Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Xaçmazda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Fərhad Şeydayev Xaçmaz rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Xaçmaz rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

2020-07-21 00:00:00
3385 baxış

Digər xəbərlər

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırılıb. Həmin görüntüləri təqdim edirik:

Hamısını oxu
Vətən müharibəsi şəhidi Elsevər Paşayevin anım mərasimi keçirilib

Veteran.gov.az Qaradağ Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, 25 oktyabr 2026-cı il tarixində 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi Paşayev Elsevər Vaqif oğlunun anım mərasimi keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Zaur Şükürov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbir arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. RİH başçısı Natiq Əliyev həmçinin ehsan süfrəsində iştirak edərək şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara səbir və dözüm arzulamışdır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.  

Hamısını oxu
Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
BDU-nun rektoruna tələbələrdən birbaşa 11 035 müraciət daxil olub

Hər bir tələbənin təklif və xahişi universitet rəhbərliyinin diqqət mərkəzindədir   Son illər Bakı Dövlət Universitetində (BDU) tədrisin təşkili və təkmilləşdirilməsi üçün tələbələrin yeni ideya, təklif, layihələrinin öyrənilməsinə, həmçinin irad və şikayətlərinin araşdırılmasına xüsusi fikir verilir. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin əsas binasında bilavasitə rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda Universitetin bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi açılıb. “Tələbə müraciətləri qutusu” və “Tələbədən rektora” müraciət bölməsi vasitəsilə bu günədək BDU-nun rektoru Elçin Babayevə 11 035 müraciət daxil olub. Rektora birbaşa olaraq 2019-cu ildə 2098, 2020-ci ildə 3392, 2021-ci ildə isə 4757 müraciət olub. Bu ilin iki ayı ərzində BDU rektoruna 788 tələbə müraciət edib. Daxil olan müraciətlər daha çox təhsil haqlarının ödənilməsinə möhlətin verilməsi, yataqxana təminatı, yenidən təhsilə bərpa, aztəminatlı tələbələrə kömək, eləcə də yeni ixtisasların açılması, ikili diplom və mübadilə proqramlarının artırılması, layihələrinin dəstəklənməsi və s. ilə bağlı xahiş və təkliflər olub. Tələbələrin hər bir müraciəti fərdi qaydada qeydə alınıb, öyrənilib, aidiyyəti üzrə tədbirlər görülüb.  

Hamısını oxu