Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

2020-04-24 00:00:00
3728 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Ağstafa rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Ağstafa rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaqda belə filmlərin rolu olduqca böyükdür”

  Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm”   Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib.   Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir?  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü?   Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir.   44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar.   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının rəhbərliyi şəhid Hüseyn Novruzzadənin yas mərasimində iştirak edib

Sentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib.  Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu