Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

 
“Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

2020-10-26 00:00:00
3595 baxış

Digər xəbərlər

“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur”

“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur” Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Laçın şəhəri və ətraf kəndlərdə böyük layihələr, nəhəng infrastruktur işləri həyata keçirilir ki, görülən bütün bu işlər şəhərin simasını tamamilə dəyişib: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün ərazilər kimi, Laçın şəhərində aparılan mühüm quruculuq işləri öz böyüklüyü, əzəməti və əhəmiyyəti ilə bütün dünyanı heyrətləndirməkdədir. Şəhər və ətraf kəndlərdə aparılan nəhəng ifrastruktur işləri, böyük tikinti layihələri tarixi Laçının yerində tamamilə yeni, Avropa şəhərlərindən heç nə ilə geri qalmayan müasir Laçının formalaşmasına səbəb olub. Bu gün Laçın şəhəri öz gözəlliyi ilə ora səfər edən hər kəsi heyran etməkdə, ovsunlamaqdadır. Cənab Prezidentin bilavasitə qayğısı və nəzarəti altında Laçında keçmiş məcburi köçkünlər üçün çoxsaylı evlər inşa edilib, məşğulluq probleminin həlli məqsədilə geniş təsərrüfatlar, müəssisələr  yaradılıb.  Bütün bunlar Laçında məskunlaşan vətəndaşlarımızın mənzil rahatlığını təmin etməklə yanaşı, onların məşğulluğunun da təmin edilməsinə imkan verir. Bu gün Laçında həyata keçirilən abadlıq-quruculuq işlərindən danışarkən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xidmətlərini də qeyd etmək vacibdir. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və rəhbərlik etdiyi kollektiv Prezidentin tapşırıq və göstərişlərinin çevik şəkildə, yüksək peşəkarlıqla icra edilməsində mühüm rol oynayır, öz novatorluğu, vətəndaşların hər bir müraciətinə yanaşmada göstərdiyi həssasiyyəti, hər bir işə, hər bir layihəyə vicdanlı münasibəti ilə  Laçının inkişafına böyük töhfə verir. Onu da qeyd edim ki, biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı olaraq 19 iyun 2025-ci il tarixində Laçında rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birgə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirmişik. Həmin konfrans zamanı Laçına səfərimizdə də oradakı yenilikləri böyük qürur və məmnunluq hissi ilə izlədik, görülən işlərə heyran olduq. Yaxın vaxtlarda Laçında daha bir tədbirimiz planlaşdırılır ki, qarşıdakı səfər zamanı da Laçında ciddi yeniliklərə şahid olacağımıza əminəm. 26 avqust – Laçın Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, Laçının azadlığını və inkişafını təmin edən Müzəffər Ali Baş Komandanımızı, doğma laçınlıları, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təbrik edirəm. İnanıram ki, Laçında həyata keçirilən layihələr yaxın gələcəkdə bu şəhərimizin tərəqqisinə yeni töhfələr verəcək, Laçın öz inkişaf sürəti, sosial rifah səviyyəsi və iqtisadi potensialına görə bütün dünyanın ən qabaqcıl şəhərlərindən biri kimi tanınacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.   Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.   Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 mart  2022-cu il tarixdə    Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin   baş  mütəxəssisi Nəbi Hacıyev Sabunçu rayonunda  keçirilən tədbirdə iştirak edib.  Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə Birinci Qarabağ müharibəsi veteranları, 44 günlük Vətən müharibəsinin  iştirakçıları, əmək veteranları iştirak edib.   Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. O qonaqları tədbir iştirakçılarına təqdim edib və daha sonra torpaqlarımızın  toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədsbirdə çıxış edən Şükür Həsənov, veteranlar Kamil Ağazadə, Süleyman Bədəlov, Nizami Abbasov,  Zülfüqar Cəfərov  ermənilərin    xalqımıza qarşı  törətdikləri cinayətlərdən danışıblar.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş  mütəxəssisi Nəbi Hacıyev Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarna çatdırıb, Mart soyqırımından, bu soyqırımının miqyas və mahiyyətindən ətraflı bəhs edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb. Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Çıxış edənlər qürur hissi ilə bildiriblər ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

Hamısını oxu