05-22 19:13:00
1209 baxış

Digər xəbərlər

”Elçin Babayevin tələbələr üçün çəkdiyi zəhmət göz önündədir və böyük ümidlər vəd edir”

Nizami Cəfərov: ”BDU rektorunun yataqxana problemini həll etməsi tələbələrə böyük töhfə olacaq”   Bugünlərdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tələbələr üçün yeni, müasir yataqxanaların tikiləcəyini bildirib. Universitetin 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmin edildiyini vurğulayan rektor, müasir səviyyədə yeni tələbə şəhərciyinin salınması layihəsi üzərində də çalışdıqlarını qeyd edib. Elçin Babayev bildirib ki, bu layihə gerçəkləşərsə, o zaman sadəcə BDU tələbləri deyil, yaxınlıqdakı digər universitetlərin tələbələri də həmin yataqxanalardan faydalana  biləcəklər.   Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, tələbələrin yataqxana ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib və BDU rektorunun bu sahədəki fəaliyyətinin  təqdirəlayiq olduğunu qeyd edib:   “BDU-da təhsil alan tələbələrin yataqxanalara ehtiyacı olduğu məlumdur və universitet rektoru, hörmətli Elçin Babayevin bu istiqamətdə ciddi addımlar atdığı göz önündədir. Buna nümunə olaraq 250 nəfərlik yataqxana binasının əsaslı şəkildə təmin edildiyini göstərmək olar. Yeni yataqxanaların inşası məsələsi də günəmdədir ki, bunun gerçəkləşdirilməsi Elçin Babayev tərəfindən həyata keçirilən çox böyük qəhrəmanlıq olacaq. Çünki tələbələrin yataqxanalara ehtiyacı həqiqətən də böyükdür.   Mənim tələbəliyim BDU-nun yataqxanasında keçib. Hər dəfə bu yataqxanaların yanından keçəndə öz tələbəliyimi xatırlayıram.     BDU-nun ali təhsil müəssisəsi kimi böyük perspektivə malik olduğu bəllidir. Universitetdə xarici tələbələr də təhsil alır. Bu baxımdan tələbələr üçün yeni, müasir yataqxanaların inşasına ehtiyac var.   Elçin müəllimin bu yöndə müntəzəm şəkildə çalışdığından xəbərdaram. Bu səy, bu zəhmət heç şübhəsiz təqdir edilməlidir. Hamımız arzulayırıq ki, tələblərimiz müasir yataqxanalarla təmin edilsin. Elçin müəllimin bu məsələ ilə bağlı atdığı addımlar kifayət qədər ümidvericidir. Ümid edirəm ki, yaxın gələcəkdə müasir tələbə şəhərciyinin yaradılmasına şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı şeir müsabiqəsi keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad  şəhər Heydər Əliyev  Mərkəzi  ilə birlikdə Şanlı Zəfərimizin 5 illiyi münasibətilə  şeir müsabiqəsi  keçirib. Müsabiqənin məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə sitimil vermək olub. Tələbə və şagirdlər arasında keçirilən müsabiqədə münsiflər heyəti tərəfindən 20 baldan yuxarı qiymət alanlar 2-cu turda iştirak etmək hüququ qazanıblar. Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqənin final mərhələsində vətənpərvərlik mövzusunda  yazılmış şeirlərin ən yaxşı ifaçılarından 5 nəfər qalib seçilib və onlara Təşəkkürnamə  və hədiyyələr verilib.

Hamısını oxu
“Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində nəzəri və praktiki təlimlərə start verir

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olaraq “Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində 23 noyabrda Biləsuvar rayonunda, 26 noyabrda Zaqatala rayonunda və 3 dekabr tarixində Bakı şəhərində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlərə start verir.   Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır.   Qeyd edək ki, layihə sözügedən regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçiriləcək, müxtəlif çap materialları paylanacaq, fərqlənən iştirakçılar diplomla təltif ediləcək.  

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu