Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident və xanımı Şuşaya gedir: Mehriban Əliyevadan PAYLAŞIM - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib. Publika.az həmin paylaşımı təqdim edir:

2021-01-15 00:00:00
3625 baxış

Digər xəbərlər

“İlham Əliyev xalqımızın birlik, mübarizlik və qalibiyyət simvoludur!”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Bu əlamətdar günlə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbət etdik: -Səmyar bəy, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Sizcə İlham Əliyev faktoru Azərbaycanın dünəni və bugünü baxımından nəyi ifadə edir? -Öncə ad günü münasibətilə Azərbaycan xalqının böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, ona uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzulayıram. İlham Əliyev sadəcə Azərbaycan Respublikasının Prezidenti deyil. İlham Əliyev həm də bu xalqın mübarizə və qəhrəmanlıq simvoludur. Müzəffər Ali Baş Komandanın 30 ildir ki, davam edən Qarabağ problemini Azərbaycanın maraqları konteksində qətiyyətlə həll etməsi, erməni işğalındakı torpaqlarımıza azadlıq gətirməsi dövlətçilik tariximizin ən qürurverici hadisəsidir. İlham Əliyev işğaldakı torpaqlarımızı azad etməklə həm də milli qürurumuzu bərpa etdi, Azərbaycanın bütün dünyadakı nüfuzunu gücləndirdi. Ali Baş Komandan bu zəfəri ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və heç vaxt hər hansı zorakılığa, təhdidə boyun əyməyəcək, öz ərazisinin bir qarışını belə kimsəyə gzəştə getməyəcək. -Prezident İlham Əliyevin hakimiyyəti dövrü, həm də böyük sosial layihələr dönəmi kimi tarixə düşüb. Bu layihələr əlillərin, aztəminatlı ailələrin yaşamı baxımından nələri dəyişib? -Azərbaycan sosial layihələrin miqyasına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Qürurvericidir ki, dövlətimiz hətta 44 günlük Vətən müharibəsi dönəmində belə hər hansı sosial layihədən imtina etməmiş, bu layihələrin hər biri yüksək dəqqilik və qətiyyətlə icra edilmişdir. Prezident İlham Əlliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilən sosial siyasət milyonlarla vətəndaşımızın rifahının, mənzil-məişət şəraitinin daha da yaxşılaşmasına böyük töhfə vermiş, onların sabaha inamla addımlamasında mühüm rol oynamışdır. Biz bi reallığı rəqəmlərin timsalında daha aydın görürük. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərdən də görünür ki, adəçəkilən qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 11 ayında əlilliyi olan 113 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 61,1 mininə ambulator, 26,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir. 2024-cü  ilin 10 ayında Agentlik tərəfindən işlə təmin edilənlərdən 9500-ə yaxını, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulanlardan 1300 nəfəri əlilliyi olan şəxslər olub. Həmin dövrdə əlilliyi olan 421 şəxs isə peşə hazırlığına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərilib.Onlardan 1,7 min nəfəri stasionar, 22 mindən çox nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.   Bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxsləri 82,8 min reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan  4, 6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub. Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub. Bu ilin 10 ayı ərzində ümumilikdə  10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Bütün bunlar yalnız 2024-c illə bağlı rəqəmlərdir və bu rəqəmlər Pezidentimizin həssas kateqoriyadan olan vətəndaşlarımıza olan böyük qayğısından xəbər verir. -Səmyar bəy, gözdən əlil vətəndaşlarla bağlı həyata keçirilən layihələr haqqında nə deyə bilərsiniz? -Bütün əlillərimiz kimi gözdən əlil vətəndaşlarımız da Prezidentimizin, dövlətimizin qayğısını daim üzərlərində hiss edib. Onların mənzillə təminatı, sosial rifahlarının yaxşılaşması istiqamətində müntəzəm addımlar atılıb. Gözdən əlil vətəndaşlarımız üçün inşa edilən binalardan biri  2015-ci ilin 24 dekabr tarixində - Prezidentimizin ad günündə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısından bəhs etdi, bu qayğının bundan sonra da davam edəcəyini vurğuladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib. Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib. Mən fürsətdən istifadə edərək əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. 2024-cü ildə də gözdən əlillərə dövlət dəstəyi siyasəti müntəzəm şəkildə davam etdirilib. -Səmyar bəy, qarşıdan həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı gəlir. Bu bayramlar münasibəti ilə xalqımıza nə arzu edərdiniz? -Mən xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, hər bir vətəndaşımıza, soydaşımıza uğurlar arzulayıram. Əminəm ki, 2025-ci ildə də xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq, dövlətimiz daha da çiçəklənəcək, inkişaf edəcəkdir. Və bütün bu inkişafın baş memarı isə yenə də Prezident İlham Əliyev olacaqdır. əm Dn Seymur ƏLİYEV

Hamısını oxu
"20 Yanvar – qanlı və şanlı tariximiz"

Cəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda  tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri  Ədalət Salman  çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş   dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin  qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və  yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində  siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi,  müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar  müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
44 günlük Vətən müharibəsi iştirakçısı olan daha üç nəfər Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edilib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində üç nəfər 44 günlük Vətən müharibəsi iştirakçısı – Etibar Gülverdiyev, İsmayıl Rüstəmov, Məhəmməd Əsədov Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlüyünə qəbul edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov müharibə iştirakçılarına üzvlük vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, hər üç şəxs Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqmətlərində gedən döyüşlərdə sürücü kimi iştirak ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:   “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.   Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:   “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.   Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.   Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:   “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.   Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.  

Hamısını oxu