Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. Publika.az-ın məlumatına görə, mətndə deyilir: "Hörmətli həmvətənlər! Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

2020-09-16 00:00:00
3481 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu
"Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib

Dünən Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi, Olimpsport.az saytı, "Olimpiya dünyası" qəzeti və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla "Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib.   Tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Olimpsport.az saytının rəhbəri Ramin Allahverdi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, çıxış edərək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolunu qeyd edib.   Tədbirdə həmçinin "Olimpiya dünyası" qəzetinin 20 illiyi münasibətilə kollektivə uğurlar arzulanıb.   Olimpiya Güləş Mərkəzində keçirilən tədbir çərçivəsində 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün "Master Class" təlimi keçib.   Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdiyi hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olması münasibəti ilə keçirilmiş tədbir

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O qeyd etmişdir ki , Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, mən deyərdim Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir. Necə deyərlər, Fatma xanım həmişə sıradadır, həmişə ön cəbhədədir. Qısaca məlumat verim ki, Səttarova Fatma Hüseyn qızı 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə könüllü surətdə cəbhəyə getmiş, müxtəlif cəbhələrdə, o cümlədən Moskva ətrafı döyüşlərdə və Leninqrad blokadasında iştirak etmişdir. Onun alman faşizminə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, şücayətlər barədə çox yazılıb, çox danışılıb. Elə bizim Təşkilatın qəzetinin son saylarından birində maraqlananlar bir daha bu barədə oxuya bilərlər.    Fatma Səttarova Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat və Moskvada Plexanov adına Universitetin Ticarətin idarəedilməsi fakültələrini bitirmişdir. O, yüksək təhsili, geniş dünyagörüşü ilə də farqlənən bir insandır. Uzun illər dövlət idarələrində müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə o, əməli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Fatma Səttarova bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. O, müharibə və əmək veteranı kimi Respublika Veteranlar  Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəmir. Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya Federasiyası, Belarus, Ukraynada İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil etmişdir. Səttarova Fatma Hüseyn qızının həyatı bu gün gənc nəslin tərbiyəsində, Azərbaycanın ən layiqli insanları kimi yetişmələrində dəyərli nümunələrdən biridir. Biz ona bundan sonra da səmərəli fəaliyyət, cansağlığı və nəvə-nəticələri ilə birlikdə sevinc dolu neçə-neçə illər arzulayırıq.    Tədbirdə çıxış edən Respublika Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin, Millət vəkili Adil Əliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Alı Hüseynov və digərləri yubliyarı təbrik edib ona öz xoş arzularını çatdırdılar.  Fatma xanım Səttarovanın keçdiyi həyat yolu hər bir Azərbaycan gəncinə nümunə olduğu vurğulandı. Onun həyat və təcrübəsinindən daim istifadə edilməsinin vacibliyi bildirildi.   Yubliyar Fatma Səttarova çıxışında başda Prezident İlham Əliyev olmaqla ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdi. Hər zaman Azərbaycan xalqını layiqincə təmsil etdiyini və bundan qürur duyduğunu ifadə etdi. Sonda Yubliyara Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteran Həmrəyliyi”  medalı Təşkilatın rəyasət heyətinin qərarı ilə yubliyara təqdim edildi. Həmçinin Respublika Veteranlar Təşkilatı tərəfindən yubliyara maddi yardım edildi, xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Daha 40 avtomobil müharibə əlillərinə təqdim edildi

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu