Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistan və onun uşaqları: Paşinyan deyir, Osmanqızı təkrarlayır...

Los-Ancelesdə azərbaycanlılara hücum etdilər, Brüsseldə soydaşlarımızı döydülər, Kiyevdə azərbaycanlı tələbələri güllələdilər, Moskvada həmvətənlilərimizə qarşı vandalizm davam edir.

Bu, Ermənistanın azərbaycanlılara qarşı yeni etnik təmizləmə planının tərkib hissəsidir. Cari hədəf müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil etmək, soydaşlarımıza qarşı güc tətbiq etməklə onları qorxutmaq, əsas hədəf isə ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu” və dinc insanlara qarşı terror aktlarının yenidən təkrarlanması, dünyanın diqqətini “erməni məsələsinə”nə yönəltmək, hərbi və diplomatik cəbhədə əldə edə bilmədiklərinə “küçə müharibəsi” ilə nail olmaq, “azərbaycanlıların vandal, adam yeyən” olduğunu göstərməkdir.

Kiyevdə 4 azərbaycanlı tələbəyə silahlı hücum da göstərdi ki, ermənilər artıq ASALA taktikasına keçid edir.

Azərbaycana qarşı yeni etnik təmizləmə siyasəti iki istiqamətdə həyata keçirilir: birincisi, azərbaycanlılara hücumlar təşkil edir, qarşıdurma yaradır, ikincisi, “azərbaycanlılar erməniləri öldürür” təbliğatını aparır, “bütün bunları Azərbaycan təşkil edib” rəyini formalaşdırırlar. 1915-ci ildə, Sumqayıt hadisələrində, Xocalı soyqırımında etdiklərini yenidən təkrarlayırlar.

Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın RBK telekanlına müsahibəsində eyni iddiaları səsləndirdi.

Təəccüblü deyil, bu, “erməniliyin” xislətindən irəli gəlir. Burada əsas məqam azərbaycanlı kimliyinə bürünənlərin erməniliyidir.

“Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.

ABŞ-da yaşayan Sevinc Osmanqızı da deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”.

Avropada yaşayan Arif Məmmədov deyir: “Səfirliklərin qarşısındakı qarşıdurmaları Azərbaycan hakimiyyəti təşkil edir, gənclər inanmayın, mən sizə deyirəm ki, bütün bunlar təşkil olunmuş proseslərdir”.

Paşinyanın da, Osmanqızıların da, Məmmədov kimilərin də elədiklərinin adı məlumdur: ermənilik.

Və hədəf Azərbaycanı, azərbaycanlıları vandal, “qaniçən”, erməniləri isə “sivil” göstərməkdir.

Ermənistan: “Biz sivil mübarizə aparırıq”.

Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur”.

Ermənistan: “Hücumları Azərbaycan təşkil edir”.

Osmanqızı: “Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.

Ermənistan: “Azərbaycanlılar vandaldır, qaniçəndir”.

Osmanqızı: “Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız?”.

Ermənistan deyir, Osmanqızı, Məmmədov kimilər təkrarlayır. Bu, osmanqızıların, məmmədovların fərqli düşüncəsi, fərqli yanaşması deyil, eyni mərkəzlərin, eyni mətbəxin məhsuludur.

Hadisələrin xronikası prosesi anlamağa imkan verir:

İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu təşkil etdilər, Azərbaycan Ordusunun adekvat zərbələri düşmənin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə nəticələndi.

Ermənistan hakimiyyəti “qələbə” görüntüsü yaratmaq üçün erməni KİV-i və sosial şəbəkələri səfərbər etdi. Ardınca erməni təbliğatına “azərbaycanlı kimliyinə” bürünənlər də qoşuldu.

İyulun 20-də məlun Arif Yunus (Baqsaryanın uşaqları) Ermənistanın Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.

İyulun 21-də Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum təşkil etdi, ardınca bu hücumlar bütün Avropa ölkələrində və MDB-də davam etdirildi.

Hadisələrin inkişafı məqsədin nə olduğunu da anlamağa imkan verir: Ermənistan “azərbaycanlı”ların da qoşulduğu təbliğatla həm erməni ictimaiyyətində “qalib” rəyini yaradır, həm Azərbaycanın ictimaiyyətinə mesajlar ötürür, həm də beynəlxalq səviyyədə Azərbaycanı barbar göstərməyə çalışırdı.

Diqqətçəkən detallardan biri iyulun 21-də Los-Ancelesdə soydaşlarımıza hücumlar ediləndə ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlinin - o Həsənli ki, hər gün Feysbuk səhifəsində Azərbaycana qarşı ittihamlar yağıdırır – heç bir paylaşım etməməsi idi. Hər-halda Los-Anceles hadisələri Həsənlinin hazırda yaşadığı torpaqlarda baş vermişdi və o, saat fərqinə görə soydaşlarımıza edilən hücuma daha tez reaksiya verməli idi. Milli Şuranın sədri susdu, bir gün sonra heç nə olmamış kimi Azərbaycana qarşı klassik ittihamlarını yağdırmağa başladı.

İyulun 21-dən sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilərin etnik təmizləmə siyasəti daha da şiddətləndi, hətta güllələnmə hadisələri qeydə alındı. Hər gün “xalqın hüququndan” danışan Milli Şura rəhbərliyi və ətrafındakılar hücuma məruz qalan xalqı müdafiə etmədilər.

İyulun 25-i Osmanqızı və Məmmədov canlı efirə çıxaraq, ermənilərə haqq qazandırdı və hər şeyi Azərbaycanın təşkil etdiyini bəyan etdilər.

Azərbaycan torpaqlarını işğal edənlər bəllidir, bu işğala, soydaşlarımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinə züy tutanları tanıyın. Onlar üçün Vətən, millət, Qarabağ anlayışı Avropa paytaxtlarında lüks həyat yaşamaqdan başqa bir şeyil. Bu artıq aksiomadır...

Asif Nərimanlı

2020-07-26 00:00:00
3616 baxış

Digər xəbərlər

Talıb Əliyev: "Heydər Əliyevin həyat yolu Vətənə xidmət nümunəsidir"

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu Vətənə, dövlətə, bayrağa xidmət nümunəsidir". Bunu Azərtac-a açıqlamasında Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Talıb Əliyev deyib. Qeyd edilib ki, Heydər Əliyev üçün harada çalışmasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, hər zaman bir amal olub. Bu, Vətənə, xalqa, dövlətə xidmət amalıdır. Ulu Öndər hesab edirdi ki, hər bir insan Vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutmalı, ilk öncə xalqın, dövlətin mənafeyini düşünməlidir. Heydər Əliyev bütün fəaliyyəti boyu Vətənin, xalqın maraqlarını digər maraq və mənafelərdən üstün tutmağın nə qədər vacib olduğunu öz şəxsi nümunəsində ortaya qoyub. Hər kəsi şəxsi maraqlardan ucada durmağa, əsl vətəndaşlıq mövqeyi sərgiləməyə çağırıb. “Bu gün Azərbaycan xalqı öz əbədi liderinin anadan olmasının 100-cü ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. Hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, dövlətimizin xilası, vətənimizin rifahı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq dar məqamda öz xalqının yanında yer aldı, ona rəhbərlik etməklə Azərbaycanı çoxsaylı fəlakətlərdən, labüd məhvolmadan xilas etdi. Bu gün – anadan olmasının 100-cü ildönümündə Ulu Öndəri sevgi və rəğbət hissi ilə anır, ona Allahdan rəhmət diləyirik. Əminliklə bildiririk ki, Azərbaycan bundan sonra da Heydər Əliyevin irsinə sadiq olacaq, onun qoyub getdiyi yoldan bir addım belə olsun kənara çıxmayacaq”, - deyə T.Əliyev bildirib.  

Hamısını oxu
Şəhid generalımız dəfn olunur

Ötən gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur. Oxu.Az-ın məlumatına görə, general-mayorun cənazəsi artıq İkinci Fəxri xiyabana gətirilib. Xiyabanda dövlət himni səsləndirilib.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Dünən isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub. İlhamə Əbülfət

Hamısını oxu
Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hamısını oxu
ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu