Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə

O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib. Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir: - Böyük Vətən müharibəsi dövründə vəzifəniz düşmənin hava qüvvələrinin kəşfiyyatı, müttəfiqlərin strateji nöqtələrinin hava hücumundan müdafiəsi idi. Bütün bunların öhdəsindən necə gəlirdiniz? Serjantlıqdan general-polkovnikə gedən yolunuz barədə danışın, mümkünsə. - Müharibənin başlaması həyatımda dönüş nöqtəsi oldu. O vaxtlar mən tələbə - cavan, arıq bir oğlan idim. Hərbi xidmətə çağırıldım, hərbi komissarlıq isə məni Zenit Artilleriya Məktəbinə göndərdi. Yarım illik sürətləndirilmiş təlimdən sonra mən artıq döyüş tapşırıqlarına hazır idim. Məni şimala göndərdilər. Azərbaycandan olduğum üçün soyuğa öyrəşmək çox çətin idi. Bizim zenit-artilleriya divizionunun vəzifəsi müttəfiqlər üçün strateji cəhətdən əhəmiyyətli olan Arxangelsk limanını müdafiə etmək idi. Mən tağım komandiri idim. Onlar bombalayırdılar, biz isə dəf edirdik. Daha sonra divizionumuzu ən vacib strateji nöqtələrə göndərirdilər. Bir qədər sonra bizi artıq Jukovun rəhbərlik etdiyi Birinci Belarus Cəbhəsinin tərkibinə daxil etdilər. Mən bir çox mühüm əməliyyatlarda iştirak etmişəm, lakin Varşava və əlbəttə ki, Berlin əməliyyatı daha çox yaddaşıma həkk olunub, çünki məhz bu döyüş tapşırığını yerinə yetirməklə biz faşist Almaniyası üzərində gözlədiyimiz qələbəni qazana bildik. - Berlin əməliyyatı haqda danışa bilərsinizmi? - Berlin strateji hücum əməliyyatı 16 aprel tarixində başladı. Bizim zenit-artilleriya divizionumuzun da daxil olduğu Birinci Belarus Cəbhəsinin vəzifəsi Almaniyanın paytaxtı Berlin şəhərini ələ keçirmək idi. Bir çox döyüş tapşırıqları var idi və mən o vaxt üçün artıq divizion qərargahının rəis köməkçisi idim. Mənə ən çətin döyüş tapşırıqları həvalə olunurdu. Mən divizion üçün yeni dislokasiya yerləri formalaşdırmalı idim. Sadə dillə desək, divizion qalırdı, mən isə öndə gedirdim və yeni dislokasiya yeri axtarırdım. Məhz bu səbəbdən Berlinə qədər gedib çıxdım. May ayının 2-si idi. Həmin günü heç vaxt unutmayacağam. Döyüşlər davam edirdi, amma nizamlı alman qoşunlarının müxtəlif məhəllələrdə və binalarda artıq ağ bayraq asmaları görünürdü. Onlar da bizim kimi bu işin sona doğru getdiyini anlayırdılar. Mən Reyxstaqa hücumda birbaşa iştirak etməmişdim, amma hücum edənləri mühafizə edən şəxs idim. Reyxstaqa demək olar ki, bir batalyon hücum edirdi. Bu barədə bütün digər məlumatlar yanlışdır. Hər şey gözlərimin önündə baş verirdi. Mən Reyxstaqı görəndə, o yarıdağılmış vəziyyətdə idi, amma günbəz özü bütöv idi. O, olduqca iri bina idi. Mən piyada qoşunlarımızın Reyxstaqın divarlarında öz adlarını yazdıqlarını görürdüm. Mən də yaxınlaşdım və orada böyük hərflərlə “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözlərini yazdım... O hisslərimi sözlə ifadə etmək çox çətindir.

  • Müharibədən sonrakı dövrlərdə siz sovet ordusunda xidməti davam etdirdiniz, sonra isə sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairə komandanının vəzifələrini icra etdiniz. Siz bu böyük ərazinin hava hücumundan müdafiəsini təmin edirdiniz. Bu xalqların nümayəndələri ilə, xüsusən də ermənilərlə tez-tez qarşılaşırdınızmı? Hər hansı bir qeyri-adi hallar olurdumu?
- Təbii ki! Mən tabeçiliyimdə müxtəlif respublikalardan olan minlərlə hərbi qulluqçunun olduğu batalyona rəhbərlik edirdim. Biz hamımız sıxılmış bir yumruq kimi idik. Heç kəs əsgərləri milliyyətinə görə ayırmırdı. Bizim bir vətənimiz və bir ümumi məqsədimiz var idi. Xalqların məhz bu dostluğu sayəsində biz faşistlərin simasında çox güclü bir düşməni məğlub edə bildik. Bu ölkələrin keşiyində durmaq mənim üçün şərəf idi. Ermənilər də daxil olmaqla, mənim bir çox hərbi xidmət yoldaşım olub. Böyük Vətən müharibəsi dövründə biz onlarla çiyin-çiyinə döyüşürdük. Sonrakı illərə gəlincə isə hazırda tanınmış bir çox insan mənim divizionumdan keçib. Bizim Ermənistanda raket briqadamız dayanırdı, mən tez-tez ora getməli olurdum. Mən çox vaxt Ermənistanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dəmirçyanla görüşürdüm. O, çox şən adam idi, lətifələri sevirdi. Baqramyanın bacısı oğlu general Tadevosyan o vaxtlar Ermənistanın OADKYC-nin (DOSAAF) sədri idi. Onunla tez-tez söhbətlər edirdik. Bir dəfə Ermənistanda başıma qeyri-adi hadisə gəldi. Dairə komandanı məzuniyyətdə idi. Ermənistan istiqamətində hava sərhədinin pozulması hadisəsi baş verdi. Mən həmin hərbi təyyarənin vurulması əmrini verməli oldum. Böyük bir qalmaqal yarandı. Bu hadisə barədə Moskvaya da xəbər çatdı, komissiya gəldi. Söhbətlər Brejnevə çatanda, o, mənim hərəkətlərimə haqq qazandırmışdı, çünki hər şeyi protokola uyğun olaraq yerinə yetirmişdim. Bu, Argentinadan uçan hərbi təyyarə idi. Bu məsələyə məxfilik qrifi qoyulmuşdu və onun da müddəti 2010-cu ildə bitib. Bu hadisə barədə heç kəs heç nə bilmir... Bu günə qədər də bilmirdilər... İndi biləcəklər (gülür - red.). Biz hava məkanını pozan bu hərbi təyyarənin məqsədinin nə olduğunu bilmirdik, lakin Xirosima və Naqasakidəki hadisədən sonra bizə dəqiq göstərişlər verilmişdi. Mənim dairəmdə xidmət keçmiş, hazırda Azərbaycanda tanınan şəxsiyyətlərə gəldikdə isə, misal üçün, Azərbaycan Respublikasının baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun adını çəkə bilərəm. O, mənim yanımda serjant kimi xidmət edirdi. Ölkəmizin yeni Baş naziri Əli Əsədov isə mənim sıravi əsgərim idi. - Bir yerdə xidmət etdiyiniz yoldaşlarınızın və həmkarlarınızın arasında ermənilərin də olduğunu nəzərə alsaq, bu gün həmin ölkədə Qaregin Njdenin simasında nasist tərəfdaşlarının qəhrəmanlaşdırıldığını görəndə nə hisslər keçirirsiniz?
