Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.

. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.  

2020-12-26 00:00:00
3612 baxış

Digər xəbərlər

“Hərbi təlimlər Vətən müharibəsində qələbəmizin açarı oldu”

Cəlil Xəlilov: ”Bu təlimlər göstərir ki, “Dəmir yumruq” yerindədir və bundan sonra da yerində olacaq”   Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu 10 min şəxsi heyət, tank və digər zirehli texnikaların iştirakı ilə təlimlərə start verib.   Veteran.gov.az-a açıqlamasında bu təlimlərin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuz tərəfindən keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:   “Şübhəsiz ki, bu və bu kimi hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.  Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsinə qədərki dönəmdə də Azərbaycan ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirirdi. Hansı ki, bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində  təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyef şəraitində hərəkətinin təmin edilməsi, şərti hədəflərin yüksək dəqiqlikllə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi və s. kimi məqsədlərə xidmət edirdi. Sevindiricidir ki, biz bütün bunların bəhrəsini 44 günlük Vətən Müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında qısa zamanda işğaldakı torpaqları azad etdi, düşməni sözün həqiqi mənasında darmadağın etdi. Məşhur hərbi deyimlə desək, təlim nə qədər ağır olarsa, döyüş o qədər asan olar. Ordumuz Vətən müharibəsində bu deyimin doğruluğunu bir daha təsdiq etdi.   Bugünlərdə keçirilən təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb. Əvvəlki təlimlərdə olduğu kimi, bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artileriyanın birgə iştirakı ilə hücum əməliyyatının təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və effektiv şəkildə təmini, hücum və anti-terror əməliyyatları zamanı müasir silahların tətbiqi və s. diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Ona görə də bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, düşmənlərimiz bu təlimlərdən lazımi nəticə çıxarmalı, ölkəmizə qarşı hansısa təxribata əl atacaqları təqdirdə Azərbaycan ordusu tərəfindən ağır şəkildə cəzalanacaqlarının mütləqliyini dərk etməlidirlər. Ölkə başçısının qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və hər zaman da yerində olacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabadda şəhid Sənan Ağayevin anım mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib.  Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri  qoyulub. Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar. Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb. Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Tədbirdən sonra  kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı  ziyarət  olunub və şəhidlərimizin ruhuna dualar oxunub.

Hamısını oxu
Özbəkistanda Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin açılışı olub

Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb.   “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb.   Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.   İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub.   Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda  olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını  qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər.   Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi,  işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib.   Seymur ƏLİYEV

Hamısını oxu