Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidlər “evə qayıdır”: 30 il sonra!

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və hazırda qalıqları tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş - Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun nəşləri avqustun 21-də dəfn ediləcək.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mühüm işlər görülür, silsilə addımlar atılır. Məhz görülən bütün bu işlər sayəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti eyniləşdirilmişdir. Bu şəxslərdən 250 nəfərinin nəşi ailələrinə təhvil verilərək milli-dini ənənələrə və hərbi nizamnamənin tələblərinə uyğun şəkildə dəfn edilmişlər. 21 avqust tarixində daha 5 itkin-şəhid dəfn olunacaq ki, bu da 30 il həsrət içində yaşamış 5 ailənin gözünün yollardan yığılması, ruhunun rahatlıq tapması deməkdir.

Bəli, Birinci Qarabağ müharibəsinin şəhidləri 30 illik fasilədən sonra “evə qayıdır”. Bu qayıdış 30 illik ayrılığa son qoymaqla yanaşı, yüzlərlə ailə üçün mənəvi təsəllidir. Bu qayıdış uzun illərdir ki, gözləri yolda, qulağı səsdə olan ailələrin daxili dincliyi, şəhidlərinizi ziyarət edəcək məzar yerinin olması deməkdir. Bu qayıdış Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin təntənəsidir. Çünki məhz bu zəfər erməni işğalındakı torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, Birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidlərinin taleyinin müəyyən edilməsinə, onların milli adət-ənəyə uyğun şəkildə dəfninə imkan yaratdı. 8 Noyabr zəfəri məcburi köçkünlərimizin doğma evlərinə yolunu açmaqla yanaşı, şəhidlərin də öz doğma yurduna qayıdışını təmin etdi.

İnanırıq ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti digər itkin-şəhidlərimizin taleyinin müəyyən edilməsini, nəşlərinin ailə üzvlərinin iştirakı ilə hörmət və ehtiramla dəfn olunmasını təmin edəcək, bununla da on illərdir davam edən intizar və əzaba son qoyulacaq.

Seymur ƏLİYEV

2026-08-20 17:24:00
676 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında bir qrup Qarabağ müharibəsi veteranı ilə görüş keçirilmişdir

O,  Qarabağ torpağının düşmən işğalından azad edilməsi üçün qəhrəman Azərbaycan əsgəri ilə yanaşı, Qarabağ qazilərinin də bü gün yenidən silaha sarılmağa hər an hazır olduqlarını, eləcə də, gənclərin vətənpərvərlik  tərbiyəsində onların xüsüsi xidmətləri olduğunu bildirmişdir. C.Xəlilov öz sıralarında böyük veteranlar ordusunu birləşdirən Respublika Veteranlar Təşkilatının II Dünya müharibəsi veteranları ilə yanaşı, xüsusən Qarabağ müharibəsi veteranlarını da daim diqqət mərkəzində saxladığını və bunun gələcəkdə də uğurla davam etdiriləcəyinə əmin olduğunu ifadə etmişdir. Qarabağ müharibəsi vetaranları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, bu gün düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əsgərlərimizlə bərabər döyüşlərə qatılmağa, onlara göstərilən edimadı hər an doğrultmağa hazır olduqlarını bildirmişlər. Onlar eyni zamanda, Respublika Veteranlar Təşkilatının daim Qarabağ veteranlarının yanında olduğunu vurğulamış, gənclərin vətənpərvərlik tərbiyəsində Təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd etmişlər. C.Xəlilov Qarabağ veteranlarının da bu sahədə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdiklərini və bu məsələnin hazırkı mərhələdə Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, ölkənin bütün ictimai təşkilatlarını gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində öz səylərini birləşdirməyə, mövcud imkanlardan daha səmərəli istifadə etməyə, ümumən dövlətin uğurla həyata keçirdiyi gənclər siyasətinə gəstək olmağa səsləmişdir.   Görüşün sonunda Qarabağ müharibəsi veteranlarından Mürşüd Mahmudov “Həzi Aslanov” yubiley medalı, Kamil Şirinov isə “Səməd bəy Mehmandarov” yubiley medalı ilə təltif edilmişlər. Görüş xatirə şəkilinin çəkdirilməsi ilə başa çatmışdir.

Hamısını oxu
callber

Hamısını oxu
“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”

Cəlil Xəlilov: “Ordumuz istənilən təxribatı dəf etməyə qadirdir” “Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddilar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi: “44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdu və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır. Diqqət çəkən digər bir məqam ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasıdır. Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət  hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”. Polkovnik bildiirb ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlərimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxriabatların qarşısını qətiyyətlə aldığını göstərir. Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.    

Hamısını oxu
Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər.   

Hamısını oxu