Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Avrora Grup"dan Heydər Əliyev ideyalarına əməli dəstək....

Sabah 15 iyun – Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarxinində Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməsi faktiki olaraq Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirmiş oldu. Qısa zamanda daxili pərakəndəlik və qarşıdurmalara son qoyan Ulu Öndər, milli birliyi təmin etməklə yanaşı, vahid ordunun formalaşması, Azərbaycan neftinin dünya bazarına çıxarılması, iqtisadiyyatın inkişafı və s.ş istiqamətlərdə fundamental dövlət siyasəti həyata keçirməyə başladı. Məhz Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin siyasi kursuna bağlılığı müasir Azərbaycanın bütün sahələrdə - hərbi, diplomatik, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə uğurlarını təmin etdi. 

Əminliklə demək olar ki, bu gün Azərbaycan öz qüdrətinin zirvəsində qərarlaşmaqda, əldə etdiyi nailiyyətləri daha dərinləşdirməkdir. Lakin bu da bir həqiqətdir ki, bugünə qədər olduğu kimi bundan sonra da dövlətimiz və xalqımızın inkişafı Heydər Əliyev ideyalarına sadiqlik göstərməkdən, bu ideyaları sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəkləməkdən keçir.

Ümummilli Liderin çağırış və tövsiyyələrinin praktiki şəkildə gerçəkləşdirilməsi Ulu Öndər irsinə sadiqlik nümunəsi olmaqla yanaşı, həm də dövlətimizin inkişafına töhfə, xalqımızın sosial-mənəvi yüksəlişinə dəstəkdir. Bu məsələdə hər bir fərdin, eləcə də dövlət qurumları ilə yanaşı, özəl şirkətlərin, iş adamlarının üzərinə böyük məsuliyyət düşür. Nümunə üçün qeyd edək ki, bugünlərdə “Avrora Qrup”un dəstəyi və təşkilatçılığı ilə “Nur” uşaq evində məskunlaşan bir qrup uşağın Şuşa və Xankəndiyə səfəri təşkil edilib, ölkəmizin uşaqlara tanıdılması istiqamətində bir-birindən maraqlı layihələr həyata keçirilib. “Avrora Qrup”un sosial platformadakı hesabında bu barədə deyilir:

“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. Şirkətin sosial-ictimai məsuliyyət dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evində məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub. Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb. Qeyd edək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir. Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir”.

Göründüyü kimi, uşaqlarla bağlı bu layihə özəl şirkət tərəfindən reallaşdırılıb və mahiyyət etibarı ilə işğaldan azad edilən ərazilərimizin tanıdılmasına, azyaşlılara sevdirilməsinə, respublikamızın tarixi, təbiəti, mədəniyyəti haqqında daha dolğun məlumat almasına xidmət edib.

Hansı ki, Ulu Öndər Heydər Əliyev vətənin gənclərə uşaq vaxtından sevdirilməsinin önəminə toxunub, vətənpərvərlik hislərinin erkən yaşlarından formalaşdırılmasının vacibliyini vurğulayıb. Heydər Əliyev deyib:

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Bu baxımdan, bütün sahə və istiqamətlərdə Ulu Öndər ideyalarının əməli şəkildə dəstəklənməsi vacibdir. Yalnız belə olduğu təqdirdə dövlətimizin tərəqqisini sığortalamaq, respublikamızın dinamik inkişafını təmin etmək mümkündür.

Seymur ƏLİYEV

2026-06-14 16:15:00
1053 baxış

Digər xəbərlər

“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”   “Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .   Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:   “Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.   Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrant müsabiqəsində  “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsi qalib olub. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanılıb. Layihənin əsas məqsədi sağlamlığında məhdudiyyətlər olan, lakin əlil olmalarını özləri üçün məhdudiyyət saymayan insanlarla cəmiyyətdə əlilliyi olan digər insanlara nümunə göstərilərək əlilliyi olan insanların hər birinin  özünə inananraq, güvənərək cəmiyyətə normal şəkildə inteqrasiya olunmasına kömək edilməsidir. Ümumilikdə fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru “Siz bizlərdən birisiniz” şüarı altında maarifləndirmə  istiqamətində  tədbirlər təşkil olunacaq. Layihə İmişli, Kürdəmir, Saatlı və Sabirabad rayonlarında yerli icra orqanlarının təşkil etdiyi məkanlarda həyata keçiriləcək.  Layihə rəhbəri “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumova    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 31 mart 2017-ci il tarixində keçirilmiş tədbir

30 mart 2017-cı il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Bu faciənin təməli 2 əsr öncədən başlamışdı. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən əvvəl çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsuaən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Bakıda hakimiyyətini ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni  millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından ordudan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə 31 mart hadisələri ilə yanaşı həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış,  ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.

Hamısını oxu
Tatarıstan Respublikasının Baş Nazirinin müavini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Tatarıstan Respublikasının Baş Nazirinin müavini – Tatarıstan Respublikasının Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi, general-mayor Axmetşin Ravil Kalimulloviç Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş zamanı Azərbaycan və Tatarıstanın veteran təşkilatları arasında ikitərəfli əlaqələrin genişləndiriməsi perspektivi müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Axmetşin Ravil Kalimulloviç iki ölkə veteranları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Fatma Səttarovanı və Cəlil Xəlilovu ordu generalı “Maxmut Axmetoviç Qareyevin anadan olmasının 100 illiyi xatirə medalı” ilə təltif edib. Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Axmetşin Ravil Kalimulloviçi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib, gəlişinə görə ona öz təşəkkürünü bildirib. Görüşdə Bakıda fəaliyyət göstərən  “Rus Evi”nin nümayəndəsi Yelena Tsvilyova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq əlaqələr və Təşkilatı iş şöbəsinin əməkdaşı polkovnik Samir Musayev, Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.  

Hamısını oxu