Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Suraxanı rayonunda veteranlar evlərində ziyarət olunub

Respublika Veteranlar Təşkilatının Suraxanı  Rayon Təşkilatının sədri Eldar Rüstəmov 4 may 2021-ci il tarixində  bir qrup  veteranı ziyarət edib .   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə reallaşan ziyarət zamanı Eldar Rüstəmov 100 yaşı yaxın günlərdə qeyd olunacaq Qurbanov Fərhad Alı oğlu, Hüseynov Cənnət Əli oğlu, Belikov Aleksandr Vasilyeviçi, arxa cəbhə veteranı Bəşirova Failə Əliyanova  ilə görüşüb, onlara təşkilat adından bayram sovqatları təqdim edib.   Məlumat üçün qeyd edək ki, məhz Eldar Rüstəmovun səyi nəticəsində Suraxanı rayonundakı parkların birində “Veteran evi” yerli icra hakimiyyəti orqanı tərəfindən veteranların ixtiyarına verilib.   Sözügedən məkanda veteranların asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb.

2021-05-06 00:00:00
4242 baxış

Digər xəbərlər

“Hər hansı referendum və ya parlament seçkisinə heç bir ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var” “Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”. Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib: “Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”. Seymur ƏLİYEV

Hamısını oxu
Ağdamda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

17 aprel 2023-cü il tarixdə Agdam rayon Qərvənd kəndi Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağdam rayonu Abdal-Gülablı kəndindən olan şəhidimiz Hüseynov Fizuli Əhəd oğlu, Ucar rayonundan olan, Ağdam rayonu Qərvənd kəndi ugrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ələkbərov Məhəmməd Mehti oğlunun və itkin düşmüş 11 hərbi qulluqçumuzun ildönümü  Ağdam rayonu Veteranlar Təşkilatı tərəfindən keçirilən tədbirdə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid valideyinləri, qazilər,veteranlar, icra nümayəndələri, bələdiyyə sədrləri, Ağdam rayon orta məktəb müəllim və şagirdlər, Ucar rayonundan dəvət olunmuş müəllim və şagirdlər iştirak ediblər. Tədbir Ulu öndərimizin və  şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov öz çıxışında şəhidlərimizin valideyinlərinə öz minnatdarlıgını bildirib. Şəhid valideyinləri, ailələri və qazilər ölkə başcısı Ali  Baş Komandan İlham Əliyev cənablarının daimi diqqət mərkəzində oldugunu bildiriblər.Ağdam rayon və Ucar rayonu orta məktəb şagirdləri tərəfindən şəhidlərimizin igidliyi haqda şeirlər söylənilib. Müəllimlər tərəfindən nitqlər deyilib. Sonda icra başcısı Vaqif Həsənov və Ağdam rayonu Veteranlar Təşkilatı sədri Elşən Zeynalov tərəfindən Qərvənd kənd şəhidlərinin məzarları üstünə gül dəstələri qoyulub. Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən şəhidlərimizə ehsan süfrəsi verilib. Qeyd edək ki, Ucardan dəvət olunmuş şəhidlərin ailə üzvülərinin yol xərcləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Ağdam rayon Veteranlar Təşkilatı şəhdi ailələrinə göstərdiyi mütəmadi diqqətə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova minnətdarlığını bildirib.  

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu
“Qədim dostlar”ın Ermənistana gətirdiyi yeni bədbəxtliklər

Fransa və Hindistanın hərbi dəstəyi erməni toplumunun sabahına nə vəd edir? Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial mediada Ermənistan və onun “qədim dostları” ilə bağlı paylaşım edib. Səfir qeyd edib ki, “Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc və Ermənistanın iki köhnə dostudur”. Olivye Dekottininin dediyi kimi, Fransa və Hindistanı həqiqətən də Ermənistanla qədim təmaslara malik dövlətlər adlandrımaq olar. Çünki hər iki dövlət uzun müddət Ermənistanla sıx münasibətdə olub, ona siyasi-diplomatik, mənəvi-psixloji, bəzi hallarda isə hərbi baxımdan yardımlar edib. Və nə qədər qəribə görünsə də, Ermənistanın başına gələn bütün müsibətlərdə, üzləşdiyi bütün məğlubiyyət və uğursuzluqlarda hər iki dövlətin böyük rolu mövcuddur. Çünki məhz Fransa və Hindistanın İrəvana verdiyi hərbi-siyasi dəstək Ermənistanın anti-Azərbaycan siyasətinin geniş vüsət almasına səbəb olmuş, onu ölkəmizə qarşı yeni terror aktları və qarşıdurmalara həvəsləndirmişdir. 44 günlük Vətən müharibəsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan bu müharibə zamanı da öz ordusundan daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiya, Fransa və s. kimi dövlətlərin dəstəyinə ümid etmiş, məhz bu səhvi onun faciəsinə çevrilmişdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistana siyasi baxımdan dəstək ifadə edən Fransa və bəzi ölkələr proseslərə əməli baxımdan müdaxilə etməyə cəsarət etməmiş, nəticədə Ermənistan “qədim dostlarının” – Fransa və Hindistanın gözü önündə rüsvayçı məğlubiyyətə uğramışdır. Bu fakt bir daha sübut edir ki, Fransa və Hindistan tarixən Ermənistanı yeni avantüralara qızışdırmaqla onun ağır məğlubiyyətlərə düçar olmasına bais olmuşdur. Bu mənada, Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Fransa və Hindistanı Ermənistanın “qədim dostları” adlandırması, hər iki ölkənin İrəvanı dəstəklədiyini gündəmə gətirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu açıqlama onu göstərir ki, hər iki dövlət Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün Ermənistandan alət kimi istifadə etmək siyasətinə sadiqdirlər və bu kimi açıqlamalarda məqsəd erməni toplumunu “qədim dost” nağılına inadırmaq, onlara cəsarət verərək yeni oyunlara daxil olmasını təmin etməkdir. Odur ki, erməni toplumu əsrlədir boyu davam edən bu nağıla inanmamalı, sabahlarına qan və göz yaşı vəd edən “dostların” onların ən böyük düşmənləri olduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Fransa və Hindistan kimi dostu olan ölkəyə düşmən lazım deyil. Nə indi, nə də heç vaxt... Seymur ƏLİYEV

Hamısını oxu