Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müxtəlif peşə sahibləri Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

Azərbaycanda çalışan müxtəlif peşə sahələrinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılan videoda müxtəlif sahələrdə çalışan insanlar Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Milli.Az

2020-08-26 00:00:00
3247 baxış

Digər xəbərlər

Yeni TV

Hamısını oxu
Sülh yolunda növbəti təxribat

Hamısını oxu
"Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 22 iyun 2023-cü il tarixində Ağdam Rayon İcra Hakimiyəti tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib.  Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin  başcısı, rayonun hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, ictimai birliklər, hərbi hazırlıq müəllimləri və gənclər iştirak edib. Tədbirdə icra başçısı Vaqif Həsənov, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, ehtiyyatda olan polkovnik leytenan Elşən Zeynalov çıxış edib, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkiblər. Tədbirdin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Daşlar danışmır, tarix danışır...

Şuşanın qayaları abidədir, dəftərçə deyil... “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu sözləri təkcə bir şəhərə ünvanlanmış müraciət deyildi, bütöv bir xalqın otuz illik həsrətinin, minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin ifadəsi idi. Şuşa təkcə gözəl mənzərələri, dağ havası və qədim memarlığı ilə deyil, hər daşında, hər qayasında yaşanmış tarixin izləri ilə əzizdir. O qayalar sadəcə təbiət abidəsi deyil - Vətən müharibəsinin, otuz ilə yaxın işğal dövründə çəkilən həsrətin və nəhayət, azadlığın rəmzidir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin dediyi "Şuşa, sən azadsan!" sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub. Şuşanın hər qayası, hər daşı bizim üçün müqəddəsdir - onlar sadəcə coğrafi məkan deyil, Zəfərin canlı şahidləridir. Təəssüf ki, son vaxtlar Şuşaya gələn bəzi ziyarətçilər bu tarixi məkanlara hörmətsizlik nümayiş etdirirlər, Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanda qayaların üzərinə öz adlarını, tarixləri, mənasız yazıları həkk edirlər. Bu, zahirən "xatirə qoymaq" kimi görünsə də, əslində tarixi abidəyə vurulan fiziki zərərdir, o yerdə canından keçmiş şəhidlərimizin və qan tökmüş qazilərimizin xatirəsinə qarşı mənəvi hörmətsizlikdir. Bu hörmətsizliyin kökündə çox vaxt gənc nəslin tarixi hadisələrə soyuq münasibəti durur. Vətənpərvərlik yalnız bayram günlərində deyilən şüarlarla deyil, gündəlik tərbiyə prosesində formalaşır. Məktəblərdə Vətən müharibəsi tarixinin, şəhidlərimizin həyat hekayələrinin daha dərindən tədris olunması, gənclərin azad edilmiş torpaqlara, Zəfər yerlərinə mütəşəkkil səfərlərlə aparılması, onlara bu torpağın, bu abidələrin nə qədər ağır bədəllə qorunub saxlanıldığını izah etmək - bunlar formal tədbir deyil, milli kimliyin qorunması üçün zəruri addımlardır. Bu problemi yalnız Şuşa qayaları ilə ifadə etmək düzgün olmazdı. Bütövlükdə azad edilmiş torpaqlarımızdakı tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, eləcə də əcdadlarımızın uyuduğu məzarlıqlar eyni hörmətsizlik təhlükəsi ilə üz-üzədir. Bu yerlərin hər biri xalqımızın kimliyinin, dini və mədəni köklərinin daşıyıcısıdır. Bir qəbir daşının, bir məscidin divarının korlanması yalnız fiziki zərər deyil - nəsillər arasındakı yaddaş körpüsünün dağıdılmasıdır. Ona görə də qorunma məsələsinə təkcə "Şuşa qayaları" kontekstində deyil, bütövlükdə tarixi-mədəni irsimizə, müqəddəs ziyarətgahlarımıza və əcdad qəbirlərinə hörmət məsələsi kimi yanaşılmalıdır. Bütün tarixi abidələrimizi, ziyarətgahlarımızı və əcdad məzarlarımızı gələcək nəsillərə saf, toxunulmamış şəkildə çatdırmaq hər birimizin milli borcudur. Təklif edərdim ki, - Şuşa və digər bölgələrə gələn ziyarətçilər üçün tarixi abidələrin, ziyarətgahların və məzarlıqların qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilsin; - bu yerlərdə xəbərdarlıq lövhələri qoyulsun, zəruri hallarda nəzarət gücləndirilsin; - zərər vuranlar üçün qanunda nəzərdə tutulmuş məsuliyyət mexanizmi işə salınsın; - məktəb və universitetlərdə Zəfər tarixinin tədrisi gücləndirilsin, gənclər üçün mütəşəkkil səfərlər artırılsın. Şuşa bizim üçün sadəcə bir şəhər deyil - o, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri ilə bütün millətin ürəyinə həkk olunan Zəfərin rəmzidir. Bu gün Şuşa sadəcə azad deyil, o, həm də bizim üçün əbədi əzizdir, doğmadır. Ehtiyatda olan polkovnik Eldəniz Hüseynov

Hamısını oxu