Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyev xalqımızın birlik, mübarizlik və qalibiyyət simvoludur!”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Bu əlamətdar günlə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbət etdik:

-Səmyar bəy, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Sizcə İlham Əliyev faktoru Azərbaycanın dünəni və bugünü baxımından nəyi ifadə edir?

-Öncə ad günü münasibətilə Azərbaycan xalqının böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, ona uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzulayıram.

İlham Əliyev sadəcə Azərbaycan Respublikasının Prezidenti deyil. İlham Əliyev həm də bu xalqın mübarizə və qəhrəmanlıq simvoludur.

Müzəffər Ali Baş Komandanın 30 ildir ki, davam edən Qarabağ problemini Azərbaycanın maraqları konteksində qətiyyətlə həll etməsi, erməni işğalındakı torpaqlarımıza azadlıq gətirməsi dövlətçilik tariximizin ən qürurverici hadisəsidir. İlham Əliyev işğaldakı torpaqlarımızı azad etməklə həm də milli qürurumuzu bərpa etdi, Azərbaycanın bütün dünyadakı nüfuzunu gücləndirdi. Ali Baş Komandan bu zəfəri ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və heç vaxt hər hansı zorakılığa, təhdidə boyun əyməyəcək, öz ərazisinin bir qarışını belə kimsəyə gzəştə getməyəcək.

-Prezident İlham Əliyevin hakimiyyəti dövrü, həm də böyük sosial layihələr dönəmi kimi tarixə düşüb. Bu layihələr əlillərin, aztəminatlı ailələrin yaşamı baxımından nələri dəyişib?

-Azərbaycan sosial layihələrin miqyasına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Qürurvericidir ki, dövlətimiz hətta 44 günlük Vətən müharibəsi dönəmində belə hər hansı sosial layihədən imtina etməmiş, bu layihələrin hər biri yüksək dəqqilik və qətiyyətlə icra edilmişdir.

Prezident İlham Əlliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilən sosial siyasət milyonlarla vətəndaşımızın rifahının, mənzil-məişət şəraitinin daha da yaxşılaşmasına böyük töhfə vermiş, onların sabaha inamla addımlamasında mühüm rol oynamışdır. Biz bi reallığı rəqəmlərin timsalında daha aydın görürük. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərdən də görünür ki, adəçəkilən qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 11 ayında əlilliyi olan 113 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 61,1 mininə ambulator, 26,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir.

2024-cü  ilin 10 ayında Agentlik tərəfindən işlə təmin edilənlərdən 9500-ə yaxını, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulanlardan 1300 nəfəri əlilliyi olan şəxslər olub. Həmin dövrdə əlilliyi olan 421 şəxs isə peşə hazırlığına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərilib.Onlardan 1,7 min nəfəri stasionar, 22 mindən çox nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.  

Bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxsləri 82,8 min reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan  4, 6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub. Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub. Bu ilin 10 ayı ərzində ümumilikdə  10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Bütün bunlar yalnız 2024-c illə bağlı rəqəmlərdir və bu rəqəmlər Pezidentimizin həssas kateqoriyadan olan vətəndaşlarımıza olan böyük qayğısından xəbər verir.

-Səmyar bəy, gözdən əlil vətəndaşlarla bağlı həyata keçirilən layihələr haqqında nə deyə bilərsiniz?

-Bütün əlillərimiz kimi gözdən əlil vətəndaşlarımız da Prezidentimizin, dövlətimizin qayğısını daim üzərlərində hiss edib. Onların mənzillə təminatı, sosial rifahlarının yaxşılaşması istiqamətində müntəzəm addımlar atılıb. Gözdən əlil vətəndaşlarımız üçün inşa edilən binalardan biri  2015-ci ilin 24 dekabr tarixində - Prezidentimizin ad günündə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısından bəhs etdi, bu qayğının bundan sonra da davam edəcəyini vurğuladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib.

Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib.

Mən fürsətdən istifadə edərək əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır.

2024-cü ildə də gözdən əlillərə dövlət dəstəyi siyasəti müntəzəm şəkildə davam etdirilib.

-Səmyar bəy, qarşıdan həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı gəlir. Bu bayramlar münasibəti ilə xalqımıza nə arzu edərdiniz?

-Mən xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, hər bir vətəndaşımıza, soydaşımıza uğurlar arzulayıram. Əminəm ki, 2025-ci ildə də xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq, dövlətimiz daha da çiçəklənəcək, inkişaf edəcəkdir. Və bütün bu inkişafın baş memarı isə yenə də Prezident İlham Əliyev olacaqdır. əm Dn

Seymur ƏLİYEV

2024-12-24 07:43:16
3141 baxış

Digər xəbərlər

Sumqayıt İdrak liseyində “Hər sinif bir dövlətdir” adlı layihə gerçəkləşib

Veteran.gov.az xəbər verir ki, 13 dekabr tarixində Sumqayıt İdrak liseyində liseyin direktoru Hidayət Allahverdinin rəhbərliyi altında “Hər sinif bir dövlətdir!”adlı layihə baş tutub. Tədbirin təşkilatçısı və aparıcısı liseyin fənn müəllimi Pərvanə Yusifova seçilib.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, daha sonra İdrak liseyinin himni ilə açıq elan olunub. Bu layihənin əsasnaməsi şagirdlərin və müəllimlərinin nəzərinə çatdırılıb. Layihənin “Birləşmiş Liseyistlər Təşkilatı”(BLT) adı altında fəaliyyət göstəriləcəyi nəzərə çatdırılıb.   Daha sonra 5-9 cu sinif şagirdləri ardıcıllıqlla səhnəyə gələrək özlərini, dövlətlərini, dövlətlərinin atributlarını (bayraq, gerb, himn) təqdim ediblər. Hər sinif, yəni hər dövlət öz prezidentinin təqdimatında tanıdılıb. Təqdimat həm şifahi, həm də slayd formada reallaşıb. Təqdimatda sinif dövlətlərinin bayrağının, gerbinin , devizinin mənası açıqlanıb. Hər dövlət (sinif) öz himnini səsləndirib. Sonda dövlət prezidentləti və sinif kuratorları açıq səsvermə yolu ilə BLT təşlikatına katib seçiblər. Tədbir şagirdlərinin və izləyənlərin böyük marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.

Hamısını oxu
“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”

“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları mütərəqqi qərarlardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Nazirlər Kabinetinin məlum qərarları tədris mühitini yaxşılaşdırmaq, nizam-intizamı gücləndirmək, şagirdlərin məsuliyyət hissini artırmaq məqsədi daşıyır: “Şübhəsiz ki, Nazirlər Kabineti tərəfindən vahid geyim forması ilə bağlı qəbul edilən qərarlar təhsil müəssisələrində tədirisin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə xidmət edir. Vahid geyim forması tədris mühitinə öz müsbət təsirini göstərməklə yanaşı, məktəbərdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərin məsuliyyət hissinin artırılmasına kömək edəcək. Bu baxımdan, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarı dini etiqad azadlığının, yaxud hansısa konstitusyon hüququn məhdudlaşdırılması kimi şərh etmək yanlışdır. Azərbaycan xalqı özünün bütün milli-mənəvi dəyərləri kimi dini dəyərlərinə də sahib çıxır və bu dəyərləri qoruyur. Azərbaycan dövləti xalqın bu dəyərlərinin ən ali təminatçısı qismində çıxış edir. Bunu dövlətimiz təərfindən qəbul edilən qanunlar, ölkəmizdə həyata keçiriən dini maarifləndirmənin miqyası, habelə, bütün təhsil müəssisələri kimi dini təhsil ocaqlarına göstərilən diqqət və qayğı da sübut edir. Ölkəmizdə həm kollec, həm də universitet səviyyəsində dini biliklər tədris edən müəssisələr, çoxsaylı dini ibadət yerləri var ki, bütün bunlar dövlətimizin dinimizə olan qayğı və ehtiramının göstəricisidir. Odur ki, vətəndaşlarımız dövlətimizin qəbul etdiyi qərarlara hörmət etməli, onun icrasına həssaslıqla yanaşmalıdır”. Polkovnik bəzi qüvvələrin baş verənlərdən bədxah məqsədlərlə istifadəyə can atdığını da vurğulayb, xalqı milli birlik və həmrəyliyə sadiq qalmağa səsləyib: “Təəssüf hissi ilə qeyd edək ki, mövcud situasiydan istifadə edən bəzi qüvvələr vətəndaşları dövlətlə üz-üzə qoymağa cəhd edir, bununla da milli birliyimizi zəiflətməyə, ölkə daxilində sabitliyi pozmağa çalışırlar. Vətəndaşlarımız bu cür hallara qarşı son dərəcə diqqətli olmalı, hər hansı qanunazidd əmələ yol verməməlidir. Unutmaq olmaz ki, bu gün bir çox qüvvələr Azərbaycanın inkişafını əngəlləməkdə, ölkəmizdəki əmin-amanlığa son qoymaqda maraqlıdır. Ona görə də biz indiki həssas məqamda milli həmrəyliyi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməli, bütün anti-milli qüvvələrə qətiyyətli cavab verməliyik. Biz öz nümunəvi vətəndaş davranışımızla bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və onun qəbul etdiyi bütün qərarları alqışlayır, bu qərarların onun mənafeyinə, inkişaf və tərəqqisinə xidmət etdiyini dərk edir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Gələcəyimizə çıraq ol” sosial layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.  

Hamısını oxu
Şuşa – hər daşında bir tarix yatan müqəddəs şəhər

Novruzda Cıdır düzündə 3 tonqal qalayaq! Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır.  Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini.  Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim.  Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya  edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır. Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. Seymur Qasımbəyli 

Hamısını oxu