Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi


Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir. Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.
Hamısını oxu
Milyonlarla investisiya, minlərlə iş yeri, yüzlərlə obyekt və daha nələr... Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Vətən müharibəsindən bugünə qədər sözügedən ərazidə həyata keçirilən iqtisadi layihələrlə bağlı maraqlı statistika ilə çıxış edib. Elçin Yusubovun sözlərindən məlum olub ki, investorlar tərəfindən bu əraziyə 56 milyon manatdan çox investisiya qoyulub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarların istifadəsinə verilib və bu obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Hansı ki, yaxın gələcəkdə iş yerlərinin sayının 5 mini ötəcəyi planlaşdırılır. Hazırda işğaldan azad edilən bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən geniş güzəştlər tətbiq edilir ki, bu da iş adamları üçün ciddi stimul və dəstək deməkdir. Elçin Yusubovun Diaspor Gənclərinin 6-cı Yay düşərgəsindəki çıxışı Xankəndinin timsalında işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafından xəbər verir. Bu inkişafın göstəriciləri isə kifayət qədər aydın və çoxsaylıdır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına investorlar tərəfindən 56 milyon manatdan çox vəsaitin qoyuluşu bu ərazilərə investorlar tərəfindən marağın kifayət qədər böyük olduğunu göstərir. Bu rəqəm onu deməyə əsas verir ki, işğaldan azad edilən torpaqlar sahibkarlar üçün öz cazibəsini sürətlə artırmaqda, onlar üçün ciddi maraq kəsb etməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına qısa zamanda 56 milyon manat investisiyanın qoyuluşu bu tendensiyanın yaxın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. Elçin Yusubovun təqdim etdiyi statistikada qürur doğuran faktlardan biri də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına yüzlərlə obyektin sahibkarların ixtiyarına verilməsidir. Bu, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, ona yeni və mühüm güc qazandırmaq deməkdir. Açıqlamada diqqət çəkən digər bir məqam bu obyektlərdə 2 mindən çox şəxsin işlə təmin edilməsi, yaxın vaxtlarda bu göstəricinin 5 min nəfərə qədər artırılmasının planlaşdırılması ilə bağlıdır. Təqdim edilən rəqəmlər sübut edir ki, işğaldan azad edilən bu torpaqlarda məşğulluğun həlli, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət və güclü əzm sərgiləməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafının hər vəchlə təşviq edilməsi bu ərazilərdə məskunlaşan soydaşlarımızın işlə təminatını yaxşılaşdırmaqda, bu torpaqlarda həyatı dirçəltməkdədir. Göründüyü kimi, bu gün Xankəndi sadəcə sürətlə inkişaf edən, çiçklənən şəhər deyil. Xankəndi həm də Azərbaycan iqtisadiyyatının inkişaf barometridir. Bu barometr ölkə iqtisadiyyatının necə sürətlə böyüdüyündən, necə çiçəkləndiyindən xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları yaxın gələcəkdə iqtisadi baxımdan sürətlə inkiaşf etməkdə davam edəcək, yalnız Azərbaycana deyil, bütün regiona yeni iqtisadi möcülər bəxş edəcək. Seymur ƏLİYEV
Hamısını oxu
Səmyar Abdullayev: “Bu böyük günün qəhrəmanları isə Müzəffər Ali Baş Komandan, ordu və xalqdır” “Şəhidlərimizi və qazilərimizi hər zaman sevgi və minnətdarlıqla yad edəcəyik” Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 8 Noyabr Zəfər Günü ilə bağlı Veteran.gov.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar bəy, qarşıdan 8 Noyabr – düşmən üzərindəki tarix qələbinin ikinci ildönümü gəlir. Öncə bu günün əhəmiyyəti ilə bağl fikirlərinizi bilmək istərdik. -Zəfər Günü sadəcə işğalçı Ermənistan üzərində tarixi qələbə günü deyil. Zəfər Günü həm də Azərbaycan xalqının, onun timsalında bütün türk dünyasının uzun fasilədən sonra ayağa qalxdığı, özünü bir xalq kimi təsdiq etdiyi gündür. Xalqımız bu tarixi zəfərlə sadəcə, öz ərazi bütövlüyün təmin etmədi. Həm də milli qürurunu, tarixi ədaləti bərpa etdi. 8 Noyabr zəfəri ilə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, öz suverenliyini, ərazi bütövlüyünü, haqqını və hüququnu qorumağa qadirdir. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, onun güclü sərkərdəsi, yenilməz ordusu var bu bu ordu cəmi 44 gün ərzində düşməni darmadağın edəcək gücdədir. Bu baxımdan 8 Noyabr zəfərinin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, mənəvi-ideoloji əhəmiyyətini də yüksək qiymətləndirirəm. -Sizcə 44 günlük Vətən müharibəsində qələbəni təmin edən əsas amillər hansılar oldu? -Şübhəsiz ki, Vətən müharibəsində qələbəni təmin edə ən başlıca amil güclü sərkərdə faktoru oldu. Ali Baş Komandan İlham Əliyev bütün xalqı ətrafıdna birləşdirərək düşmən üzərində tarixi zəfərə imza atdı. Dövlət başçısı müharibə dönəmində elə bir hərbi-siyasi əzm ortaya qoydu ki, yalnız Ermənistan deyil, onun havadarları da bu əzm qarşısında geri çəkilməyə, Azərbaycanın iradəsi ilə razılaşmağa məcbur oldular. Müharibədə qələbəni təmin edən əsas faktorlardan biri də qüdrətli ordu amili oldu. Müharibə göstərdi ki, son 30 ildə ordumuzda həyata keçirilən islahatlar həqiqətən də güclü, modern ordunun formalaşmasına gətirib çıxardıb. Müharibə sübut etdi ki, Azərbaycan Ordusu həqiqətən də bütün dünyanın ən güclü ordularından biridir və bu ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Qələbənin təminində ordu və Ali Baş Komandanla tam bir həmrəylik sərgiləyən Azərbaycan xalqının fədakarlığı da həlledici rol oynadı. Azərbaycan xalqı hər bir fərdi ilə Prezidentin yanında oldu, orduya böyük dəstək verdi. Başqa sözlə desək, xalq Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında bir yumruq kimi birləşdi və məhz bu yumruq erməni faşizminin başını əzdi. -Səmyar bəy, müharibə həm də Azərbaycan hərbçilərinin qeyri-adi qəhrəmanlıqları ilə yadda qaldı. Sizcə bu qəhrəmanlıqların təbliği və yaşadılması nə dərəcədə zəruridir? -Şübhəsiz, 44 günlük Vətən müharibəsinin hər günü, hər dəqiqəsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və fədakarlığı ilə yadda qaldı. 30 il ərzində düşmənin müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, bir neçə səddən ibarət müdafiə səddi yaratdığı torpaqları cəmi 44 gündə azad etmək bu qəhrəmanlığın ən bariz göstəricisidir. Şuşanın erməni işğalından azad edilməsi zamanı ordumuzun ortaya qoyduğu əzm isə bütün dünyanı heyrətləndirməkdir. Əminəm ki, illər, əsrlər keçəcək, ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən öyrənilməkdə, tədqiq edilməkdə davam edəcək, bununla bağlı cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Məlumat üçün qeyd edim ki, artıq ölkəmzidə bizi bu tarixi zəfərə qovuşduran şəhdilərimiz, qazilərimizlə bağlı xeyli sayda sənədli filmlər çəkilib, yazılar yazılıb. Yaxın gələcəkdə bu proses daha da kütləviləşəcək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı təbliğ ediləcək, yaşadılacaqdır. Gələcək nəsillər 44 günlük Vətən müharibəsi qəhrəmanlarına baxaraq öz keçmişləri ilə fəxr edəcək, varislik ənənələrini qürurla davam etdirəcəklər. -Post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr, gördüyü işlər sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir. Bir tərəfədn mina terroruna qarşı mübarizə aparan, işğaldan azad edilən torpaqlarımızı döyuüş sursatından təmizləyən dövlətimiz, digər tərəfdən bu ərazilərdə geniş tikinti işləri həyata keçirməkdədir. Bu gün dövlətimiz işğaldan azad edilən ərazilərdə erməni vandalizminin məhv etdiyi tarixi-mədəni abidələri bərpa edilməklə yanaşı, böyük iqtisadi və enerji layihələri həyata keçirməkdədir. Yalnız yerli deyil, həm də xarici investisiyanın iştirakı ilə bu ərazilərdə müasir istehsalat müəssiələrinin, fabrik və zavodların inşası, ekoloji baxımdan təmiz enerji resurslarından maksimum səmərəli istifadə, modern kənd təsərrüfatı müəssisələrinin yaradılması dövlətimizin bu torpaqlarda həyata keçirdiyi mühüm layihələr sırasındadır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında görülən işlərin miqyas və əhəmiyyətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Qarabağ və ətraf rayonlar iqtisadi inkişaf tempinə görə bütün dünyanın sürətlə tərəqqi edən bölgələrindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcəkdir. Bu isə öz növbəsində xalqımızın sosial rifaının daha da yaxşılaşmasına, vətənimizin daha da çiçəklənməsinə səbəb olacaqdır. Seymur ƏLİYEV
Hamısını oxu
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırılıb. Həmin görüntüləri təqdim edirik:
Hamısını oxu