  • Bunu qəbul etmək çox ağırdır. Qeyd etmək lazımdır ki, bu fakta ilk diqqət yetirənlərdən biri biz olmuşuq və dərhal da işə başladıq. Ermənilərin, konkret olaraq Sovet qüvvələrinə qarşı Hitler qoşunlarının tərəfində döyüşən bir adamın - Njdenin qəhramanlaşdırmasına yol vermək olmazdı. Biz veteranlar təşkilatımızın adından Rusiya XİN-ə məktublar yazdıq. Moskvada Njdenin heykəlinin qoyulması məsələsi həmişəlik bağlanıb, amma buna baxmayaraq, Ermənistanda ona heykəl qoyuldu. Bu məsələdə ermənilərin məntiqini anlaya bilmirəm. Bununla onlar Sovet ordusu sıralarında xidmət edən elə öz hərbi rəhbərlərinin xatirəsinə hörmətsizlik edirlər. Baqramyana və yanında Njdeyə heykəlin qoyulması sadəcə axmaqlıqdır. Axı onlar biri-birilərinə qarşı vuruşurdular...
Ardı var...

2020-02-07 00:00:00
4835 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ADPU-nun professor-müəllim heyətini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir:   “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Лидер, изменивший геополитическую картину Южного Кавказа: Ильхам Алиев

Лидер, изменивший геополитическую Азербайджан идет к внеочередным Президентским выборам. В этой связи будет уместно и справедливо обратить особое внимание на кандидатуру Ильхама Алиева, на его значимые для истории нашей страны созидательные дела. Под его руководством Азербайджан за последние 20 лет в социально-экономическом, политическом отношении качественно изменился, стал признанной в мире ведущей страной. Целенаправленная внутренняя и внешняя политика Президента позволила Азербайджану не только успешно войти в фарватер мирового развития, но и решить тяжелую, навязанную нам мировым армянством Карабахскую проблему. В результате произошла трансформация традиционной геополитической картины Южного Кавказа. Южный Кавказ – относительно небольшая территория на нашей планете. Но она с давних пор стала предметом мировой политики в силу географического положения и богатства природными ресурсами. Как уникальное связующее звено между Европой и Азией, и насыщенное горючими и минеральными ресурсами Южный Кавказ неизменно формировал манящий эффект у соседей. Исторически здесь непосредственно сталкивались интересы трех империй: Персидской, Османской и Российской. Не безразличны были к данной территории Великобритания и Франция.  С XIX века Россия стала доминировать в этом регионе и, к сожалению, проводить политику арменизации этих земель. Вследствие массового переселения из Ирана, стран Ближнего и Среднего Востока армян в азербайджанские, отчасти грузинские и Северо-Кавказские земли произошли изменения в традиционной этнической картине Южного Кавказа. Этот процесс, как ни странно, продолжался и в ХХ веке, вплоть до распада СССР. Особенно сильно пострадал в результате этих миграционных манипуляций азербайджанский народ, который разными путями вытеснялся из своих исконных земель. В результате Иреван стал Ереваном, Гейчегёлю - Севаном, Карабах - Арцахом, Зангезур - Суником и т.п. Важно подчеркнуть, что заселение обширных территорий армянами в идеологическом отношении поддерживались мифами о «Великой Армении», об «Армении от моря до моря», «Древнем Арцахе» и другими сумасбродными идеями. Ссылаясь на эти мифы армянские политики, без зазрения совести, представляли захват чужих земель как возвращение к историческим истокам. Отсутствие должного ответа международной общественности на эти мистификации содействовало формированию агрессивного армянского мышления, которое противоречит не только международному праву, но и всем канонам цивилизованного общества. Наша окончательная победа в прошлом году в Карабахской эпопее действительно беспрецедентна. Азербайджан победил не только карабахских сепаратистов и армянские войска, но и мировое армянство, которое вот уже полтора столетие вынашивает проекты освоения тюркских земель.   Победа стала возможной под руководством Президента страны, Верховного главнокомандующего – Ильхама Алиева. Разве это не является доказательством особой роли личности   в истории!  Продуманная политика Ильхама Алиева позволила мобилизовать все возможности страны для победы. Развитие экономики, создание современной армии, патриотическое воспитание стали определяющими факторами государственной стратегии Азербайджана. Параллельно Президент обращал особое внимание на формирование «мягкой силы». Необходимо было объективно представлять Азербайджан в глобальном коммуникационном пространстве, распространять должную информацию о стране, народе, его чаяниях. Под руководством Ильхама Алиева весь наш потенциал —культурный, дипломатический, экономический, военный был мобилизован на то, чтобы достойно и с наименьшими потерями выйти из этого испытания. Благодаря соответствующей информационной политике, выдающимся программным выступлениям Президента в средствах массовой информации, системному патриотическому воспитанию азербайджанцы прониклись мыслью, что происходящее — это отечественная война. Победа Азербайджана в Карабахской войне открыла принципиально новые перспективы для социально-экономического и научно-технического развития в регионе. Президент страны при этом обращает внимание на сохранение реваншистских сил в Армении, что нужно быть готовым ответить на их возможные вызовы. Учитывая изложенное, думаю, не должно быть никаких сомнений в целесообразности поддержки на выборах Президента Азербайджана кандидатуру Ильхама Алиева. Это настоящий лидер, всесторонне доказавший свою высокую компетентность в управлении страной в интересах азербайджанского народа.   Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики картину Южного Кавказа: Ильхам Алиев

Hamısını oxu
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar”

“Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklifi ilə çıxış etmişik”   Gələn il İkinci Dünya Müharibəsinin 75 illiyi dünyanın bir çox ölkələrində, xüsusilə də faşizmə qarşı ciddi mübarizə aparan, bu yolda böyük qurbanlar verən, fədakarlıqlar göstərən dövlətlərdə, eləcə də ölkəmizdə qeyd ediləcək. Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunu şərh etməklə yanaşı, Azərbaycanın bu qələbədəki rolunun təbliği istiqamətində atılması gərəkən addımlara da aydınlıq gətirməyə çalışdıq.   -Siyavuş bəy, gələn il faşizm üzərindəki qələbənin 75 illiyi qeyd olunacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov saytımıza açıqlamasında belə bir təkliflə çıxış edib ki, ölkəmizin II Dünya Müharibəsində iştiakını əks etdirən muzeyin açılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin gənc nəslə təbliği baxımından da mühüm əhəmiyyət kəsb edər. Bu təkliflə bağlı fikrinizi bilmək isəterdik.   -Hesab edirəm ki, ölkəmizdə belə bir muzeyin yaradılması məqsədəuyğun olar. Çünki Azərbaycan II Dünya Müharibəsində həqiqətən də aktiv iştirak edib, faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib. Həm insan resursu baxımından, həm də təchizat baxımından Azərbaycan SSRİ məkanında faşizmə qarşı mübarizəyə ən çox töhfə verən ölkədir. Biz əhalinin o vaxtkı sayına görə müqayisə etsək görərək ki, Azərbaycan bu məsələdə həqiqətən də öncül mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın II Dünya Müharibəsində iştirakını, faşizm üzərindəki qələbədə göstərdiyi fədakarlıqları əks etdirən belə bir muzeyin yaradılması hesab edirəm ki, işin xeyrinə olar. Bu, gənclərin, yeni nəsillərin maariflənməsi, ölkəmizə gələn qonaqların məlumatlandırılması baxımından da faydalı olar. Bu baxımdan hesab edirəm ki, belə bir muzeyin yaradılması məqsədəuyğundur.   -Azərbaycanın II Dünya Müharibəsində insan faktoru baxımından da yaxından iştirak etdiyini vurğuladınız. Bu iştirakçılıq rəqəmlərdə necə əks olunub?   -Azərbaycan II Dünya Müharibəsində 600 min nəfərlə cəbhələrdə təmsil olunurdu. Hansı ki, onun 300 mini faşizməq arşı döyüşlərdə qəhrəmancasına həlak oldu. Geri qayıdanların isə yarısı əlil vəziyyətində geri qayıtdı. Azərbaycan kifayət qədər böyük canlı qüvvə ilə bu müharibədə iştirak etdi.   -Faşizm üzərindəki qələbədə Bakı neftinin önəmi həm yerli, həm də xarici ekspertlər tərəfindən zaman-zaman qeyd olunub. Hətta mərhum prezident Heydər Əliyev bildirirdi ki, əgər Bakı nefti olmasaydı, o zaman müharibənin taleyi sual altına düşə bilərdi. Sizcə bu amil faşizm üzərindəki qələbədə Bakı  neftinin əlahiddə əhəmiyyətə malik olduğunu isbatlamırmı?   -Təbii ki, Bakı neftinin faşizm üzərindəki qələbədəki rolu böyükdür. Daha dəqiq desək, faşizm üzərindəki qələbədə Bakı nefti həlledici əhəmiyyətə malik olub. Çünki həmin vaxtı SSRİ-dəki bir sıra neft yataqları hələ kəşf edilməmiş, istismara verilməmişdi. Tümen və s. kimi neft yataqları yalnız sonradan istifadəyə verildi. Belə olan halda müharibənin bütün ağırlığı neft Bakısının üzərinə düşürdü. Müharibədə iştirak edən bütün təyayrələrin, tankların, döyüş maşınlarının 70%-dən çoxu məhz Bakı nefti ilə hərəkətə gətirilirdi. Buna görə də Hitleürin əsas planlarındna biri Bakını tutmaq idi. O, Bakını tutmaqla SSRİ-nin yanacaq təchizatından məhrum etmək, müharibənin taleyini həll etmək istəyridi. Yəni Bakı həm də bir sənaye şəhəri, neft şəhəri  kimi II Dümya Müharibəsində fəal iştirak edib.   -Lakin təəssüflər olsun ki, göstərdiyi bütün fədakarlıqlara rəğmən Bakıya “Qəhrəman şəhər” adı verilmədi...   -Bəli. Bu, həqiqətən də təəssüf doğuran bir məsələdir. Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsini qaldırmışıq. Çünki Bakı bu ada artıqlaması ilə layqidir. Qeyd etdiyimiz kimi ön xəttə bütün təchizat Bakıdan gedirdi. Bakının faşizm üzərindəki qələbədəki rolu doğrudan da böyükdür. Bakıda II Dünya Müharibəsində SSRİ-nin müxtəlif bölgələrindən gətirilən qaçqınlar məskunlaşdırılıb. Buradakı qospitallarda alman faşizmi ilə döyüşlərdə  yaralanan minlərlə insan müalicə alıb. Bakının, Azərbaycanın bu müharibədəki mövqeyi birmənalı olub. Əgər biz Qərb ölkələrinə baxsaq görərik ki, onların bir çoxunda bu məsələyə birmənalı baxış olmayıb. Yəni orada insanlaırn bir qismi faşizmə qarşı döyüşsə də, digər qismi alman faşizminin sıralarında vuruşurdu. Azərbaycanda isə SSRİ-nin tərkibində faşizmə qarşı yekdil mübarizə həyata keçirilirdi. Təəssüflər olsun ki, Azərbaycandan olan, faşizmə qarşı mərdliklə döyüşən insanlarımızın bir qismi də öz layiqli qiymətini almayıb.   -Sizcə cəbhələrdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlıların hamısının layiqincə qiymətləndirilməsinə nə mane oldu?   -Buna səbəb o vaxt SSRİ rəhbərliyində ermənilərin geniş şəkildə təmsilçiliyi idi. O vaxt SSRİ-nin həm Müdafiə Nazirliyində, həm Xarici İşlər Nazirliyində, həm SSRİ Mərkəzi Komitəsində və digər qurumlarda çoxlu sayda erməni erməni var idi. Onlar  azərbaycanlıların orden və medallarla təltif edilməsinə, onların layiqincə qiymətləndirilməsinə maneçilik törədirdilər. Onlar cəbhə xəttindən mərkəzə göndərilən təltiflərlə bağlı təqdimatlara mane olurdular. Bunun özü də vacib araşdırma tələb edən məsələlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə ciddi, fundamental araşdırmaların aparılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.   Seymur ƏLİYEV

Hamısını oxu
Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub 4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib. Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş  və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla  qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən”  adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan  film nümayiş etdirilib. Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan  AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti,  mədəniyyət  xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər. Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər  Atakişiyevaya həvalə edilib. Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi. Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə  musiqili töhfə verildi.

Hamısını oxu