Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi iştirakçısı olan idmançı gənclərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, martın 18-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı gənclərlə görüş keçirilib.   Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması idi. Tədbirdə ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Birinci Qarabağ müharibəsinin veteran iştirakçısı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev dəyirmi masa ətrafında çıxış edərək ilk öncə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə onlara öz təşəkkürlərini bildiriliblər. Qeyd olunub ki, Vətən müharibəsində qələbənin qazanılmasında Siyəzən gəncləri də böyük rəşadət və qəhrəmanlıq göstəriblər. Ölkəmizin digər bölgələrindən olan gənclər kimi Siyəzən gəncləri də yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Müddətli hərbi qulluqda olanlarla yanaşı cəbhəyə getmək üçün yüzlərlə könüllü gənc döyüşlərdə iştirak etmək üçün müraciət edib. Qismən səfərbərlik və könüllülük çağırışına 300-ə qədər gənc qoşulub. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsində 20 siyəzənli gəncimiz şəhid olub. 100-ə yaxın siyəzənli gənc yaralanıb. 130-dan çox müharibə iştirakçısı olan gəncimiz müxtəlif orden və medallara layiq görülüb.   Tədbirin sonunda döyüşlərdə fəal iştirak etdiyinə görə idmançı gənclər idarə tərəfindən fəxri fərmanlarla təltif edilib və xatirə şəkli çəkdirilib.   Tədbir “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2 və 5.1.10 yarımbəndlərinin icrasının təmin olunması ilə əlaqədar xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunub.

2021-03-19 00:00:00
4106 baxış

Digər xəbərlər

Prezident düşmənin məhv edilən və götürülən texnikalarını açıqladı

“Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.   İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki HHM vasitəsi, iki “S-300” kompleksinin, 25 ASA zenit raket kompleksi, dörd radio texniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib. Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb: “Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.

Hamısını oxu
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib

Hamısını oxu
“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

“İrana qida və dərman yardımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın qonşu dövlət olan İrana ənənəvi dostluq münasibətinin göstəricisidir: “Azərbaycan hər zaman bütün qonşu dövlətlərə, eləcə də İrana dostluq münasibəti bəsləyib, mehriban qonşuluq siyasəti yürüdüb. ABŞ-İsrail koalisiyası ilə müharibədə olan İrana Azərbaycanın göstərdiyi humanitar yardım, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan heç bir halda qonşu dövlətlərdə yaşanan humanitar fəlakətlərə biganə qalmır, onları daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlətimizin İrana 30 tona yaxın humanitar yardım göstərməsi bəşəri-insani dəyərlər baxımından da təqdirəlayiqdir”. Polkovnik qeyd edib ki, İran Azərbaycanın humanist münasibətinə eyni səmimiyyətlə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır: “Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, onun İrana olan münasibəti səmimidir və beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, dostluq münasibətlərinə söykənir. Odur ki, İranın da Azərbaycanın səmimi münasibətinə eyni səmimiyyətlə cavab verməsi, ölkəmizə yönəlik təxribatlara son qoyması zəruridir. Yalnız bu halda ikitərəfli münasibətləri dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirmək mümkündür. İnanırıq ki, İran Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu davranışından lazımi nəticə çıxaracaq və biz yaxın gələcəkdə İranın ölkəmizə münasibətində lazımi həssaslığa şahid olacağıq”. Seymur ƏLİYEV  

Hamısını oxu
ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu