Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov görkəmli ictimai-siyasi xadim, məşhur diplomat Hüseyn Quliyevi yubiley münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov görkəmli ictimai-siyasi xadim, məşhur diplomat Hüseyn Quliyevi 80 illik yubiley münasibətilə təbrik edib. Təbrik mətnində deyilir:

"Hörmətli Hüseyn bəy!

Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sizin ömür yolunuz, siyasi fəaliyyətiniz, dövlətimiz və xalqımıza sonsuz sədaqətiniz, milli maraqlarımızın müdafiəsi uğrunda apardığınız mübarizə, bu mübarizədə sərgilədiyiniz fədakarlıqlar hər bir Azərbaycan gəncinə örnək, gələcək nəsillərə nümunədir. Təsadüfi deyil ki, uzun illər ərzində milli mənafeyimiz uğrunda apardığınız mübarizə, ortaya qoyduğunuz təkrarsız xidmətlər Azərbaycan dövləti tərəfindən də daim yüksək qiymətləndirilib. Sizin 9 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz bunun ən böyük isbatıdır. 22 iyun 2026-cı ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz dövlətimizin diplomatik sferadakı xidmətlərinizi yüksək səviyyədə dəyərləndirdiyini, bu xidmətləri diqqətdən kənarda qoymadığını göstərir. Bütün bu faktlar sübut edir ki, siz Ümummillli Lider Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq dövlətimizin maarq və mənafeyini hər zaman ləyaqətlə qorumuş, atanız Rzaqulu Quliyevin irsinə övlad olaraq da daim sadiq qalmısınız.

Hörmətli Hüseyn bəy!

Sizin xalqımız və türk dünyası qarşısında mühüm xidmətlərinizdən biri də Azəbaycanıa Özbəkistan arasında siyasi-diplomatik və mədəni əlaqələrin inkişafına böyük töhfə verməyiniz, bu müstəvidə mühüm addımlar atmağınızla bağlıdır. Məhz Sizin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri çalışdığnız dönəmdə iki dövlət arasında siyasi-mədəni əlaqələr sürətlə inkişaf etmiş, mahiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Elə bunun nəticəsidir ki, 22 iyun 2026-cı ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Mehnat şuxratı” ordeni ilə təltif edilmiş, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındakı xidmətləriniz yüksək qiymətləndirilmişdir. Qürurvericidir ki, siz ömrünüzün 80 illik zirvəsində qərar tutduğunuz bugünkü gündə də xalqımız və dövlətimiz naminə əzmlə çalışmaqda, respublikamızın inkişafına böyük töhfələr verməkdəsiniz. Əminik ki, Sizin gələcək fəaliyyətiniz çoxsaylı uğurlar, böyük müvəffəqiyyətlərlə yadda qalacaq, doğma Azərbaycanımızın inkişafına təkan verəcək.

Ad gününüz mübarək olsun!"

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Polkovnik Cəlil Xəlilov

 

2026-08-29 11:43:00
42 baxış

Digər xəbərlər

SON DƏQİQƏ: Azərbaycan Ordusu Ağdamda

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub. Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub. Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb. Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir. Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Zümrüd

Hamısını oxu
Sülh və həmrəyliyə çağırış!

Hamısını oxu
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”

2020-ci ili Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmış, habelə yeni Komando Qüvvələri yaradılmışdı. Prezident İlham Əliyev hələ o zaman bunun zərurətdən irəli gəldiyini vurğulamışdı. Prezident bildirmişdir ki, Vətən müharibəsi təcrübəsi, habelə müasir dünyamızdakı gerçəkliklər bu yenilikləri zəruri edir. İlham Əliyev 23 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılış mərasimindəki çıxışında demişdir: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”. Maraqlıdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra xüsusi təyinatlıların sayının artırılması və Komando Qüvvələrinin yaradılması istiqamətində atdığı addımları ABŞ bugünlərdə - 4 il sonra həyata keçirməyə başlayıb. Veteran.gov.az xəbər verir ki, Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənən ABŞ hərbi mütəxəssisləri müharibənin taleyinə hər kəsdən daha çox məhz xüsusi təyinatlı qüvvələrin təsir göstərdiyini bildiriblər. Ekspertlər qeyd edib ki, müasir müharibələr orduda say çoxluğunu deyil, çətin və mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən, yeni texnologiya ilə işləməyi bacaran xüsusi təyinatlı hərbçilər tələb edir. Məhz Ukrayna müharibəsinin müşahidəsi və təhlilindən sonra ABŞ hərbi komandanlığı orduda xüsusi təyinatlı qüvvələrin sayını artırmağa qərar verib. Məlumata görə onların sırasına həm də pilotsuz aparatları və digər texniki avadanlıqları qısa zaman ərzində proqramlaşdıra bilən mütəxəssislər əlavə ediləcək. Görünən odur ki, Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ yalnız indi həyata keçirməyə başlayıb. Başqa sözlə desək, bu məsələdə rəsmi Bakı Vaşinqtonu nə az, nə çox -  düz dörd il qabaqlayıb ki, bu  da dövlətimizin, onun Prezidentinin uzaqgörənliyindən xəbər verir. Seymur ƏLİYEV  

Hamısını oxu
Rusiyadan Azərbaycanı təslim etmək üçün görün hansı addımlar atılıb:

Hamısını oxu