Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olublar
80 il əvvəl - 1945-ci ildə II Dünya Müharibəsi sona çatdı. Bu müharibə insanlıq tarixinin ən qaranlıq və ən ağrılı dövrlərindən biri olaraq, milyonlarla həyatın itirilməsinə, ölkələrin çökməsinə və insanların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb oldu. II Dünya Müharibəsi yalnız bir döyüşlər silsiləsi deyil, eyni zamanda insanlığın özünü sınadığı və təkrar dəyərləndirdiyi bir prosesdir. 1939-cu ildən 1945-ci ilə qədər davam edən bu müharibə bütün dünyaya bir daha göstərdi ki, hər bir insanın azadlıq və yaşamaq hüququ müqəddəsdir və bu hüquqların pozulması cəmiyyətləri qaranlıq bir gələcəyə sürükləyə bilər. Müharibənin ilk illərindəki üzücü anlar, faşizmin və nasizmin Avropada yayılmasına, milyonlarla insanın məhv öldürülməsinə, həmçinin təbii resursların məhv olmasına qısacası böyük fəlakətlərə səbəb oldu. Lakin bu müharibə həm də müqavimət, döyüş və ümidin simvoluna çevrildi. Biz bu müharibənin bitməsinin 80-ci ildönümündə tarixə necə yanaşmalı olduğumuzu, keçmişdən hansı dərsləri öyrənməli olduğumuzu düşünməliyik. Bu müharibənin təbii olaraq Azərbaycanda da dərin izləri qalmışdır. Həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də müharibə iştirakçılarının həyatlarının şiddətini və çətinliyini yaşamaqla biz bu kədərli tarixə qarşı məsuliyyət daşıyırıq. Şəhidlərimiz və qazilərimiz bizə keçmişin ağırlığını, hər bir ailənin müharibə dövründə çəkdiyi əzabı, hər bir insanın itirdiyi həyatın dəyərini anladır. Ağaşirin Cəfərov kimi şəxsiyyətlər bizə göstərir ki, müharibənin əzabları yalnız müharibə meydanlarında deyil, həm də gündəlik həyatımızda özünü göstərir. Onların fədakarlığı, cəsarəti və mübarizəsi bu günümüzə işıq salır, bizə insanların daha yaxşı gələcək qurmaq üçün necə mübarizə apardığını xatırladır.Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış bu igid döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun həyat və döyüş yolundan danışmaq böyük şərəfdir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklər içində keçsə də, vətənə və xalqa bağlılıq hissi onun xarakterində əsas yer tutmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. 1942-ci ilin noyabrında 51-ci ordunun tərkibindəki 416-cı Azərbaycan Milli Diviziyasında pulemyotçusu kimi döyüşə başlamışdır. Bu diviziya müharibə tariximizdə xüsusi yer tutur. çünki tərkibi əsasən azərbaycanlılardan ibarət idi və igidlərimiz burada böyük qəhrəmanlıqlar göstərmişdilər. Ağaşirin Cəfərov Melitopol yaxınlığında 1943-cü ilin oktyabrında aparılan döyüşlərdə göstərdiyi igidliklə yadda qalmışdır. Onun sərrast atəşi nəticəsində düşmənin 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, vacib yüksəklik azad olunmuşdur. Bu döyüşdə göstərdiyi rəşadətə görə 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, bu ad 416-cı diviziyada ilk dəfə məhz Ağaşirin Cəfərova verilmişdi. Bu cəsur döyüşçü müharibə zamanı üç dəfə yaralansa da ruhdan düşməmiş, sona qədər vuruşmuş, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra o, doğma kəndinə qayıdaraq kolxoz və kənd soveti sədri kimi çalışmış, daha sonra Bakıda Neft-qazma idarəsində əmək fəaliyyətini davam etdirmişdir. Sakit və zəhmətkeş həyatı ilə də nümunə olmuşdur. 3 may 1984-cü ildə dünyasını dəyişən qəhrəmanımız Neftçala şəhərinin İsmilli aramgahında dəfn olunmuşdur. Bu gün onun adı Neftçala rayonu Astanlı kənd tam orta məktəbinə verilib. Şəhər parkında onun büstü, bir küçədə isə adı əbədiləşdirilib. Bu təkcə bir insanın xatirəsinə deyil, bir xalqın qəhrəmanlıq irsinə hörmətin təzahürüdür. Ağaşirin Cəfərov kimi qəhrəmanların xatirəsi yaşadıqca bizim milli ruhumuz, vətənpərvərliyimiz və tariximiz də yaşayacaqdır. Onların şücaəti bugünkü gənclər üçün örnək, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik dərsidir. Qəhrəmanlarımızı unutmayaq! Onları daima yad edək və xatırlayaq! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxuCəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi, müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxuMəlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”. Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib: “DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.
Hamısını oxu