Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Anatoli Torkunovun yubileyi münasibətilə “Rossiya-24” və “Rossiya-1”də Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. video Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. APA xəbər verir ki, bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb. Prezident İlham Əliyev deyib: “O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır. Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!”

2020-08-27 00:00:00
3310 baxış

Digər xəbərlər

Novruz bayramı münasibətilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Novruz bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib. Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhid və qazi övladları iştirak edib. Uşaqlar Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşaya baxıblar. Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa ediblər.  

Hamısını oxu
Zərdab Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə   polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib.    Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.

Hamısını oxu
SOCAR-ın müharibədə iştirak edən əməkdaşı: “Anam Vətənimdir və canımı qurban verməyə hazıram”

İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var. Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Bildirilib ki, Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov - “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.   Qeyd edilib ki, uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir: “Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də  mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan  zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!”      

Hamısını oxu
ADNSU-da müharibə veteranları ilə görüş keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərlə müharibə veteranlarının görüşlərinin davamlı olaraq keçirilməsini dəstəklədiyini bildirib. ADNSU-da gənclərə yüksək səviyyəli təhsillə yanaşı, milli vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirildiyini  deyən rektor, professor M.Babanlı universitetdə Milli qəhrəman Mübariz İbrahimovun heykəlinin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da öz çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən danışıb və bu təbliğatın prezident İlham Əliyev tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər müharibə veteranları  İsmayıl Fərəcov, Adil Haqverdiyev və Bəhram Atakişiyev də Azərbaycan gənclərinin aprel döyüşlərində göstərdikləri şücaətlərdən danışıb və  şanlı tariximizin, döyüş ənənələrimizin hərtərəfli təbliğ olunmasında bilik və təcrübələrini əsirgəməyəcəklərini bildiriblər. Tədbirin sonunda rektor, professor M.Babanlı Polkovnik Cəlil Xəlilova xatirə hədiyyəsi təqdim edib. Polkovnik Cəlil Xəlilov da öz növbəsində rektor, prof. Mustafa Babanlıya "General Mehmandarov" adına medal təqdim edib.

Hamısını oxu