Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bakı, 18 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

2020-10-18 00:00:00
3293 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Bəyanatı

Bir neçə gündür ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik yaşanır. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Öz xalqının etimadını tamamilə itirmiş Ermənistan kriminal rejimi ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi suratdə cəbhə xəttində təxribatlar törədir. Ümumiyyətlə, son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması, düşmən təxribatlarının intensiv xarakter daşıması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatını və Azərbaycanın 1 milyon 300 minlik veteranlar ordusunu da ciddi narahat edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qərar və bəyənatlarına baxmayaraq, Ermənistan tərəfi nəinki işğal altında saxladığı 20 faizdən çox Azərbaycan ərazisini işğaldan azad etmir, hətta özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirir. Bu qərarların icrasına nail olunsa idi, qarşı tərəf indiyədək öz təcavüzkar siyasətini və beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirə bilməzdi. Rusiya rəsmlərinin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağrışları başa düşülən olsa da, fikrimizcə, belə çağrışların başlıca məzmunu Ermənistan tərəfinin işğalçılıq siyasətinə son verməsini etiva etməlidir. İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin nüfüzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənməli, onlardan qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etmələri tələb olunmalıdır. Əks-halda Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxaıq sanksiyalar tətbiq edilməlidir. Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusu var. Silahlı Qüvvələrimiz düşmən işğalı altındakı torpaqlarımızı hər an azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir. Biz veteranlar ordusu da bu sırada durmağa həmişə hazırıq. Bunu Azərbaycan ordusunun və xalqının gücünə bələd olan düşmən də bilsin. Onu da bilsin ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilırimizi düşməndən azad edəcəyi gün uzaqda deyil.   Respublika Veteranlar Təşkilatıının sədri e/o general-mayor                                                    Dadaş  Rzayev

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Misirdə Azərbaycan dilini öyrənən tələbələrin fonetika klubu yaradılıb

Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb.   Azərtac xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar.   Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.  

Hamısını oxu
YAP Gənclər Birliyinin sədri gənclərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov paytaxtın Yasamal, Binəqədi, Nərimanov, Xəzər, Qaradağ, Xətai, Sabunçu, Nizami, Səbail, Suraxanı, Nəsimi, Pirallahı rayon təşkilatlarının, o cümlədən Sumqayıt şəhər, Abşeron, Şuşa, Zəngilan və Qubadlı rayon təşkilatlarının fəal gəncləri ilə görüşüb.   Görüşdə Bəxtiyar İslamov YAP Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirdiyi işlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin qarşısına qoyulmuş tapşırıq və hədəflərdən danışan Bəxtiyar İslamov bildirib ki, YAP Gənclər Birliyi yalnız partiyamızın sıralarında təmsil olunan gənclərin deyil, bütün Azərbaycan gənclərinin birliyi olmaq istiqamətində fəaliyyət göstərməyi başlıca məqsəd seçib. Bu istiqamətdə cəmiyyətdə fərqli baxışları olan gəncləri əhatə etməklə onlar arasında kommunikasiya qurmaq üçün ardıcıl tədbirlər keçirilir, bitərəf gənclər layihələrə aktiv şəkildə cəlb olunur. B.İslamov Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən öz milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsinin YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.   Görüşdə qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr müzakirə edilib.   Görüş tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib.  

Hamısını oxu