Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Milli Qəhrəmanın adını daşıyan məktəbin açılışında - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verilib.

 
Bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb. Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir. 13:05 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb. video

2020-09-14 00:00:00
3614 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Prezident İlham Əliyevin Nizami Gəncəvi Mərkəzi beynəlxalq platformasındakı çıxışına həsr edilən tədbir keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 21-də videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr, həmin müzakirələr zamanı səslənən fikirlər və onlardan irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən tədbirdə səsləndirdiyi fikirləri geniş şərh edib, bu çıxışda irəli sürülən mülahizələrin sadəcə Azərbaycanın deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm önəm kəsb etdiyini bildirib:   “30 illik işğal faktının bütün regionda sülh və tərəqqinin inkişafına mənfi mənada təsir göstrərdiyi, ciddi  problemlərə səbəb olduğu məlumdur. Qürurvericidir ki, 30 ilə yaxın müddətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğaldakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu.   Bu gün regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektiv açılıb. Ölkə başçısı mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirələr zamanı da bu məsələyə diqqət çəkdi. Prezident qeyd etdi ki, məhz erməni işğalı son 30 ildə regionda sülh və əməkdaşlıq üçün əsas maneə təşkil edir, ciddi problemlər yaradırdı. Lakin artıq bu problem ortadan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi Qafqaza, bütün regiona sülh gətirib”.   Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın işğal siyasəti onun özü üçün acınacaqlı nəticələrə səbəb olub:   “Məsələ bundadır ki, Ermənistanın işğal siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistan böhrandan çıxmaq, normal iqtisadi inkişafa nail olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməli, təxribatçı və məkirli addımlardan imtina etməlidir. Ermənistan anlamalıdır ki, regionda əməkdaşlıq hər kəsdən daha çox onun özü üçün gərəklidir. Çünki bu gün Ermənistanın necə ağır bir böhranla üzləşdiyi bütün dünyaya məlumdur”.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov  da Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün geniş imkanlar yarandığını, bu imnkanları düzgün dəyərləndirmək üçün bütün region dövlətlərinin prezident İlham Əliyevin səylərini dəstəkləməsinin vacib olduğunu qeyd edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının filial sədrləri də Prezident İlham Əliyevin sülh və əməkdaşlıq səylərinin bütün regionun bugünü və gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Ağdamda Milli Qəhrəmana həsr edilmiş “Canpolad” sənədli filmi təqdim olunub

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Fatma Səttarova ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib. Gənclər günündə keçirilən görüşü “Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb. Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb. Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu