Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə


Veteran.gov.az xəbər verir ki, 1 aprel tarixdə Azərbaycan Respublikası Autizm Defektoloji və Qeyri-Hökumət Təşkilatlarına Psixoloji Yardım Mərkəzi İB -in təşkilatçılığı ilə Autizmli uşaqların valideynlərinin bacarıqları üçün innovativ təşəbbüslərin həyata keçirilməsi “ layihəsi çərçivəsində” 2 Aprel Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı keçirildi. Konfransın keçirilməsində məqsədi autizmlə bağlı maarifləndirmənin geniş yayılmasına dəstək göstərməkdən ibarət idi. Konfransda sahəsi üzrə mütəxəssislər tərəfindən autizmlə bağlı müxtəlif mövzular səsləndirildi. Əvvəlcə Azərbaycan Respublikasi Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri Çiçək xanım Məmmədli iştirakçılara Layihə haqqında məlumatı səsləndirdi. Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu. Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu. Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir. Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər. Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq. Sonda digər təşkilat üzvləri tərəfindən məruzələr və iştirakçılar arasında suallar, təklif və müzakirələr həyata keçirlidi.
Hamısını oxu
II Dünya Müharibəsi və əmək veteranı, Əliyev Hümbət Hümbət oğlu 25 oktyabr tarixində vəfat edib. 1921-ci ildə Qazax rayonun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1939-cu ildə ordu sıralarına çağrılmışdır. Sovet-Finlyandiya müharibəsinin iştirakçısı olmuş, daha sonar Pribaltika cəbhəsində vuruşmuş, bir sıra orden və medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra uzun müddət məktəbdə müəllim işləmişdir. Hümbət Əliyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Ölkəmizdə fəaliyyət göstərən hərb yönümlü QHT - ları - Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası bir yerdə, birgə fəaliyyət göstərirlər. Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və dəstəkləyəcəkdirlər. Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini təkmilləşdirirlər. Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala - gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcək. Lakin təəssüflər olsun ki, ölkənin bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə” nail olmağa çalışırlar. Həqiqətlə heç cür uzlaşmayan, yalan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar. Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət edirik. Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin qarasınca danışmaqdan, onlara böhtan, iftira xarakterli danışıqlardan çəkinməyə səsləyirik. Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik Cəlil Xəlilov Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor Məhəmmədhüseyn Sarıyev Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev
Hamısını oxu
Dünən millət vəkili Soltan Məmmədov şəhid Murad Əliyevin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub. Veteran.gov.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Murad Əliyevin ailə üzvləri ilə görüşdük. Şəhidimizin əziz xatirəsini yad etdik. Şəhidlərimizin hər birinin həyat hekayəsi bizim üçün örnəkdir. Azərbaycanı güclü edən, bizə qələbə yaşadan qəhrəman və fədakar oğullarımızdır. Ona görə də, dövlətimiz şəhid ailələrini və müharibədə sağlamlığını itirmiş qəhrəmanlarımızı daim diqqətdə saxlayır. Onları dinləmək, ünsiyyətdə olmaq, hər zaman yanında olduğumuzu hiss etdirmək bizim vətəndaşlıq borcumuzdur. Murad cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalıb. Bu yaşda tarixin bir parçasına çevrilmək yalnız seçilmiş insanlara nəsib olur. Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2007-ci ildə Binə qəsəbəsində yerləşən 136 saylı məktəbin birinci sinifinə qəbul olunub. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olan Murad Əliyev Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olmasına görə" medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Hamısını oxu