Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Qasımova həsr edilən filmin təqdimatı olub

19 sentyabr 2026 cı il tarixdə Ağdam rayonunda Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Qasımovun filmi sərgilənib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məcilisin deputatı  Bəxtiyar Əliyev, Ağdam rayonu Yeni Azərbaycan Partiyasının sədri Mansur Quliyev, qəhramanın ailə üzvüləri, Ağdam Veteranlar Təşkilatının nümayəndələri, Ağdam Rayon İcra Hakimiyyətinin təmsiçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublukasının Dövlət Himni səsləndirilib.

Ağdam Rayon İcra Hakimiyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev çıxış edərək Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlığından bəhs ediblər.  

 

 

2026-09-21 11:46:00
57 baxış

Digər xəbərlər

Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu
Yeni dünya nizamı və Azərbaycanın orta güc statusu

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Veteran.gov.az xəbər verir ki, bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib, məzarların önünə gül dəstələri qoyublar.  

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib

akı, 28 oktyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu