Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, qurultay iştiakçısı, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib:

“Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Qurultaya damğa vuran əsas məqam isə heç şübhəsiz Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər oldu.

Müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkən dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yada saldı. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan vurğuladı ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar, problemin dərinləşməsinə imkan verməzdi. Hansı ki, Azərbaycan xalqı separatizm və işğal faktoru fonunda Heydər Əliyevin siyasi dühasına arxalandığı, onun səriştəsinə bələd olduğu üçün 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi və Ümummilli Lider həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı öz dövlətçiliyini qorudu, vətəndaş müharibəsinin baş verməsinə, erməni işğalının genişlənməsinə imkan vermədi”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlət başçısı hərbi gücümüzün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirlməsi, ideoloji işin aparılması ilə bağlı da vacib çağırışlar səsləndirib:

“Prezident İlham Əliyev Qurultaydakı çıxışında Azərbaycanın hərbi gücünün artırılmasının vacibliyinə də toxundu. Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbi gücün artırılması hər bir dövlət, hər bir xalq üçün vacibdir. Çünki dövlətin təhlükəsizliyi, öz ərazi bütövlüyü və suverenliyini qoruması bu amildən bilavasitə asılıdır.

Dövlət başçısı Azərbaycanın yaşadığı faciələrə də diqqət çəkdi və bildirdi ki, bu kimi halların bir daha baş verməməsi üçün hərbi gücün artırılması zəruridir. Beynəlxalq hüquq və beynəlxalq təşkilatların rolunun azaldığı müasir dünyamızda hərbi güc təhlükəsizlik bxımından ikiqat önəm kəsb edir.

Prezident çıxışnda müasir ideoloji işlərin aparılmasının önəmini də qeyd etdi. Dövlət başçısı vurğuladı ki, bu işlər formal xarakter daşımamalı, real və praktiki olmalıdır. Müzəffər Ali Baş Komandan bunun üçün gərəkli zəminin mövcud olduğunu da söylədi. Dövlət başçısı qeyd etdi ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal anti-terror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar – QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xıra müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında akiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Mən başda cənab Prezident olmaqla YAP-ın VIII qurultayının bütün iştirakçılarını Qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

2026-10-02 17:30:00
441 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

Hamısını oxu
İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov!

İsrafil Məmmədov 1919-cu ildə martın 16 – da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açıb. İsrafil Məmmədov 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb. O, birinci dəfə Gəncəyə gələndə bütün şəhər sakinləri  onu qarşılayıb. Bədənində 60-dan çox qəlpə yarası olub.Yenidən cəbhəyə  qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıdıb. Müharibə qurtardıqdan sonra,1946-cı ildə onun yarası  ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orada vəfat edib. Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərilib. O vaxt Bakıda dəfn olnmasını  Gəncə ziyallıları istəməyib. Onlar qəhrəmanın doğma şəhərlərində dəfn olunmasını istəyiblər.  Sovet rəhbərliyi də bu təklifə etiraz etməyib. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat , onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi  əşyaları sərgilənir. Hazırda qəhrəmanın doğulduğu Şəmkir rayonunun Qapanlı kəndində büstü ucaldılmışdır. Qapanlı kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır.

Hamısını oxu
Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi polkovnik Cəlil Xəlilovu ad günü münsibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert,  polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib.     

Hamısını oxu
“Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda elmi seminar keçirilib

28 oktyabr tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda elmi seminar keçirilib. Seminarı institutun rektoru, professor Nazim Pənahov açaraq iştirakçıları salamladı. O, çıxışında süni intellektin səhiyyə sahəsində tətbiqinin əhəmiyyətindən, mövzunun aktuallığından və tibbi müəssisələrdə bu texnologiyalardan istifadənin vacibliyindən danış;b. Həmçinin xaricdən dəvət olunmuş məruzəçiləri iştirakçılara təqdim edib. Seminarda alimlər, professorlar və tibb mütəxəssisləri iştirak edirdi. Tədbirin əsas məruzəçisi tibb təhsili üzrə tanınmış alim, Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) Qiymətləndiricilər Qrupunun üzvü, professor Hossam Hamdi olub. Seminarda, həmçinin Əli Bin Universitetinin nümayəndəsi dosent Səbrin Əli Əzim və McGraw Hill şirkətinin akademik məsləhətçisi Nuri Karaca çıxış ediblər. Seminarın məqsədi süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsilinin inkişafı, tibbi təhsildə keyfiyyətin yüksəldilməsi, qiymətləndirmə və tədris metodlarının təkmilləşdirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi olub. Məruzələr zamanı süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, müasir tədris yanaşmaları və beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə olundu. Qeyd edək ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, müasir tibbi yeniliklərin və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm işlər görür. Bu cür elmi seminarlar və təcrübə mübadiləsi platformaları həkimlərin davamlı peşəkar inkişafına, tibbi təhsilin təkmilləşdirilməsinə töhfə verir. Olduqca maraqlı və faydalı bir seminar oldu. Dəyərli həmkarlarla bir araya gəlmək, maraqlı məruzələri dinləmək və aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq çox xoş idi. Xüsusilə, süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi gələcəyin mütəxəssislərinin hazırlanması baxımından çox faydalıdır.  

Hamısını oxu