Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib ...
Bakı, 10 noyabr, AZƏRTAC Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir.
Bakı, 10 noyabr, AZƏRTAC Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
Hamısını oxu
Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımda deyilir: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.
Hamısını oxu
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. ABŞ-ın Hyuston şəhərindən Samir Novruzov yazır: “Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Laçının azad olunması münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycan xalqını zirvələrə ucaltdınız. Müharibə dövründə biz hamımız bir olduq və sonda ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Siz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni şanlı və qürurlu səhifə yazdınız, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdiniz. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti!”. Türkiyənin İstanbul şəhərindən İsmail Çağlıyan: “Müzəffər Ali Baş Komandan, cənab Prezident, bütün türk xalqlarına yaşatdığınız bu mübarək Zəfərinizə görə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirik. Allah-Təala Sizi qorusun! Yaşasın əbədi Azərbaycan! Qəlbimiz daim Sizlərlə döyünür. Hörmət və minnətdarlığımla əllərinizdən öpürəm”. Ağsu rayonundan Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız. Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir. Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız. Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun! Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər. Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır. Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”. Şəmkir rayonundan Əziz Aslanovun məktubunda deyilir: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, biz Aslanovlar ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda, qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi Aslanovlar ailəsi adından ürəkdən təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun! Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu qürurverici və sevinc hisslərini bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Torpaqlarımızı özümüzə qaytardınız. Xalqımızın həsrətinə son qoydunuz. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, bu torpaqlar Azərbaycanındır. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Azərbaycanın gələcəyi isə düşünürəm ki, çox parlaqdır. Çünki bu ölkənin Sizin kimi əvəzolunmaz Prezidenti, Ali Baş Komandanı var”. Samux rayonundan Natiq Allahverdiyev: “Əziz və hörmətli Prezidentim, mən bir sadə kəndli kimi möhtəşəm Qarabağ Qələbəsi münasibətilə Sizi üzbəüz təbrik etmək, bir ağsaqqal kimi Sizi bağrıma basmaq istərdim. Çünki Siz uzun illər ərzində millətin qəlbində olan nisgilə son qoydunuz, xalqımızı torpaqlarımız üçün ayağa qaldırdınız, xalqımızın qürur hissini bərpa etdiniz, azərbaycançılığın nə demək olduğunu balalarımıza əyani göstərdiniz, Qarabağımızı Azərbaycanımıza qaytardınız. Sizə ömrümün sonuna kimi minnətdaram, cənab Ali Baş Komandanım. Uca Allahdan arzu edirəm ki, Sizə uzun ömür, cansağlığı versin. Allah-Təala Sizi çəkdiyiniz əziyyətlərin bəhrəsi olaraq dövlətimizi arzuladığınız bir dövlət kimi görmək xoşbəxtliyi qismət eləsin. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Allah Sizi və xalqımızı qorusun!”. Gəncə şəhər sakini Mürsəl Əliyevin məktubunda deyilir: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq. Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik. Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz. Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin. Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”. Zərdab sakini Rəşid Mahmudov: “Müzəffər Ali Baş Komandan, Sizi və xalqımızı təbrik edirəm. Bu Qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Sizin sayənizdə bu xoş günləri biz yaşadıq. Bir gənc olaraq mən Sizinlə eyni bir əsrdə yaşadığım üçün, gözəl günlərin şahidi olduğum üçün çox sevinirəm. Cənab Prezident, mənim qardaşım da könüllü döyüşlərdə iştirak edib hazırda Qarabağ ərazisindədir. Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz. Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun. Daim Sizin arxanızdayıq, Sizinləyik. Dövlətimizi Sizə, Sizi isə Uca Allaha əmanət edirəm”. Qusardan Tahirə Nurəhmədova dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, bu məktubu Qələbə müjdəli xoş xəbərlərdən ruhlanaraq yazıram. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etməyə məcbur oldu. Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir ki, işğalda olan torpaqlarımız itkisiz geri alındı. Bu münaqişənin siyasi, diplomatik həll yoludur və buna Sizin sayənizdə nail olduq. Cənab Prezident, mən şəhid anasıyam, oğlum oktyabr ayında Vətən müharibəsində şəhid olub. Ana üçün bala itkisi böyük dərddir. Amma təskinliyi onda tapıram ki, işğal altında olan torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Təki Vətən sağ olsun! Allah Sizləri qorusun! Müzəffər Ordumuza eşq olsun!”. Qəbələ Zahir Seyidov: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Siz, 27 ildən artıq sürən həsrətə 44 günlük Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad etməklə tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız. Biz Sizə güvəndik və inandıq, yenə də inanırıq və həmişə inanacağıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”. Sabirabad rayonundan Ramiz Nifbalayev: “Müzəffər Ali Baş Komandan, bizə yaşatdığınız möhtəşəm Qələbə sevincinə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Erməni işğalçıları ilə cəbhədə qəhrəman əsgərlərimiz, Ermənistan və ermənipərəst ölkələr qarşısında isə Siz vuruşdunuz. Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdiniz. Biz bütün Azərbaycan xalqı olaraq hazırda böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən və müdrik siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Dualarımız hər zaman Sizinlədir”. İmişli rayonundan Tural Əhmədov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 2003-cü il oktyabrın 15-də Siz Azərbaycan Respublikasının Prezidenti seçilərkən hər bir gənc kimi mənim də sevincimin həddi-hüdudu yox idi. Aprel döyüşlərində məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində qalibiyyət əldə edərək, Lələtəpədə üçrəngli bayrağımızı dalğalandırmaqla sevinc üstünə sevinc bəxş etdiniz. Rəşadətli Ordumuzun şücaəti və Sizin uğurlu siyasətiniz nəticəsində doğma torpaqlarımızı bütünlüklə düşməndən azad etdiyiniz üçün, bizə bütöv Azərbaycanı bəxş etdiyiniz üçün təşəkkür edirik. Bu günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman demisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm və bunu sübut etmisiniz. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Neftçaladan Eldar Əhmədov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”. İmişli sakini Novruz Hüseynov: “Hörmətli, cənab Prezident, Zati-aliləri, Müzəffər Ali Baş Komandan, müqəddəs müharibə olan Vətən müharibəsində Ordumuzun qazandığı möhtəşəm Qələbəyə görə, ən əsası, 30 ilə yaxın xain Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, müstəqil və ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın inkişafı naminə görəcəyiniz işlərdə Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!”. Qax rayon sakini Nemət Məmmədov: “Salam olsun Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Qarabağın tam azad olunması münasibətilə Sizi və Azərbaycan Xalqını, Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Siz bu möhtəşəm Qarabağ qələbəsi ilə Azərbaycan xalqını çox sevindirdiniz. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Sizin yürütdyünüz siyasəti dəstəkləyirəm”. Bakı sakini Azər Sadıqov: “Allahımın xoş xasiyyətli və mərd bəndəsi, xalqımın Prezidenti, Ordumun Müzəffər Ali Baş Komandanı və qədim Şuşamın igid Fatehi möhtərəm İlham Əliyev, Azərbaycanda hər il Anım və Qələbə günlərinin qeyd olunması barədə imzaladığınız Sərəncamla sanki biz Qarabağ müharibəsi veteranlarına bir nəfəs vermiş oldunuz. Sevincimdən göz yaşlarımı gizlədə bilmədim və sevincimi Sizinlə paylaşmağı qərara aldım. Üç il bir tankçı zabit kimi səngər həyatını yaşadım. Öz-özümə deyirdim ki, görəsən Allah bizlərə Qələbə gününü qismət edəcəkmi?! Çox şükür Allaha. Allahın nəzəri üstünüzdən əskik olmasın! Amin!”. Lerik sakini Naib Quliyev: “Cənab İlham Əliyev, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti, cənab Prezident, Sizin qətiyyətli, yenilməz sərkərdə cəsarətiniz və diplomatik məharətiniz sayəsində tarixin şanlı günlərini yaşayır. Düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyiniz və müzəffər Ordumuzun qüdrəti ilə azad edilmiş və ərazi bütövlüyümüz bərpa olunmuşdur. Sizin dəmirdən möhkəm yumruğunuz düşmənin başını əzdi. Cənab Prezident, Siz 44 gün ərzində ermənipərəst dövlətləri layiqincə dəf etdiniz. İnanmaq olmur ki, 27 il ermənilərin işğalında olan Qarabağımız 44 günə azad edildi. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün xalqımız böyük sevinc və qürur hissi keçirir. 74 yaşlı bir insan, 46 ilin müəllimi kimi ailəmizlə bərabər Sizi və xanımınızı ürəkdən təbrik edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev! Eşq olsun rəşadətli, şanlı və məğlubedilməz Azərbaycan Ordusuna! Gözün aydın, Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Füzuli sakini Fəxri Balakişizadə: “Cənab Prezident, mən Sizi ürəkdən təbrik edirəm. Yaxşı ki, varsınız, cənab Prezident. Həqiqətən Siz həm xarici qüvvələrlə müharibədə qalib gəldiniz, həm də Ali Baş Komandan kimi Ordumuzla, millətimizlə birlikdə düşmənin belini qırıb, məğlub etdiniz. Təbii ki, bunu Sizin rəhbərliyinizlə və Ordumuzun şücaəti ilə bacardıq. Mən Sizinlə fəxr edirəm, Allah Sizə uzun ömür, cansağlığı versin. Cənab Prezident, inanın ki, bizlər həmişə Sizin yanınızdayıq və Sizi ömür boyu Azərbaycanın Prezidenti görmək istəyirik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Biz birlikdə güclüyük! Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Qarabağ Azərbaycandır!”. Naftalan sakini Gülnar Quliyeva: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, əziz Sərkərdəmiz, doğma Qarabağımızı böyük zəfərlə bizə qaytardığınıza görə ailə üzvlərim və öz adımdan Sizə və çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Çox xoşbəxtik ki, dünya diplomatiyasında sözünü deyən, hərbidə əsl sərkərdə, həyatda humanist insan, uzaqgörən Prezidentimiz var. Biz naftalanlılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi hər zaman Sizinlə bir olmuşuq. Bundan sonra da bu yolla daim sədaqət və fədakarlıqla gedəcəyik. Sizin səhiyyə işçilərinə olan qayğınız məni bir tibb işçisi olaraq hər zaman daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır. Bu qayğıya və verdiyiniz dəyərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Uca Allah Sizə yar olsun!”. Zaqatala sakini Zahid Ramazanov: “Hörmətli cənab İlham Əliyev, mən sadə bir kənd sakiniyəm və Sizə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Hörmətli İlham Əliyev, Siz bu gün sadəcə Prezident deyilsiniz, ondan da qat-qat yüksəkdəsiniz. Siz bütün Azərbaycan xalqını xoşbəxt edən, bütün xalqımızı qürurlandıran bir Sərkərdəsiniz. Mən yaxşı bilirəm ki, bütün insanlar belə düşünür, bu gün qazanılan Qələbə uzun illər görülmüş işlərin nəticəsidir. Bu işləri Siz görmüsünüz. Cəbhədə qazanılan Qələbədə əlbəttə ki, əsgərlərimizin əməyi və qorxmazlığı böyük rol oynayıb, bu, danılmazdır. Amma nə qədər qorxmaz və cəsarətli əsgərlər olsa da, onlara səhv rəhbərlik edilsə, onlar qalib gələ bilməzlər. Ona görə də hər şeydən əvvəl hesab edirəm ki, Sizin düzgün və hesablanmış siyasətini bizim Qələbəmiz üçün ən vacib amil idi. Bütün xalqımız kimi, mən də fəxr edirəm ki, biz qalib xalqıq və bu Qələbənin başında İlham Əliyev dayanır. Allah Sizi və Azərbaycanımızı qorusun!”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib. Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi. F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”. Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin Respublikamızın iqtisadiyyatına və hərbi potensialının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”. Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, ayrı-ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi. C.Xəlilov veteranın, qazinin bundan sonra da Vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçılarıının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı. 44 günlük Vətən müharibəsinin iştirakçısı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə ilə başa çatmasını diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçısının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, Vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölmləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərlərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər. Sonda xatirə şəkli çəkildi.
Hamısını oxu