Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Həsən Mirzəyev dilçi, siyasətçi, ideoloq və Azərbaycanşünas kimi qiymətli şəxsiyyət idi”

Nizami Cəfərov: “Onun milli-mənəvi dəyərlərimizin dövlət siyasəti səviyyəsinə yüksəldilməsində böyük xidmətləri var”

Noyabrın 26-sı filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, mərhum professor Həsən Mirzəyevin anadan olmasının 99-cu ildönümüdür.

Saytımıza açıqlama verən akademik Nizami Cəfərov, Həsən Mirzə yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirib, onun milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolunu yüksək qiymətləndirib:

“Həsən Mirzə ilk növbədə Azərbaycan dilinin müəllimi,  Azərbaycan dilinin təəssübkeşi, Azərbaycan dili dərsliklərinin müəllifi kimi bizim gəncliyimizə çox böyük təsir göstərib və bu gün də təsir göstərməkdədir. Bu, onun xidmətlərinin sadəcə bir hissəsidir.

İkincisi, Həsən Mirzəyev xalq uğrunda, xalq ədəbiyyat mövzusunda yazan gözəl bir şair idi. Onun dili də, yaradıcılığının milliliyi də həddindən artıq parlaq və təsirli idi. O, bir şair kimi də, ədəbiyyatı sevən, ədəbiyyatı  öyrədən, xalq ədəbiyyatının dərinliklərinə nüfuz edən ədəbiyyat adamı kimi də dəyərli insan idi.

Həsən Mirzəyev siyasətçi kimi, dövlət adamı kimi, ideoloq kimi, Azərbaycanşünas kimi də çox qiymətli bir şəxsiyyət idi. O, bizim milli-mənəvi  dəyərlərimizin qorunması, müdafiə olunması, təbliği və onun dövlət siyasəti səviyyəsinə qadırılmasında böyük xidmətləri olan bir ziyalı idi. Ona görə də Həsən Mirzəyevin yeri məmləkətimizdə hər zaman yüksəkdir və  hər zaman da belə qalacaq”.

Seymur ƏLİYEV

2026-11-24 17:35:00
10 baxış

Digər xəbərlər

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinin açılış mərasimi keçirilib. "Unikal" xəbər verir ki, Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi (STM) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və kollektivlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən STM-nin direktoru Elnur Azadxanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışaraq, belə yarışların səhiyyə işçiləri arasında birlik, həmrəylik və komanda ruhunun güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, bu cür idman tədbirlərinin kollektivlər arasında əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verdiyini qeyd edib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vahid Abdullayev isə idmanın insanları birləşdirən mühüm amillərdən biri olduğunu qeyd edərək, bütün komandalara uğurlar arzulayıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib, yarışın səhiyyə işçiləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Turnirdə ümumilikdə 8 komanda iştirak edir. Komandalardan biri Sumqayıt Narkoloji Dispanserini, digər yeddi komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrini təmsil edir. Açılış mərasimindən sonra ilk oyunlara start verilib. Turnirin növbəti qarşılaşmaları 8 iyun tarixində keçiriləcək. Yarışın final oyunu və bağlanış-mükafatlandırma mərasimi isə 12 iyun tarixində baş tutacaq. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.  

Hamısını oxu
ролковнику Джалилу Халилову

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Mikayıl Ələkbərov kimi qəhrəmanların döyüş yolu gənc nəslin ideoloji-mənəvi tərbiyəsində mühüm amilə çevrilmişdir

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində qələbənin qazanılmasında azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdirmişdir. Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstərmiş, Polşanın, Yunanıstanın, Çexiyanın kimi ölkələrin azad olunmasında iştirak etmişlər. Bu döyüşlərdə Azərbaycanın igid övladları Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dnepr ətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, Mikayıl Ələkbərov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov kimi cəsur oğullar Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüş və öz hərbi borclarını sona qədər şərəflə yerinə yetirirmişlər. Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun Rudka kəndində 309 döyüşçünün əbədi uyuduğu qardaşlıq məzarında Azərbaycanın igid oğlu qvardiya qızıl əsgəri, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılmışdır. 19 yaşında canını xalqı uğrunda fəda etmiş Mikayıl Ələkbərov kimi qəhrəmanların abidəsinin ucaldılması, keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Mikayıl Ələkbərov 1924-cü ildə Abşeron rayonunun Saray kəndində anadan olmuşdur. Stepnoy cəbhəsinin birinci qvardiya ordusu, 81-ci qvardiya atıcı diviziyasının 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyünün kəşfiyyatçısı kimi qəhrəmanlıq örnəyinə çevrilən Mikayıl Ələkbərova 1943-cü il oktyabrın 10-da ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Kəşfiyyatçı Dnepr çayının keçilməsində xüsusilə fərqlənmişdir. 1943-cü il sentyabrın 26-na keçən gecə Mikayıl Ələkbərov bir qrup kəşfiyyatçı ilə birlikdə düşmənin atəş sistemini öyrənmək üçün Borodayevka kəndinə getmişdi. Onlar gecə vaxtı hücum təşkil edərək bir saat ərzində düşmənin atəş nöqtələrinin yerini öyrənmişlər. Ertəsi gün bu kənd uğrunda döyüşdə Mikayıl iki alman əsgərini əsir götürmüş, daha dörd faşisti məhv etmişdir. Ələkbərov öz kəşfiyyatçı yoldaşları ilə birlikdə hitlerçilərin 14 əks-hücumunu dəf etmişdir. Sentyabrın 30-da ağır yaralanan Mikayıl Ələkbərov aldığı yaralardan 1943-cü il oktyabrın 13-də hərbi hospitalda vəfat etmişdir. Qvardiya qızıl əsgəri Mikayıl Məmməd oğlu Ələkbərova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşistləri ilə döyüşlərdə göstərdiyi mərdlik və rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1943-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseyinzadə, Qafur Məmmədov,Mikayıl Ələkbərovunda xatirəsi daima yad edilir, Azərbaycanın hərbi məktəblərində, hərbi muzeylərdə, mümkün olan tədbirlərdə təbliğ edilir, örnəyə cevrilən ömür yolundan qürurla, vüqarla söz açılır. Büten bunlar bir daha sübut edir ki, Mikayıl Ələkbərovun qəhrəmanlığı yalnız öz dövründə deyil, həm də sonrakı nəsillər üçün bir dərs və ilham mənbəyi olaraq qalır.                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik  Cəlil Xəlilov

Hamısını oxu