Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov peşə bayramı münasibətilə sərhədçiləri təbrik edib

“Onlar 44 günlük Vətən müharibəsində də əzmlə iştirak edib, tarixi qələbəmizə böyük töhfələr veriblər”

Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyidir. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sərhədçiləri təbrik edib, onların əməyinə diqqət çəkib:

“Azərbaycan Sahil Mühafizəsinin 105 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Düz 105 il bundan öncə sərhədlərimizin keşiyində dayanan, bu sahədə böyük fədakarlıq göstərən sərhədçilərimiz, bu gün də vətən torpaqlarının qorunmasında, onun təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Sərhəd pozucularından tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bütün təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparan sərhədçilərimiz, 44 günük Vətən müahribəsində də əzmlə iştirak edib, işğaldakı torpaqlarımızın azad edilməsinə böyük töhfələr verib. Sərhədçilərimiz günümüzdə də bütün sərhədlərimizlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədlərinin qorunmasını da müvəffəqiyyətlə təmin etməkdədir.

Mən bir daha sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, sərhədçilərimiz bundan sonra da vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə heç bir fədakarlıqdan çəkinməyəcəklər”.

Seymur ƏLİYEV

2024-08-18 11:15:25
3289 baxış

Digər xəbərlər

Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü Nizami rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 iyun 2021-ci il tarixində  Nizami  rayonunda tədbirdə iştirak  edib.   26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir Nizami Rayon İcra Hakimiyyətinin akt zalında baş tutub. Tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, müavini  Nəcəf Ağayev, Birinci Qarabağ müharibəsi döyüşçülərindən “Azərbaycan Bayrağı Ordeni”-nə layiq görülən Məhəd Tağıyev, Mübariz Məmmədəliyev, Hacı Ramiz, Azad Hüseynov, Aydın Qafarov, 44 günlük Vətən müharibəsi döyüşçülərindən Sübhan Abdullazadə,Tural Əlizadə və digər veteranlar iştirak edib.   Tədbiri Nizami rayon VT-nın sədri Yəhya Ağayev açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib. Polkovnik 103 il əvvəl yaradılan ordumuzdan, ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.   O, bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıb, müasir Azərbaycan ordusunun memarına çevrilib.   Adil Haqverdiyev bildiirb ki, 44 günlük Vətən müharibəsi və “Dəmir yumruq” əməliyyatı Azərbaycan ordusunun nə qədər güclü və yenilməz olduğunu göstərdi.   Polkovnik çıxşının sonunda şəhidlərə rəhmət diləyib, veteranlara cansağlığı arzulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
2 İyul – Azərbaycan Polisi Günü: Dövlətçilik və Asayişin Qoruyucuları

