Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident və xanımı Şəhidlər Xiyabanında

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.  

2021-01-20 00:00:00
3408 baxış

Digər xəbərlər

“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”

ABŞ-ın “U.S. News and World Report” nəşri bugünlərdə dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. Azərbaycan siyahıda Kanada, İtaliya kimi dövlətləri qabaqlayaraq 29-cu sırada yer alıb  Maraqlıdır, bu statistika Prezident İlham Əliyevin də dediyi kimi, ordumuzun Vətən müharibəsindən sonra daha da inkişaf etdiyinin təsdiqi sayıla bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, ordumuzun dinamik şəkildə inkişaf etdiyini, gücləndiyini bildirib: “Dünyanın ən güclü ordularının siyahısında Azərbaycan ordusunun 29-cu yerdə göstərilməsi hər birimizdə qürur hissi yaşadır. Müxtəlif siyahılar ola bilər. Meyar olaraq, Silahlı Qüvvələrin döyüş texnikası və silahlarla təminatı, şəxsi heyətin say tərkibi, döyüş qabiliyyəti, müasir texnologiyalara malik olması və s. götürülür. Azərbaycan Ordusunu digər ordulardan fərqləndirən əsas meyar isə, Vətən müharibəsində əldə etdiyi nəticələrdir. Cəmi 44 gün ərzində, son dərəcə mürəkkəb, keçilməz dağlıq şəraitdə Ermənistan ordusunu təslim olmağa məcbur etməsidir. Nəzərə almaq lazımdır ki, ermənilər 30 il ərzində çoxpilləli səngərlər qazmış, müdafiə istehkamları qurmuş, çoxsaylı minalar basdırmaqla təhlükəsizlik zolağı yaratmışdılar. Bütün sədlərin aşmasında, ən müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının tətbiqi əhəmiyyətli rol oynadı. Praktiki olaraq, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə XXI əsrin müharibəsini apardı. Təsadüfi deyil ki, bir çox döyüş əməliyyatları dünya hərb tarixinə düşdü və hərbi məktəblərdə öyrənilir. Qarabağ müharibəsində tətbiq olunan taktiki əməliyyatlar Ukrayna müharibəsində, Yaxın Şərq regionunda gedən döyüş əməliyyatlarında tətbiq olunur. Siyahıda İtaliya və Kanada kimi dövlətlərin ordularını bizim ordumuzun qabaqlaması, ola bilsin texniki səhvdir. Yaxud, subyektiv yanaşmadır. Hər iki ölkə kifayət qədər güclü orduya, iqtisadiyyata malikdirlər. Siyahılarda harada olmağımızdan asılı olmayaraq, Azərbaycan xalqı Ordusu ilə, onu bu səviyyəyə çatdıran Ali Baş Komandanla fəxr edir. Dünyada və regionda gedən proseslər, Silahlı Qüvələrin daim inkişaf etdirilməsini, döyüş qabiliyyətinin müntəzəm olaraq təkmilləşdirilməsini tələb edir. Prezident İlham Əliyevin də siyasətinin ana xəttini ordunun gücləndirilməsi təşkil edir. Necə deyərlər, güclü ordu, güclü dövlət deməkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Əcnəbi tələbələrin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkili təqdirəlayiqdir”

Asim Mollazadə: “Erməni vəhşiliklərinin beynəlxalq müstəvidə ifşasına ciddi ehtiyac var”   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdəki ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Cəbrayıl və Füzuli rayonlarına səfərləri təşkil edilib. Səfər əsnasında əcnəbi tələbələr erməni vəhşilikləri ilə yerindəcə tanış olublar.   Saytımıza  açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan millət vəkili Asim Mollazadə, erməni vəhşiliklərinin beynəlxalq aləmdə ifşasının zəruri olduğunu qeyd edib:   “Əcnəbi tələbələrin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil edilməsi, onların erməni faşizminin fəsadları ilə bilavasitə tanış olması təbii ki, təqdirəlayiqdir. Bu kimi addımlara ciddi ehtiyac var. Yaxın gələcəkdə Azərbaycan işğaldan azad edilən ərazilərin simasını tamamilə dəyişəcək. Bu dağıntı və xarabalıqlarıdan heç bir əsər-əlamət qalmayacaq. Bunlar yalnız foto və video materiallarda qalacaq. Ona görə də oradakı hər şeyi, bütün dağıntıları, vəhşilikləri kameraların yaddaşına köçürmək lazımdır. Həmçinin, hər bir rayonda ermənilərin dağıtdığı bir neçə binanı açıq səma altında muzey kimi saxlamaq lazımdır ki, gələcək nəsillər də erməni faşizminin hansı vəhşiliklərə əl atdğını görsünlər.   Bu baxımdan Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliklərinin ifşası baxımından əcnəbi tələbələrin işğaldan azad edilən ərazilərə səfərlərinin təşkili də faydalı və əhəmiyyətlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir.” Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdi. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri olaraq şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə təbrik edirəm. Bəli, artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir. Var olsun Azərbaycan Ordusu! Zəfər bizimdir!

Hamısını oxu
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.   Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Hamısını oxu