Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Əcnəbi tələbələrin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkili təqdirəlayiqdir”

Asim Mollazadə: “Erməni vəhşiliklərinin beynəlxalq müstəvidə ifşasına ciddi ehtiyac var”   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdəki ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Cəbrayıl və Füzuli rayonlarına səfərləri təşkil edilib. Səfər əsnasında əcnəbi tələbələr erməni vəhşilikləri ilə yerindəcə tanış olublar.   Saytımıza  açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan millət vəkili Asim Mollazadə, erməni vəhşiliklərinin beynəlxalq aləmdə ifşasının zəruri olduğunu qeyd edib:   “Əcnəbi tələbələrin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil edilməsi, onların erməni faşizminin fəsadları ilə bilavasitə tanış olması təbii ki, təqdirəlayiqdir. Bu kimi addımlara ciddi ehtiyac var. Yaxın gələcəkdə Azərbaycan işğaldan azad edilən ərazilərin simasını tamamilə dəyişəcək. Bu dağıntı və xarabalıqlarıdan heç bir əsər-əlamət qalmayacaq. Bunlar yalnız foto və video materiallarda qalacaq. Ona görə də oradakı hər şeyi, bütün dağıntıları, vəhşilikləri kameraların yaddaşına köçürmək lazımdır. Həmçinin, hər bir rayonda ermənilərin dağıtdığı bir neçə binanı açıq səma altında muzey kimi saxlamaq lazımdır ki, gələcək nəsillər də erməni faşizminin hansı vəhşiliklərə əl atdğını görsünlər.   Bu baxımdan Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliklərinin ifşası baxımından əcnəbi tələbələrin işğaldan azad edilən ərazilərə səfərlərinin təşkili də faydalı və əhəmiyyətlidir”.   Seymur ƏLİYEV

2021-06-03 00:00:00
3076 baxış

Digər xəbərlər

İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Yoşihide Suqaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Baş Nazir, Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb. Görüşdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən müharibəsində bu qəhrəmanlığın gənclər tərəfindən təkrarlandığını, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğaldakı torpaqları azad etdiyini bildirib.   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanı təbrik edən Səmyar Abdullayev, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi təqdim edib, veteranlarla qürur duyduğunu, onların qəhrəmanlıq tariximizin bir hissəsi olduğunu vurğulayıb.   Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.   Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Hamısını oxu
Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş videoçarx və fotolar nümayiş etdirilib.  

Hamısını oxu