Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA .
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Veteran.gov.az xəbər verir ki, İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub. Bu barədə liseyin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “İstedadlı şagirdlərimizdən VA sinif şagirdi Eminli Gülnarə , IIIA sinif şagirdi Eminli Züleyxa, IIIA sinif şagirdi İsgəndərli Nuray və IIIA sinif şagirdi Babayeva Fatimənin çəkdiyi rəsmlərlə tanış olan iştirakçılar onların düşüncələrinin rəng dilini seyr etdilər. Lisey rəhbərliyi xüsusi bacarıq və istedadı olan şagirdlərin tanıdılması baxımından keçirilələn sərgilərin əhəmiyyətindən danışaraq, bu ənənənin ilboyu davam etdiriləcəyini vurğuladı. Təqdimatda istedadlarımızın valideynləri iştirak edib öz məmnunluqlarını bildirdilər”. Seymur ƏLİYEV
Hamısını oxu
2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri tarixə yeni bir səhifə yazır. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq, bu mühüm hadisəni dərin qürur və yüksək dəyərlə qarşılayırıq.Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Və biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır.İƏT Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir. Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil olunan Gənclər Forumu, Laçında baş tutmuş Qadınlar Forumu kimi tədbirlər, indi isə Xankəndidə keçiriləcək yüksək səviyyəli Zirvə görüşü Azərbaycanın azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi biz veteranların da qürur mənbəyidir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın İƏT daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində İƏT ölkələri tərəfindən daim yüksək dəyərləndirilmişdir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə İƏT üzvü olan qardaş ölkələrin Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq biz inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan bayrağımızın kölgəsində keçiriləcək bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Və bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşidəcək! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 22 iyun 2023-cü il tarixində Ağdam Rayon İcra Hakimiyəti tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı, rayonun hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, ictimai birliklər, hərbi hazırlıq müəllimləri və gənclər iştirak edib. Tədbirdə icra başçısı Vaqif Həsənov, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, ehtiyyatda olan polkovnik leytenan Elşən Zeynalov çıxış edib, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkiblər. Tədbirdin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Mahir Abbaszadə: “Azərbaycanın son dörd ildəki uğurları dövlət başçımızın uğurlu siyasi fəaliyyətinin təsdiqidir” Sabah 2018-ci ilin prezident seçkilərinin dördüncü ili tamam olur. Düz dörd il bundan öncə - 2018-ci ilin 11 aprel tarixində 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu qələbə ilə xalqın həqiqi lideri olduğunu, məhz xalqın gücünə, xalqın sevgisinə arxalanaraq fəaliyyət göstərdiyini sübut etdi. Veteran.gov.az xəbər verir ki, bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, 2018-ci ildən bu günə qədər Azərbaycan dövlətinin çoxsaylı uğurlara, tarixi nailiyətlərə imza atdığını vurğuladı: “2018-ci ildə möhtərəm Prezident yenidən xalqın dəstəyini qazandıqdan, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezident dövlətimizin gələcəyi və inkişafı ilə bağlı aydın və uğurlu siyasət həyata keçirməyə başladı. Cənab Prezident seçkilərdən sonra xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aaprılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatları genişləndirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, digər tərəfdən uzun illərdir müddətində işağl altında qalan torpaqların azad ediləcəyi ilə bağlı vədlər verdi. Biz sonrakı dönəmdə gördük ki, cənab Prezident xalqa verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Dövlət başçısının sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarə edilməsinə gənclər gətirildi. Bununla yanaşı, dövlət başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə ölkəmiz üçün prioritet məsələlər oldu. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsindən səmərəli istifadəsi nətiəsində ildən-ilə dövlət büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artmasına şahid olduq. Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində dövlətimizin beynəlxalq aləmdəki imici də möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi-nəzərindən aparılan islahlartlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi dövlətimizin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu. Cənab Prezidentin rəhbərlii ilə Azərbaycan ordusunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmlənməsi, orduda xidmət edən hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahlarla təchiz edilməsi sayəsində də böyük işlər görüldü. Bunun sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz işğal altındakı torpaqlaırmızın hamısını geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa etdi. Ermənistanla da bütün sərhədlər bərpa olundu. Bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu, müstəqil üzvü kimi fəaliyyətini uğurla davam etdirir. Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə miqyası sözlə ifadə edilə bilməəcək qədər böyük quruculuq işlərinə başlamışıq. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da bərpasını həyata keçirəcəyik. 30 ildir ki, öz dədə-baba yurdundan ayrı düşən insanlar yenidən öz torpaqlarına qayıdıb bu torpaqlarda firavan yaşayacaqlar. Cənab Prezidentin rəhbərliyi altında bu illər ərzində ölkəmizdə siyasi islahatlar da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasında ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və partiyanın nizamnaməsində dəyişikliklər edildi. Yeni İdarə Heyəti seçildi, rayon təşkilatlarının fəaliyyəti gücləndirildi. Bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissəsidir və hesab edirəm ki, bundan sonrakı illərdə də biz cənab Prezidentin rəhbərliyi altında siyasi-iqtisadi, mədəni və digər sahəsində islahalatların uğurla davam etdiriləcəyinə, Azərbaycan daha böyük uğurlara imza atacağına şahid olacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu