Prezidentdən Neftçilər günü ilə bağlı paylaşım
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib. Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir. Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.
Hamısını oxu
Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.
Hamısını oxu