Президенту Азербайджанской Республики


Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb. Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 11.00-da "Azfar" Şirkətlər Qrupunun futbol meydançasında (açıq havada) Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhmədağa İskəndərovun xatirəsinə həsr edilmiş mini futbol turniri keçiriləcək.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı qaydalar üzrə qəbul ediləcək: İsiqamətlər: Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur. Müsabiqənin şərtləri: • Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilər • Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər • Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır • Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan rəsmlər qiymətləndirilməyəcək • Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur • Rəsmin ölçüsü maksimum 50x50 sm olmalıdır • Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir. Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir: 1) Ad, soyad, ata adı 2) Əlaqə nömrəsi 3) Təvəllüdü 4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa) Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir. Mükafat: I yer - 1000 AZN II yer - 800 AZN III yer - 600 AZN Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat Əlaqə vasitələri: Tel: 012-436-98-33 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29 Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09
Hamısını oxu