Hər il 2 iyul tarixində ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Bu mühüm tarix hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların cəmiyyətin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunmasında göstərdikləri fədakarlığa dərin ehtiramın ifadəsidir. Azərbaycan polisi öz şərəfli tarixinə 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli polis qurumunun yaradılması barədə qəbul etdiyi qərarla başlamışdır. Bu mühüm qərar müstəqil dövlətin əsas sütunlarından biri olan hüquq-mühafizə sisteminin təməlini qoydu. Polis orqanları ötən bir əsrdən artıq müddət ərzində müxtəlif tarixi dönəmlərdən keçmiş, sınaqlardan çıxaraq bu gün peşəkar, müasir və güclü bir qurum kimi formalaşmışdır. Xüsusilə Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra hüquq-mühafizə sistemində mühüm islahatlar həyata keçirilmiş, qanunçuluğun və hüquq normalarının qorunmasında polis əməkdaşlarının rolu daha da artmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hüquq-mühafizə orqanlarının dövlətçiliyin qorunmasında və ictimai asayişin təminində oynadığı rolu hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər deyirdi: "Polis xalqın keşiyində duran, onun hüquq və azadlıqlarını qoruyan bir orqandır. Onun fəaliyyəti dövlətçiliyin dayaqlarından biridir." Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının strukturunda, fəaliyyət mexanizmlərində və hüquqi bazasında köklü dəyişikliklər aparıldı. Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla polis əməkdaşlarının sosial müdafiəsi, təhsil imkanları və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu Öndərin siyasi iradəsi və dəstəyi ilə hüquq-mühafizə sistemi yenidən təşkil olunaraq, müasir çağırışlara cavab verən bir formaya salındı. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsallaşma, şəffaflıq və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan polisini daha da gücləndirmişdir. Bu gün Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətçiliyimizin keşiyində dayanır. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, hüquq və azadlıqların qorunmasında, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsində ön sıradadırlar. Xüsusilə son illərdə yaşadığımız mühüm tarixi hadisələr - COVID-19 pandemiyası zamanı karantin rejiminin təmin olunması, 44 günlük Vətən müharibəsində vətənpərvərliklə xidmət etmələri Azərbaycan polisinin xalq qarşısındakı məsuliyyət və sədaqətinin bariz nümunəsi oldu. Polis əməkdaşlarının müharibə dövründə arxa cəbhədə sabitliyi qorumaq, təxribatların qarşısını almaq və cəbhə bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri fədakarlıq daim hörmətlə xatırlanır. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri olaraq ölkəmizin hüquq-mühafizə orqanlarında xidmət edən bütün əməkdaşlara səmimi təbriklərini çatdırır, onların dövlətimizə və xalqa xidmətini yüksək qiymətləndirir. Bu bayramda biz bir daha vurğulayırıq ki, polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətləri xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin sabitliyinə xidmət edir. Azərbaycan Polisi Günü münasibətilə vəzifəsini ləyaqətlə və vicdanla yerinə yetirən bütün hüquq-mühafizə orqanları əməkdaşlarını ürəkdən təbrik edirik. Onlara şərəfli vəzifələrində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və daha böyük nailiyyətlər arzu edirik. Onların daim xalqın və dövlətin etimadını doğrultmaları, hüququn aliliyinin təminində sarsılmaz iradə nümayiş etdirmələri Azərbaycanın daha təhlükəsiz və ədalətli gələcəyi üçün möhkəm zəmin yaradır. Azərbaycan Polisi Günü mübarək olsun! Cəlil Xəlilovun : Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Qusar rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib, habelə, post-müharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların önəmini vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə etdiyi tarixi zəfər bütün regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan bu tarixi zəfərlə işğal faktorunu aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq təmin etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün ciddi addımlar atmaqdadır. Cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik şəraitində təmin etsin. Mən bütün veteranları, bütün gəncləri bundan sonra da dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə səsləyirəm. Böyük sevinc və məmnunluq hissi ilə qeyd edirəm ki, Qusar Rayon İcra Hakimiyyəti gənclərimiz arasında dövlətçilik təfəkkürünün güclənməsi, veteranların, ağsaqqalların, ziyalıların ictimai-siyasi proseslərdə, mənəvi-ideoloji işlərdə daha yaxından iştirakını dəstəkləyir, onlara böyük diqqət və qayğı ilə yanaşır. Bütün bu faktlar bizə imkan verir ki, dövlətimizin, xalqımızın gələcəyi üçün daha böyük səylə çalışaq, dövlətimizin siyasətinə töhfə verək”. Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər təkcə dövlətimizin deyil, bütün regionun həyatında yeni bir dönəmin başlanğıcını qoydu. Azərbaycan xalqı bu tarixi qələbə ilə özünü  tarix və dünya qarşısında bir daha təsdiq etdi. Bu gün bizim qarşımızda bir sıra məsələlər durur ki, bunlardan  da biri dövlət başçımızın qeyd etdiyi kimi, mənəvi dəyərləri qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmək, onların tariximizə, soykökümüzə bağlılığını gücləndirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin dövlətimizin, Prezidentimiz ətrafında sıx birləşməsi, mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliği və inkişafı üçün veteranlarımız, ağsaqqallarımız cəmiyyətimizdə daha aktiv rol oynamalı, ictimai proseslərdə daha yaxındna iştirak etməlidirlər. Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu adlandırmışdı. Onun veteranlarla bağlı işlətdiyi bu ifadə veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət bu gün də öz aktullığını, önəmini qoruyub saxlayır”. İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq, təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb. Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib. Polkovnik Cəlil Xəlilov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyiblər.  

Hamısını oxu
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir. Qeyd edilib ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.  

Hamısını oxu