Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi oldu

“Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi ən böyük siyasi tədbir idi. Dünyanın 120 ölkəsi Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, təşkilatın Bakıda keçirilən toplantıları çərçivəsində qəbul edilən sənədlərdə yer alan məsələlər artıq beynəlxalq ictimaiyyətin də Azərbaycanın haqq sözünü dediyini bir daha sübut edir: “Zirvə Görüşündə iştirak edən ölkələr də Ermənistandan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin yerinə yetirilməsini istəmiş oldular. Bu, Azərbaycanın ciddi diplomatik qələbəsidir. Belə bir məqamda Ermənistan bu çağırışa qarşılıq olaraq işğal etdiyi əraziləri tərk etməlidir. ”. Qoşulmama Hərəkatının BMT-dən sonra dünyada ikinci siyasi təşkilat olduğunu deyən təşkilatın sədr müavini söyləyib ki, Zirvə Görüşündə iştirak edən yüzlərlə nümayəndə ölkəmizin real iqtisadi, sosial vəziyyəti, qədim tarixə malik olmasını öz gözləri ilə görmüş oldular: “Bununla da, qonaqların Azərbaycan haqqında təsəvvürləri daha da genişləndi, mədəniyyətimiz, qonaqpərvərliyimiz, sülhpərvərliyimizin şahidi oldular”. C.Xəlilov qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyin 3 il müddətində Azərbaycana həvalə edilməsi böyük missiya olsa da, ölkəmiz bu işin öhdəsindən layiqincə gəlməyə qadirdir: “Əminəm ki, ölkəmiz bu müddət ərzində hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək, ədalətin təmin olunması üçün əlindən gələni edəcək”. Azərbaycanın son dövrlərdə çox böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən ehtiyatda olan polkovnik əlavə edib ki, bütün bunlar dünya ölkələrinin Azərbaycana etibar, inam və ehtiramının əyani göstəricisidir: “Beynəlxalq tədbirə ev sahibliyi etmək o qədər də asan məsələ deyil. Bunun üçün ölkədə sabitlik, stabillik və təhlükəsizlik mütləqdir. Böyük tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkəmizin sabitlik, stabillik, təhlükəsizlik məkanı olduğunu beynəlxalq aləm tərəfindən də qəbul edildiyini sübut edir. Ölkəmizin dünyada nüfuzu gündən-günə artır. Təbii ki, bu uğurun arxasında Prezident İlham Əliyevin gərgin və geniş əhatəli diplomatik fəaliyyəti dayanır”.
Müəllif: Nailə Məhərrəmova

2019-10-28 00:00:00
3658 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

Bakı, 7 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

25 yanvar 2022-ci il saat 14:00-da İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib:   “ Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,  müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarovanın anadan olmasının 100 illik yubileyinə toplaşmışıq. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar.  Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı - 100 yaşını bu gün qeyd edən Fatma xanım Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fatma xanımı “İstiqlal” ordeni ilə təltif etməsi buna nümunədir. Bu, həm də veteranlara, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən qiymətdir və biz buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk”. Daha sonra polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın Fatma Səttarovaya ünvanlanan təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Cəlil Xəlilovun çıxışından sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında  çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub. Bundan sonra söz Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya verilib. Elmira Süleymanova çıxışında Fatma Səttarovanın timsalında Azərbaycan insanının faşizmə qarşı mübarizəsinə diqqət çəkib.  Fatma Səttarovanın həyat yolunun hər bir gəncə nümunə olduğunu bildirən Elmira Süleymanova, təşkilat sədrinə uzun və  sağlam həyat arzulayıb. “Siz bütün həyatınızı insanlığa həsr etmisiniz”   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib:   “Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”.   Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Fatma Səttarovaya nazir Kəmaləddin Heydərovun təbrikini çatdırıb, xoş arzularını bildirib. Azərbaycan Respublikasının Müdafə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin şöbə rəisi polkovnik Habil Talıbov çıxışında Fatma Səttarovanı yubiley münasibəti ilə təbrik edib, onun Azərbaycan gəncliyinə bundan sonra da örnək olacağını bildirib. Rossotrudniçestva Agentliyinin Azərbaycandakı rəhbəri Zinnurov İrek Xaydaroviç Fatma Səttarovanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.   Sumqayıt VT-nın sədri Sovet Şükürov çıxışında Fatma Səttarovanı həm Sumqayıt veteranları, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından təbrik edib, Fatma xanımı icra başçısı adından Sumqayıta dəvət edib.   Daha sonra çıxış edən prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev Fatma Səttarovanı prokurorluq əməkdaşları adından təbrik edib. O, qeyd edib ki, Fatma Səttarovanın həyat yolu əsrlər sonra da gənclər və yeniyetmələr üçün böyük məktəb, böyük örnək olaraq qalacaqdır.   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Rövşən Qaracayev Fatma Səttarovaya xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb, Fatma xanımın həyat yolundan məmnunluqla bəhs edib.   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev yubileyarı nazir Sahil Babayevin adından təbrik edib, Fatma xanımı gənclər üçün örnək adlandırıb. “Bir əsrin qəhrəmanı”   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxışında Fatma Səttarovanı bir əsrin qəhrəmanı adlandırıb. O, qeyd edib ki, həm dövlət başçısı, həm də I vitse-prezident Mehriban xanımın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. Səmyar Abdullayev Fatma Səttarovaya dövlətin verdiyi bu yüksək dəyəri ümumilikdə veteranlara verilən dəyər kimi xarakterizə edib.   Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov yubileyara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini çatdırıb. Fatma Səttarova və silahdaşlarının XX əsrdə faşizmə qalib gəldiyini vurğulayan Elmin İmanov qeyd edib ki, XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxazov Fatma Səttarovanı Konfederasiya sədri Səttar Möhbalıyev adından təbrik edib.   Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin şöbə müdiri Əli Məmmədov Fatma Səttarovanı nazir Fərid Qayıbov və nazirliyin kolektivi adından təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva çıxışında Fatma Səttarovanı Bakı şəhər veteranları adından təbrik edib, xoş arzularını çatdırıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı Rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov yubileyarı təbrik edib, Fatma Səttarovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb. Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.   Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti          

Hamısını oxu
Bu gün Tamerlan Əliyevin doğum günüdür

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Daxili Qoşunları təbrik edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümü münasibəti ilə DİN-nin Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik edib. Təbrik müraciətində deyilir:   “Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suvetrenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümüdür. Bu tarixi gün münasibəti ilə Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.   Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib. Bu döyüşlər zamanı çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev şəhid olublar. Hansı ki, onlar Daxili Qoşunların ilk şəhidləri hesab edilir və elə buna görə də həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. I Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi  heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.   Daxili Qoşunların Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığı, düşmənə qarşı əzmkar mübarizəsi ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məhz ümummilli ldierin 9 mart 1995-ci il tarixli Fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan edilib.   Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb. Möhtərəm prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır.   Mən bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu