Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

2021-01-15 00:00:00
3726 baxış

Digər xəbərlər

“II Dünya Müharibəsinin veteranları ilə bağlı kitablar yazılmaqda, filmlər çəkilməkdədir”

Rusiya Dövlət Dumasında II Dünya Müharibəsində iştirak edən qadın döyüşçülərlə bağlı sərgi təşkil olunub.   Maraqlıdır, 10 mindən çox azərbaycanlı qadının müharibəyə cəlb olunduğu ölkəmizə də, bu cür sərgilərin təşkil edilməsi, maarifləndirici tədbirlərin keçirilməsi arzuedilən olardımı?   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qələbənin 75 illiyi münasibəti ilə silsilə tədbirlərə hazırlıq gördüklərini vurğuladı:   “Öncə onu qeyd edim ki,  Respublika Veteranlar Təşkilatının təklifi ilə Azərbaycanda qadın döyüşçülərlə bağlı xüsusi ensiklopedik kitab buraxılacaq, müharibə veteranları ilə bağlı  filmlər çəkiləcək. Kitab “İgid oğlanlarla bir cərgədə” adlanır. Burada II Dünya Müharibəsində iştirak edən Azərbaycan qadınlarından bəhs olunur. Kitab həm rus, həm də Azərbaycan dillərində çap ediləcək. Qeyd etdiyim kimi, bununla bağlı film də çəkilir.   Moskvada keçirilən sərgilərə müharibədə iştirak edən Azərbaycan qadınları haqqında da geniş məlumatlar göndərilir. Rusiyanın, Belarusun televiziyaları vasitəsi ilə II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı geniş məlumatalr verilir. Bu verilişlər qələbənin 75-ci ildönümü ərəfəsində daha çox göstəriləcək.   Bununla yanaşı, xüsusi jurnallar buraxılır. “Azərbaycan Veteranı” qəzetinin 40 səhifədən ibarət xüsusi nömrəsi buraxılacaq. Bir daha müharibə qəhrəmanlarımız haqqında ictimaiyyətə geniş məlumat veriləcək. Gənclər arasında isə bu günün özündə də geniş təbliğat işi aparılır, soydaşlarımızın qəhrəmanlıqları, vuruşduqları ölkə və şəhərlər haqqında ətraflı məlumat verilir. II Dünya Müharibəsi qəhrəmanlarının abidələri yenilənir və s.   Biz yaxın günlərdə bu barədə geniş tədbirlər planının təsdiqlənməsini gözləyirik. Sözügedən planının təsdiqlənməsində sonra bu istiqamətdə görülən işlər daha geniş vüsət alacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
İçərişəhər sakinləri üçün qəbul günü keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər sakinləri üçün qəbul günü keçirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib. Xatırladırıq ki,İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd sakinlərin arzu, istək və problemləri ilə yaxından tanış olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadəyə nail olmaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunur

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunur Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhər Nərimanov və Səbail rayon Veteranlar Təşkilatı sədrlərini, eyni zamanda veteran hərəkatına və rayon veteranlarına yaxından diqqət və qayğı göstərdiyinə görə Xəzər rayon İcra Hakimiyyəti  başçısını Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranlar Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.

Hamısını oxu