Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.
Hörmətli Leyla xanım Əliyeva,

 Sizi doğum gününüz münasibətilə Respublika Veteranlar Təşkilatı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizin müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyünüz işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi diqqət çəkən məqamlardan biridir.
Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara - yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və yardım göstərirsiz. Bütün bunlar alqışa layiqdir.
Vətənimizin inkişafı naminə atacağınız hər bir addımda Sizə uğurlar diləyirəm.
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Hörmətlə,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
general-polkovnik Tofiq Ağahüseynov

2020-07-03 00:00:00
1916 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbləri ilə bir araya gələn dosent Cəlil Xəlilov, onlara 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin hərb tariximizdəki rolu və şəhdilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib. Cəlil Xəlilov qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onların həyat və döyüş yoluna bələd olmalıdır. Şəhdilər Xiyabanında gerçəkləşən dərs tələblər tərəfindən böyük maraqla qarşılanıb. Polkovnik Cəlil Xəlilov dərsin gedişatında tələbələri maraqlandıran suallara cavab verib, onlarla fikir mübadiləsi aparıb. Seymur ƏLİYEV

Hamısını oxu
SH-nin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birgə tədbir həyata keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu